Siqaret haqda daha bir təhlükəli fakt
Hadise
Oxunub: 907
28 mar 2016 | 01:46
Siqaret haqda daha bir təhlükəli fakt









Tütün çəkənlərdə vərəmin gizli formasının yaranma ehtimalı tütün çəkməyənlərə nisbətən 3 dəfə çoxdur. Xəstəliyə yoluxma riski isə tütün çəkmənin müddətindən və miqdarından da asılıdır

Azerinfo.az xəbər verir ki, bunu Trend-ə həkim Süleyman Quliyev deyib. Onun sözlərinə görə, tütün çəkmə vərəmin gizli formasının aktiv formaya keçməsini tütün çəkməyənlərlə müqayisədə 2-3 dəfə, vərəmli xəstələr arasında ölüm riskini isə 6 dəfəyədək artırır. Hətta vərəm xəstəliyindən sağalan və tütün çəkən insanlarda vərəmin aktiv formasının təkrar yaranma riski 3 dəfə yüksəkdir.

Həkim bildirib ki, həm aktiv, həm də passiv tütün çəkmə nəinki vərəmin inkişafına şərait yaradır, həm də vərəmli xəstələrin müalicəsini çətinləşdirir, vərəmin təkrar əmələ gəlməsi riskini artırır, eləcə də vərəm xəstəliyinin gedişatını ağırlaşdırır.

Vərəmin xəstə insandan sağlam insana hava-damcı yolu ilə keçdiyini deyən həkimin sözlərinə görə, ətrafa yayılan ikinci tütün tüstüsünün təsirinə məruz qalma uşaqlar və böyüklər arasında vərəmə yoluxma riskini və aktiv vərəm formasının inkişaf riskini yüksəldir. Mənzildə siqaret çəkən vərəmli insanlar öz sağlamlıqlarını təhlükə altına qoymaqdan əlavə, ailələrini də vərəmə yoluxma riskinə məruz qoyurlar. Ona görə də mənzilin tütün tüstüsündən azad olması vacibdir.

Vərəmlə xəstələnmə riskini azaltmaq üçün tütün çəkmədən imtinanı zəruri sayan S.Quliyevin sözlərinə görə, tütün çəkmədən imtina etmək vərəmin aktiv formasının yaranmasından qorunmaq üçün ən yaxşı üsullardan biridir. Tütün çəkməni tərgitmək nəinki vərəm xəstəliyinin yaranma riskini azaldır, həm də vərəmin gizli formasının müalicəsinə kömək edir: “Tütün çəkmə insanın immun sistemini zəiflədir. Buna görə də tütün çəkənlərin orqanizmi vərəm infeksiyası ilə mübarizə apara bilmir. Tütün çəkmə ağciyərləri də zədələyir və tütün çəkənləri vərəm infeksiyasına qarşı daha həssas edir. Tütün çəkmə vərəm əleyhinə müalicənin effektivliyini azaldır, bununla da vərəmin uzun müddət davam etməsinə və daha ağır formalarının yaranmasına səbəb olur”.

Tütün çəkmənin dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindən biri olduğunu xatırladan həkim əlavə edib ki, dünyada 1 milyarddan çox insan tütün çəkir. Tütün istehlakı səbəbindən hər il 6 milyon insan dünyasını dəyişir. Əgər lazımi tədbirlər görülməsə, 2030-cu ilədək tütün epidemiyası hər il 8 milyon insanın həyatına son qoyacaq.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi