“Yeni müdir xəbərdarlıq etmədən bağçada məktəbəhazırlıq qrupunu bağlayıb”

“Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 63 saylı uşaq bağçasında məktəbəhazırlıq qrupu bağlanıb, uşaqlar tədrisdən kənarlaşdırılır”.
Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Güleyşə Muxtarova müraciət edib.
Onun sözlərinə görə, bağçada fəaliyyət göstərən məktəbəhazırlıq qrupu müdirin istəyinə əsasən bağlanıb: “Bağçaya yeni təyin olunan müdir Hacıyeva Turan heç bir xəbərdarlıq etmədən qrupun bağlanmasına qərar verib. Dövlət bağçasında bu qərar necə verilə bilər?! Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib. Məcbur edir ki, avqustun 30-dan sonra çıxmalısınız. Maddi imkanım olmadığı üçün nəvələrim Uğur və Cahan Muxtarovları özəl bağçaya qoya bilməyəcəyəm. Onlar əkiz kimidirlər, ayıra bilmərəm”.
.jpg)
G.Muxtarova bildirib ki, bağça müdiri ona bu qərarı valideynlərin istəyinə əsasən verdiyini deyib: “Guya ki, valideynlər bağça rəhbərliyinə söyləyib ki, qrup bağlansın, bu, çox absurddur. Sadəcə bir bəhanədir. Elə 5-6 valideyn bu vəziyyətdən şikayətçidir. Hamımız istəyirik ki, uşaqların təhsili üçün imkan yaradılsın, çünki biz bu bağçanın şəraitindən razıyıq, ancaq hazırkı durum bizə çətinlik yaradır. Aidiyyəti qurumlara müraciət edəcəyik”.
Məsələni aydınlaşdırmaq üçün 63 saylı bağçaya sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri 63 nömrəli uşaq bağçasında 2024-2025-ci tədris ilində məktəbəhazırlıq qrupu fəaliyyət göstərməyib: “Səbəb bağçada məktəbəhazırlıq qrupuna uyğun sayda uşaqların yığılmamasıdır. 2025-2026-cı tədris ili üçün aparılan proqnazlaşdırma dövründə 63 nömrəli bağçada məktəbəhazırlıq qrupuna müraciət sayının az olduğunu nəzərə alaraq məktəbəhazırlıq qrupunun açılması məqsədəmüvafiq hesab edilməyib.
Bağçada məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməyəcəyi ilə bağlı valideynlərə öncədən məlumat verilib. Müraciət edən şəxsin nəvələri ilə bağlı onu da bildirək ki, uşaqlardan biri məktəbəhazırlıq yaşında olduğu üçün avqustun 31-nə kimi bağçada təlimə davam edəcək. Həmçinin valideyn məktəbəhazırlıq qrupu fəaliyyət göstərən digər bağçalara övladını yerdəyişmə edə bilər. Ailənin digər övladı isə bağçada yaşına uyğun qrupda təlim-tərbiyəsinə davam edir”.
Bu gün, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
Bu gün, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?
Bu gün, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Bu gün, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
Bu gün, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Bu gün, 12:46
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
Bu gün, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
Bu gün, 11:59
Orta aylıq maaş 1200 manata çatır
Bu gün, 11:24
Prezident həmkarını təbrik etdi
Bu gün, 10:50
Həmin şagird hoteldə ölübmüş
Bu gün, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
Bu gün, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
Bu gün, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
Bu gün, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
Bu gün, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir
Bu gün, 09:34
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
Bu gün, 09:30
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
Bu gün, 09:25
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Bu gün, 09:20
ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
Bu gün, 09:00
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Dünən, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Dünən, 15:30
Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Dünən, 14:22
Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
Dünən, 14:03
Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
Dünən, 13:11
Pensiyalar nə vaxt ödəniləcək?
Dünən, 12:48
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB