Ədliyyə Nazirliyi İcra Baş İdarəsini kim idarə edir? – İlqar Cəfərov yoxsa, Tural Süleymanov? İlqar Cəfərov yoxsa, Tural Süleymanov?
Gundem / Sosial
Oxunub: 505
8 dek 2023 | 21:00
Ədliyyə Nazirliyi İcra Baş İdarəsini kim idarə edir? – İlqar Cəfərov yoxsa, Tural Süleymanov? İlqar Cəfərov yoxsa, Tural Süleymanov?


Təxminən bir neçə il əvvəl şəffaflığı təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi vəzifəsindən qovulan Nurəddin Mustafayevdən sonra Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Cəfərov İlqar Xanlar oğlu Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə rəis təyin edilib.
Vətəndaşlar Ədliyyə Nazirliyi İcra Baş İdarəsində rəis dəyişilməsinə baxmayaraq, sabiq rəis Nurəddin Mustafayevin ənənələri eləcə də, İcra baş idarəsinin baş məsləhətçisi Tural Süleymanov adlı şəxsin naməlum səbəblərdən məmur özbaşınalığına quldur təfəkkürü ilə davam etdiyini deyilir.
Hazırda N.Mustafayev vəzifədən qovulmasına baxmayaraq baş idarəyə Tural Süleymanov vasitəsi ilə nəzarət etdiyi deyilir. T.Süleymanovun bir müddət tutduğu vəzifədən kənarlaşdırılmasından asılı olmayaraq, yenidən yüksək dələduzluq peşəkarlığı ilə bu məsələdən də sıyrılmağı bacarmışdır. Görünür İcra Baş İdarəsinə çox lazımlı dələduz olduğu üçün yenidən qeyri-rəsmi olaraq qiymətləndirmə və hərraclara eləcə də bütün məsələlərə Tural Süleymanov birbaşa nəzarət edir.
Verilən məlumatlara görə borclulara aid olan əmlakları özü ilə əlaqəsi olan qiymətləndirmə və hərrac təşkilatları ilə minimum qiymətlərlə qiymətləndirib, satışını həyata keçirir. Bu əmlakları öz ailə üzvləri, qohumları və yaxın çevrəsindəki şəxslərin adına sənədləşdirir.
Araşdırmalara görə bütün qiymətləndirmə ilə məşğul olan vətəndaşlar Tural Süleymanovun qanunsuz göstərişlərini yerinə yetirməlidir. Əks halda onlara süni əngəllər yaradılır.
Eyni sözləri hərraclarla məşğul olan vətəndaşlara da şamil etmək olar. T.Süleymanovun icazəsi olmadan heçnə satıla bilməz.
Yalnız T.Süleymanovun tələb etdiyi rüşvət məbləği ona ödənildikdən sonra hər hansı alqı-satqı baş tuta bilər. Bu kimi qanunsuz əməllərə çox misal göstərmək olar.
Vətəndaş qeyd edirki, – Mən illərdir artıq 14 ilə yaxındır ki, hərrac vasitəsilə ticarətlə məşğul oluram. Əvvəllər də belə qanunsuz əməllərə rast gəlinirdi, lakin indiki qədər cinayətkar vəziyyət yaranmamışdır. Bəzən qanunun bizə verdiyi hüquqları tələb edərək qiyməti münasib olan əmlakların hərraclarında iştirak edərək qalib alıcı olsaqda bundan irəliyə gedə bilmirik.
Sənədləri təsdiq etmək üçün yerli icra qurumlarına müraciət etdikdə birbaşa Tural Süleymanovun göstərişi ilə heç bir sənəd qeydiyyata alınmır. Qeydiyyata alınması ilə bağlı insanlardan rüşvət tələb edilir. Sadə vətəndaşlar onun bu kimi qanunsuz əməllərindən bezərək tələb etdiyi rüşvəti verməyə məcbur qalır. Dəfələrlə ona tutduğu bu qanunsuz əməllərlə bağlı xəbərdarlıq edilsədə rəhbərliyin göstərişi olduğunu bildirir, hara şikayət edirsiz gedin edin deyir.

Bir sözlə belə quldur məmurlar nəinki İcra Baş İdarəsinə, bötüvlükdə Ədliyyə Nazirliyi üçün ləkədir. T.Süleymanov kimi quldurlar dürüst, öz vəzifəsini yerinə yetirən bütün ədliyyə işçilərinin və onlara bağlı bütün təşkilatların nüfuzuna və imicinə zərər yetirir.
Digər vətəndaş qeyd edir ki, günü-gündən çiçəklənən Azərbaycanda möhtərəm cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi altında bütün dövlət qurumlarında operativliyin təşkili, şəffaflıq, süni əngəllərin aradan qaldırılması, vətəndaş və dövlət məmurları arasında münasibətlərin tənzimlənməsi ilə bağlı güclü islahatlar aparılır. Cənab Prezidentin gördüyü işlər nəinki ölkə daxilində eyni zamanda beynəlxalq müstəvidə təqdirlə alqışlanır. Düşmən tapdağı altında olan torpaqlarımızın tam şəkildə azad olunması cənab Ali baş komandanın rəhbərliyi altında buna bariz nümunədir. Təəssüflər olsun ki, Tural Süleymanov kimi dırnaqarası cinayətkar, korrupsioner məmurlar Ümummilli liderimizin və onun davamçısı XXI əsrin sərkərdəsi cənab Prezidentin gördüyü işlərə xələl gətirir. Fikirlərimi ulu öndər, müstəqil Azərbaycanımızın qurucusu, yeni Azərbaycan gəncliyinin mənəvi atası mərhum prezidentimiz Heydər Əliyevin müdrik statı ilə yekunlaşdırmaq istərdim: ”Kim müxalifətdə durursa dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın! Ədalətsizliklə ədaləti bərpa etmək olmaz”.
Vətəndaşlar bildirir ki, – Bununla bağlı çox misallar çəkmək olar. Qəsdən narazı kütlənin formalaşdırılması, vətəndaşların o cümlədən iş adamlarının narazılığı, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə rəisi İlqar Cəfərovun səlahiyyət verdiyi şəxslərin onun etimadını doğrultmaması, əvvəllər adı dələduzluqda hallanan T.Süleymanov kimi səriştəsiz kadrların vəzifə səlahiyyətlətini artıraraq iş adamlarını, eləcə də vətəndaşları sıxışdıraraq rüşvət hallarına yol verməsi sanki məqsədli xarakter daşıyır.
Qeyd edək ki, belə dırnaqarası məmurların özbaşınalığına son qoyulması həmçinin onların aidiyyatı qurumlar tərəfindən aşkar olunub cəzalandırılması üçün vətəndaşlar Dövlət başçısına və Birinci vitse prezidentə müraciət etməyə hazırlaşır.
P.S. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Azertaym.az
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...