“Gəncəbazar Universiteti”nin tələbəsi rektor Yusif Yusibovdan nə istəyir? -İLGİNC

Tələbələrin təbirincə desək, “Gəncəbazar Universiteti”ndən yenə də səslər gəlməyə başlayıb. Bu səslərdə ah-nalə də var, qarğış da. Təbii ki, qarğışların ünvanı bəllidir. Bu adı Dövlət, özü isə bazara çevrilmiş Universitetin hələlik hazırkı rektoru Yusif Yusibovdur.
Yusif müəllim çox mərhəmətli insandır, alim adamdır, əlbət bir şey bilir kii, ancaq özünə sadiq adamların- başda katibəsi və köməkçisi olmaqla özünün təyin etdiyi kafedra müdirlərinin və dekanların maaşlarında artım edir. Bu artımın Universitetin professor-müəllim heyətinə heç bir aidiyyatı yoxdur və ola da bilməz.
Məsələn, tarix-coğrafiya fakültəsinin dekanı olan Urfan müəllimin maaşı nədən artmasın? Kobudluğu və elm adamına, müəllim adına yaraşmayan hərəkətləri ilə ad çıxarmış bu dekan əlbəttə ki yaxşı yaşamalıdır. Ona görə ki, Urfan müəllimin fəaliyyəti nəticəsində Yusif müəllimin xəzinəsi günü-gündən varlanır. Bu yaxınlarda dərs prosesində tələblərin davamiyyətini yoxlayan Urfan müəllim dərsə gəlməyən 2 tələbənin niyə gəlmədiyini soruşanda tələblərdən biri durub deyir ki, bəs onlar “aylığa” buraxılıblar. Urfan müəllim də nətəər əsəbiləşibsə tələbəni aparıb dekanlıqda iki saat elmi şəkildə, mədəni surətdə hər yerdə belə söhbəti açmamaq haqqında mühazirə oxuyub. Tələbənin uzun vaxt ərzində gəlmədiyini görən yoldaşları da narahat olublar. Amma ki, Urfan müəllimijn qayğısı nəticəsində dekanlığa tələbə kimi daxil olan adam oradan əsil alim kimi də çıxıb. Bəs nə? Kişi elmi biliklər xəzinəsidir. Və bu biliyini də tələbəyə ötürməkdə xüsusi məharət sahibidir. Biz bu sirri açdıq. Yəqin ki, Yusif müəllim bunu nəzərə alacaq, yaxın vaxtlarda Urfan müəllimin təltif olunmasına nail olacaq. Nədən olmasın axı? Tikintidən başqa bir şey görməyən, pedaqoji işlə əlaqəsi olmayan adam Əməkdar müəllim ola bilər, Urfan müəllim yox?
Amma onu da deyək ki, bu Universitet tələbələrindən naşükür olan, nankor uşaqlar da var. İstedadını düz-əməlli qiymətləndirməyən bu nankorlardan biri bizim Mirzə Qədimlə dostlaşıb və necə deyərlər, onun təsiri altına düşüb. Götürüb belə bir şeir yazıb:
Sənə qurban olum, ay Yusif müəllim,
Mənim də ürəyim aylıq istəyir.
Arada sən deynən Urfan müəllimə,
Mən desəm, özünə paylıq istəyir.
Elə ki hirslənir, qalıram yalqız,
Kimi səsləyirsə deyir ki, “ay qız”.
Bizim qrupdakı o şəhlagöz qız,
Məni ağlamağa yaylıq istəyir.
Bu şeir də indi gəlib çıxıb bizim redaksiyaya. Mirzə Qədim də eləmə tənbəllik, şeiri tez ötürüb Aşıq Nüsrətə ki, bunu bir yaxşı havacat üstə oxu, qoyaq Tik-toka. Hələ ki, bu vəziyyət beləcə müəmmalı qalıb. Urfan müəllim orada, Aşıq Nüsrət burada. Orda Urfan müəllimin bazarı işləyir, Yusif müəllimin “vergiləri” ödənir, burda Aşıq Nüsrətin başı dominodan ayılmır ki, bir əməlli-başlı hava tapıb oxusun.
İnşallah, məsələ həllini tapandan sonra yəqin ki, ətraflı məlumatı yenə də bizdən alacaqsınız.
P.S. Yazı dərcə hazırlanarkən məlumat aldıq ki, bu gün Univürsitetdə “qaranlıq gün” olub. Nədən ki, işıq pulu borcuna görə Universitetin işıqları kəsilib. Budur, Yusif müəllimin cahaşümul rektorluq fəaliyyətinin nəticəsi. Məsələyə aydınlıq gətirəndən sonra mövzuya təkrar qayıdacağıq.(aktualxeber.az)
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı