Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
Gundem / Siyaset
Oxunub: 288
28 noy 2024 | 14:46
Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verdi.

Qeyd edək ki, dövlətimizin başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlayıb. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə - 2023-cü ilin iyul və bu ilin iyun ayında Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olmaları bunu bir daha təsdiq edir.

Bildirildi ki, əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.

Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.

Məlumat verildi ki, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.

Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.

Prezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - FotolarPrezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
Bu gün, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?
Bu gün, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Bu gün, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
Bu gün, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Bu gün, 12:46
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
Bu gün, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
Bu gün, 11:59
Orta aylıq maaş 1200 manata çatır
Bu gün, 11:24
Prezident həmkarını təbrik etdi
Bu gün, 10:50
Həmin şagird hoteldə ölübmüş
Bu gün, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
Bu gün, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
Bu gün, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
Bu gün, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
Bu gün, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir
Bu gün, 09:34
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
Bu gün, 09:30
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
Bu gün, 09:25
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Bu gün, 09:20
ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
Bu gün, 09:00
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Dünən, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Dünən, 15:30
Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Dünən, 14:22
Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
Dünən, 14:03
Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
Dünən, 13:11
Pensiyalar nə vaxt ödəniləcək?
Dünən, 12:48
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Dünən, 12:44
Prezident Vuçiç istefaya hazırlaşır