Eldar Mahmudov həbs olunacaq?
Hadise
Oxunub: 1 016
28 mar 2016 | 14:28
Eldar Mahmudov həbs olunacaq?










Keçmiş nazir üçün tikilən villa müsadirə edilib

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov həbs xəbəri təsdiqlənib.

“Turan” agentliyinin Naxçıvandakı mənbələri sabiq nazirin Naxçıvan MTN-in binasında təmir-tikinti işlərinə ayrılmış vəsaitin mənimsənilməsi ittihamı ilə həbs edildiyini bildirib.

Agentliyin yazdığına görə, həbsin əsl səbəbi V.Ələsgərovun keçmiş MTN rəhbəri Eldar Mahmudova yaxın olmasıdır. Yerli mənbələr həmçinin bildiriblər ki, V.Ələsgərovun yaxın qohumlarının hamısı işdən çıxarılıb. Onların kommersiya obyektləri və ya əmlakları əllərindən alınıb.

“Ələsgərovun qohumlarının şəxsi avtomobillərində MTN-in 009 nömrəsi olub. Nömrələrin hamısı geri alınıb”, - Naxçıvandakı məlumatlı mənbə bildirib. Bundan əlavə, Naxçıvan şəhərində V.Ələsgərovun E.Mahmudov üçün tikdirdiyi villa sökülüb. Bata-bat adlanan kurort ərazisində E.Mahmudov üçün tikilən başqa bir villa isə müsadirə edilib.

Naxçıvanın rəsmi dairələrindən və ya Azərbaycan Baş Prokurorluğundan şərh almaq cəhdləri baş tutmayıb.

Xatırladaq ki, Vəli Ələsgərovun adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqib olunması ilə bağlı qalmaqallarda dəfələrlə keçib. Bu işlərin arasında İranın xeyrinə casusluqda ittiham edilən Turac Zeynalovun MTN-də ölməsi də var.

Bundan əlavə, hüquq müdafiəçiləri Məlahət və İlqar Nəsibovlara çoxillik təzyiqlər sonuncunun hücuma məruz qalması və ağır xəsarət alması ilə nəticələnib.

“Yeni Müsavat” isə yazır ki, V.Ələsgərovun həbsi sabiq nazir Eldar Mahmudovun ətrafında halqanın daralması kimi qiymətləndirilir. Bildirilir ki, V.Ələsgərov E.Mahmudovun kriminal çetesinə daxil olmaqla qanunsuz dinləmələr həyata keçirməsinə qeyri-rəsmi göstərişlər verib.

Bu yolla əldə olunan məlumatlardan sonradan siyasi şantaj vasitəsi kimi istifadə olunması nəzərdə tutulub. Hələlik qanunsuz dinləmələr yolu ilə əldə edilmiş materiallar vasitəsi ilə Naxçıvanın hansı vəzifəli şəxslərinin şantaj olunması haqda dəqiq məlumatlar yoxdur.

Amma istisna deyil ki, belə şantajla üz-üzə qalan muxtar respublika rəhbərliyinə daxil olan şəxslər olub.

İndi məlum olur ki, V.Ələsgərov işdən çıxarılandan ev dustaqlığında olub. Onun Naxçıvan Ali Məclisinin rəhbərliyinə daxil olan şəxslərin qanunsuz dinləmələr həyata keçirməsi haqda da xəbərlər var.

Vəli Ələsgərovun Naxçıvandakı obyektləri, “XI əsr” adlı restoranı və ona bitişik marketi, pivə evi sökülüb.

Görünən budur ki, E.Mahmudovun yaxın ətrafına daxil olan şəxsləri həbs etməklə istintaq addım-addım eks-nazirin ətrafında halqanı daraldır. Hazırda MTN-də baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi istintaq olunur.

Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. İş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO