Bu gün “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin tərəfdaşlığı ilə “İrəvan – Şah Damarımız” adlı tədbir keçirilib
Bu gün “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin tərəfdaşlığı ilə “İrəvan – Şah Damarımız” adlı tədbir keçirilib. Tədbirə dövlət nümayəndələri, ictimai birliklərin rəhbərləri, gənclər və digər qonaqlar qatıldı.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri, beynəlxalq hüquq müdafiəçisi Şahin Əliyev İrəvanın tarixi və Azərbaycanın milli yaddaşında oynadığı roldan danışıb. Daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Qərbi Azərbaycan İcmasının üzvü, Qafan rayon Gənclər Şurasının departament sədri Ayşə Abbaslı çıxış ediblər.
Tədbirin bədii hissəsində qiraətçilər Zəhra Nəcəfzadə və Mələk Şairova İrəvan mövzusunda şeirlər səsləndiriblər. Eyni zamanda Əmir Əli Sərdari İrəvaninin həyatına və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə Həzrət Əzizlinin ifasında “Bayatı Şiraz” muğamı və İrəvan mövzusunda müxtəlif ifalar dinlənildi.
Xüsusi qonaqlardan biri olan Əmir Əli Sərdari İrəvani çıxışı zamanı İrəvan xanlığının tarixi və onun Azərbaycan üçün əhəmiyyətini vurğulayıb. Tədbirdə, həmçinin Ümummilli Lider Heydər Əliyevin qohumu, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva və Azərbaycan televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim Hacı Nuran Huseynov çıxış etdi.
Tədbirin sonunda fəal könüllülərə və xüsusi qonaqlara təşəkkürnamələr təqdim olunub. Şahin Əliyev Əmir Əli Sərdari İrəvaniyə “Ulu Öndər” diplomu təqdim etdi. “İrəvan – Şah Damarımız” adlı tədbir iştirakçılarda böyük vətən sevgisi oyadıb və milli birliyimizin önəmini bir daha vurğuladı.
Təşkilatçılar tədbir iştirakçılarına minnətdarlığını bildirərək, İrəvanın Azərbaycanın tarixi irsi olaraq daim xatirələrdə yaşayacağını qeyd ediblər.
Bu gün, 16:00
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
Bu gün, 15:30
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
Bu gün, 14:45
İlham Əliyev və İrakli Kobaхidze mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB
Bu gün, 14:05
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
Bu gün, 13:55
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
Bu gün, 13:38
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
Bu gün, 13:31
Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizində əməkdaşlıq haqqında memorandum imzalayacaq
Bu gün, 12:57
İmran Xan 14 il həbs cəzasına məhkum edildi
Bu gün, 12:52
Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub
Bu gün, 11:58
Müdafiə Nazirliyi məlumat yaydı - təşvişə düşməyə heç bir əsas yoxdur
Bu gün, 11:54
Niyam Salami dələduzluqda ittiham olunur
Bu gün, 11:49
Şuşada yeni təyinat
Bu gün, 11:21
İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 33-ə çatdı
Bu gün, 11:15
Netanyahu atəşkəs anlaşmasını pozacağını bəyan etdi
Bu gün, 10:45
ŞOK: Rus qırıcıları Polşaya girdi
Bu gün, 10:41
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib
Bu gün, 10:37
Texniki Baxış Şöbəsinə rəis təyin edildi
Bu gün, 10:32
Bu rayonlara qar yağdı
Bu gün, 10:27
Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 09:48
Kobaxidzedən Qərb nümayəndələrinə: Cavab veriləcək
Bu gün, 09:44
Mirzoyanın nə imzalamasının fərqi yoxdur: Fakt budur ki…
Bu gün, 09:39
Bir əsrlik saziş imzaladılar
Bu gün, 09:11
KİV: Tramp İrana qarşı “maksimum təzyiq strategiyasına” qayıtmağı planlaşdırır
Bu gün, 09:00
Ermənistan qurban verilir, Zəngəzur dəhlizi necə açılacaq? - SSENARİ
Dünən, 16:00
Bu şəxslər metapnevmovirusu daha ağır keçirir - XƏBƏRDARLIQ
Dünən, 15:30
Ad günündə vəfat etdi, ölümü ilə müzakirələr yaratdı - Çimnaz haqqında bilmədikləriniz...
Dünən, 15:14
Azərbaycanda avtomobillər bahalaşacaq? - Mart ayına qədər...