Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
Hadise
Oxunub: 75
4 in 2026 | 11:14
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?


İttihamın mərkəzində “Azad Laplandiya” adlı Telegram kanalında yazılan rəylər dayanır

Rusiyada 23 yaşlı Murmansk tələbəsi Rafael Məmmədovun 15 il azadlıqdan məhrum edilməsi son illərin ən mübahisəli hüquqi qərarlarından biridir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın müxalif “Novaya qazeta” geniş yazı dərc edib.

Dövlətə xəyanət və terror təşkilatında iştirak kimi ağır maddələrlə mühakimə olunan gəncin işi təkcə bir cinayət işi deyil, həm də müasir Rusiyada hüquq sistemi, söz azadlığı və dövlət təhlükəsizliyi anlayışlarının necə dəyişdiyini göstərən mühüm nümunə kimi qiymətləndirilir.

Məhkəmənin qərarına əsasən, Rafael Məmmədov cəzasının ilk üç ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli koloniyada keçirəcək. Prokurorluq onun üçün daha ağır – 18 il cəza istəsə də, məhkəmə “humanist” davranıb və 15 illik hökm çıxarıb. Gənc tələbə isə irəli sürülən ittihamları rədd edir və özünü təqsirsiz hesab edir. R. Məmmədov həbs olunmazdan əvvəl adi bir tələbə həyatı yaşayırdı.

Murmansk Arktika Universitetində rəqəmsal sosiologiya üzrə təhsil alıb, elmi və intellektual fəaliyyətlə məşğul olub. O, “Nə? Harada? Nə vaxt?” intellektual oyununun universitet komandasında kapitanlıq edir, müxtəlif olimpiadalarda uğurlar qazanıb. Nəşr yazır ki, onu tanıyanlar sakit, münaqişədən uzaq və bilik yönümlü bir gənc kimi xarakterizə edirlər. Lakin bu portret qısa müddət ərzində köklü şəkildə dəyişib. Onun həyatı ağır psixoloji böhranla sarsılıb. Depressiya keçirən Rafael intihara cəhd edib və psixiatriya müəssisəsində müalicə alıb.

Rafael Məmmədovun anasının sözlərinə görə, oğlu xəstəxanadan çıxan kimi saxlanılıb. Bu detal işin ən mübahisəli və həssas məqamlarından biridir. Çünki həmin vaxt onun psixoloji vəziyyətinin stabil olub-olmaması ciddi sual altındadır.

İddialara görə, o, psixotrop dərmanların təsiri altında olduğu halda dindirilib və ifadə verməyə məcbur edilib. Əgər bu faktlar təsdiqlənərsə, bu, istintaq prosesinin legitimliyi və əldə olunan sübutların etibarlılığı ilə bağlı ciddi şübhələr yaradır.

İttihamın mərkəzində “Azad Laplandiya” adlı Telegram kanalı dayanır. Bu platformada əsasən Murmansk bölgəsinin tarixi, mədəniyyəti, şimal xalqlarının kimliyi və regionun sosial problemləri barədə materiallar dərc olunub. Eyni zamanda müasir siyasi proseslər, o cümlədən Ukraynadakı müharibəyə tənqidi yanaşmalar və dekolonizasiya mövzuları da müzakirə edilib.



Rəsmi qurumlar isə bu fəaliyyəti daha sərt qiymətləndirib. İstintaq orqanlarının versiyasına görə, kanal “terror təşkilatı” kimi tanınan strukturlarla əlaqəli olub və bu fəaliyyət dövlət təhlükəsizliyinə zərər vurub.

Lakin burada əsas mübahisə doğuran məqam məzmunun özüdür. Müdafiə tərəfi və yaxınları bildirir ki, bu yazılarda zorakılığa çağırış yoxdur və onlar daha çox analitik və fikir xarakteri daşıyır. Bu isə belə bir sual doğurur: fikir ifadəsi hansı nöqtədə cinayət kimi qiymətləndirilir?

Rafael Məmmədova qarşı irəli sürülən ittihamlardan biri də dövlətə xəyanətdir. Ənənəvi olaraq bu maddə dövlət sirrinin ötürülməsi və ya xarici qüvvələrlə əməkdaşlıq kimi halları əhatə edir. Lakin bu işdə ittihamın əsasını açıq mənbələrdə dərc olunan yazılar təşkil edir.

“Bu, hüquqi praktikanın dəyişdiyini göstərən mühüm siqnaldır. Artıq yalnız konkret hərəkətlər deyil, ideoloji və siyasi məzmunlu yazılar da “təhlükə” kimi qiymətləndirilə bilər. Bu isə hüquq və ifadə azadlığı arasındakı sərhədlərin getdikcə daha qeyri-müəyyən hala gəldiyini göstərir” deyə, məqalədə bildirilir.

İşin digər diqqətçəkən tərəfi məhkəmə prosesinin qapalı keçirilməsidir. Bu, ictimaiyyətin və medianın prosesə çıxışını məhdudlaşdırıb, müstəqil müşahidə imkanlarını azaldıb. Rafael Məmmədovun işi təkcə onunla məhdudlaşmayıb. Onun dostları, tanışları və hətta intellektual oyun yoldaşları da dindirmələrə cəlb olunub, onların şəxsi yazışmaları yoxlanılıb. Bu isə belə işlərin daha geniş sosial təsirə malik olduğunu göstərir.

Rafaelin azərbaycanlı olması, eləcə də atası haqda xüsusi qeyd yoxdur. Anası Yelena Məmmədova nəşrə deyib ki, Rafael onun yeganə oğludur və hazırda həyatının ən dəhşətli dövrünü yaşayır. "Psixiatra getməli və dərman qəbul etməli oldum. Və hələ də dərman qəbul edirəm. Bütün həyatımı Rusiyada yaşamışam, burada anadan olmuşam, səhərdən axşama qədər işləmişəm, dürüst bir həyat sürməyə çalışmışam. İndi isə əvəzində bu cür "minnətdarlıq" edilir. Bir daha anladım ki, bu ölkədə heç bir hüququm, azadlığım yoxdur”deyə, qadın bildirib.
Bu gün, 09:38
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Bu gün, 09:33
"Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
Bu gün, 09:27
Emin Əmrullayev şagirdləri təbrik etdi
Bu gün, 09:21
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
Bu gün, 09:13
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
Bu gün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Bu gün, 09:00
Azərbaycanda Bilik Günüdür
Dünən, 18:42
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
Dünən, 18:37
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
Dünən, 16:00
ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
Dünən, 15:30
“Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
Dünən, 13:42
Əli Nağıyev Çinə getdi - Foto
Dünən, 13:36
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
Dünən, 12:39
Bulvarda suyun səthi təmizlənir
Dünən, 12:35
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
Dünən, 12:30
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
Dünən, 12:00
Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
Dünən, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Dünən, 10:49
SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
Dünən, 10:37
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Dünən, 10:28
Rusiya Ermənistana qaz idxalını dayandırır
Dünən, 09:58
Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
Dünən, 09:51
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Dünən, 09:38
Ermənistanda “qara qu quşu” ssenarisi: Güc strukturları bir-biri ilə toqquşdu
Dünən, 09:28
Bu 12 yolda tıxac var - Siyahı
Dünən, 09:22
Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
Dünən, 09:20
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB