Beyləqanın yollarına yarım milyon yetmədi? - Asif Ağayev yenə eyni şirkətlərə yolları təmir etdirir
Gundem / Bolge
Oxunub: 463
20 noy 2023 | 20:24
Beyləqanın yollarına yarım milyon yetmədi? - Asif Ağayev yenə eyni şirkətlərə yolları təmir etdirir


Beyləqan Rayon İcra Hakimiyyəti "Aztimont” ASC ilə satınalma müqaviləsi imzalayacaq.
Hurriyyet.az xəbər verir ki, maliyyə dəyəri 129 419,57 AZN olan müqavilədə Beyləqan şəhər yollarının əsaslı təmiri nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur.
"Aztimont” ASC yarananda adı "Sabirabad Tikinti-23” ASC olub. Daha sonra ASC-nin adı dəyişdirilib və şirkət bir müddət "Azərtikinti-Quraşdırma-Servis-23” ASC adı altında fəaliyyət göstərib.
Maraqlıdır ki, şirkət cari ilin iyun ayında Beyləqan Rayo İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Tender yolların əsaslı təmiri ilə bağlı keçirilib. Tərəflər arasında maliyyə dəyəri 437 175,6 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.
Kiçik bir rayonun yollarının təmirinə yarım milyonun bəs etməməsi bir qədər inandırıcı görünmür. Bu halda yenidən eyni şirkətlə yolların təmiri ilə bağlı 129 min manatlıq müqavilə baəlanması bir qədər şübhəli görünür.
Digər tərəfdən, "Aztimont” ASC ötən ayın sonunda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin keçiridyi tenderin qalibi olub.
Tender Şirvan şəhərinin yollarının əsaslı təmiri ilə bağlı keçirilib və təklifin məbləği 578 616,13 AZN olub.
"Aztimont” ASC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsinə belə, rast gəlinmir. Bu isə "Aztimont” ASC-nin maddi-texniki bazasının görüləcək işləri icra etmək üçün yetərli olmasına şübhələr yaradır. Hər halda şirkət həm Şirvanda, həm də Beyləqanda yolları təmir etməlidir. Bu, yalnız maddi-texniki cəhətdən kifayət qədər güclü olan şirkətlərin işidir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevdir. O, 2018-ci ildə bu vəzifəyə təyinat alıb.
qaynarinfo.az
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı