9 nömrəli otağın sirri, yaxud Yasamal DYP-nin “doğuş” otağında nələr olur?-Bu nədir belə?
BİLİRİK Kİ, BU YAZI BİR ÇOXLARININ, OVQATINI TƏLX EDƏCƏK. AMMA VƏ LAKİN YAZMASAQ GÜNAH VƏ QƏBAHƏT OLAR. NƏDƏN Kİ BURADA DÖVLƏTİN MƏNAFEYİNƏ, VƏTƏNDAŞIN DA CİBİNƏ CİDDİ ZİYAN DƏYİB.
VƏTƏNDAŞ ELŞƏN MƏHƏDDİN OĞLU ŞIXƏLİYEVİN BAŞINA GƏLƏNLƏRİ TƏQDİM ETDİKDƏN SONRA HƏR BİR OXUCUYA MƏSƏLƏ AYDIN OLACAQDIR. LAKİN BU AYDINLIĞIN DYP BAŞBİLƏNLƏRİNDƏ HANSI REAKSİYA DOĞURACAĞI HAQQINDA KONKRET FİKİR SÖYLƏMƏK ÇƏTİNDİR. NƏDƏN Kİ BU QURUMUN RƏHBƏRLİYİNDƏKİ BƏZİ ŞƏXSLƏR ƏSLİNDƏ BAŞ VERƏNLƏRİN BİLAVASİTƏ MODERATORLARIDIR.
ELŞƏN ŞIXƏLİYEVİN REDAKASİYAMIZA BİLDİRDİYİNƏ GÖRƏ “20 YANVAR” DAİRƏSİNDƏ YASAMAL DYP-NİN BORT NÖMRƏLƏRİ 282 VƏ 283 OLAN MAŞINLARINDAKI İKİ EKİPAJ YOL HƏRƏKƏTİNİN TƏNZİMLƏNMƏSİNDƏN ÇOX OVÇULUQLA MƏŞĞUL OLURLAR. YPX ƏMƏKDAŞLARI YOLDA İSTİSNASIZ OLARAQ “FORD TRANSİT” VƏ “QAZEL” MARKALI YÜK AVTOMOBİLLƏRİNİ SAXLAYIRDILAR. BU DƏFƏ OV MƏNİM ÖZÜM OLDUM. ƏLLƏRİNDƏ SURƏTÇIXARMA APARATINDAN ÇIXARILMIŞ BİR KAĞIZ TUTAN YPX ƏMƏKDAŞLARI MƏNİ SAXLTDILAR VƏ BİLDİRDİLƏR Kİ, BU SƏNƏDƏ GÖRƏ 1991-2001-Cİ İLLƏRİN “FORD TARNSİT” AVTOMOBİLLƏRİNDƏ RESSOR VƏRƏQLƏRİNİN SAYI 3-DƏN ÇOX OLA BİLMƏZ. SƏNİN MAŞININDA RESSORLARIN SAYI 4 OLDUĞUNA GÖRƏ MAŞIN CƏRİMƏ MEYDANÇASINA GETMƏLİDİR. NƏ QƏDƏR İZAH ELƏDİM Kİ, AY QARDAŞ, MƏNDƏ BELƏ MAŞIN 2 ƏDƏDDİR VƏ ALMANİYADAN GƏLƏNDƏN BUNLARA ƏL VURULMAYIB. MƏN HEÇ BİR ƏLAVƏ ETMƏMİŞƏM. ALTDA DAYAQ VƏ 3 ƏDƏD DƏ RESSOR VƏRƏQLƏRİ VAR. DEDİLƏR Kİ, YOX, ƏGƏR DAYAQ VARSA BU ARTIQ DÖRD SAYILIR. BORT NÖMRƏSİ 283 OLAN MAŞININ EKİPAJI MƏNİM MAŞINIMI APARDI VƏ ÖZÜMÜ DƏ YASAMAL DYP-YƏ DƏVƏT ETDİLƏR. ORA GEDƏNDƏ MƏNƏ 9-CU OTAĞA GEDƏCƏYİMİ BİLDİRDİLƏR. 9-CU OTAĞIN QARŞISINDA XEYLİ ADAM VARDI VƏ DANIŞIRDILAR Kİ, BURA “DOĞUŞ OTAĞI”DIR VƏ BURA GEDƏN O PROSESDƏN KEÇİR VƏ ONLARIN DEDİYİ MƏBLƏĞİ “DOĞMAQ” MƏCBURİYYƏTİNDƏDİR.
BELƏLİKLƏ, 9-CU OTAQDA RÜFƏT ADLI ŞƏXS MƏNƏ GÖYƏ DIRMAŞSAM BELƏ 150 MANATI ÖDƏMƏLİ (YƏNİ Kİ “DOĞMALI”) OLDUĞUMU BİLDİRDİ. 150 MANAT ÖDƏYƏNDƏN SONRA MAŞINI BURAXDILAR VƏ BELƏLİKLƏ “DOĞUŞ” PROSESİNDƏN NORMAL ÇIXDIĞINA GÖRƏ BU MAŞINI SÜRMƏK QANUNİLƏŞDİ. RÜFƏT BƏY ƏLAVƏ EDİB BİLDİRDİ Kİ, 1 İL ƏRZİNDƏ SƏNİ KİM SAXLASA DE Kİ, MƏN YASAMAL DYP-NİN 9 NÖMRƏLİ OTAĞINDA OLMUŞAM (DAHA DOĞRUSU “DOĞUŞ” PROSESİNDƏN KEÇMİŞƏM). PAPAĞINI ƏYRİ QOY VƏ KEYF ELƏ. HEÇ KİM SƏNƏ BİR SÖZ DEYƏ BİLMƏZ. ONU DA QEYD EDİM Kİ, MƏN VERDİYİM PULA GÖRƏ QƏBZ ZAD VERİLMƏDİ. ANLADIM Kİ BU, ONLARIN ÖZ QURDUĞU OYUNDUR.
ELŞƏN ƏLAVƏ OLARAQ DEYİR Kİ, BU SİRRİN MAHİYYƏTİNİ BİLƏ BİLMƏYİB. NECƏ OLUR Kİ 150 MANAT VERƏNDƏN SONRA MAŞIN QANUNİ VƏZİYYƏTƏ DÜŞÜR? ƏGƏR HƏQİQƏTƏN BELƏ BİR ŞEY VARSA, ELƏ RƏSMİ QAYDADA 150 MANAT RÜSUM ÖDƏMƏK OLMAZMI? MAŞIN BURA GƏLƏNDƏ NİYƏ BU TƏLƏB QOYULMUR?
SÖZÜN DÜZÜ, BİZİ DƏ MARAQ BÜRÜDÜ VƏ İNTERNETDƏ AXTARIŞ VERDİK, LAKİN BELƏ BİR RÜSUM NÖVÜ TAPMADIQ VƏ VƏTƏNDAŞIN DEDİYİ KİMİ, DEYƏSƏN DOĞRUDAN DA BU BİR NÖV “DOĞMAQ” İŞİNƏ OXŞAYIR AXI?
DYP BAŞBİLƏNLƏRİNDƏN, O CÜMLƏDƏN HÖRMƏTLİ KAMRAN MÜƏLLİMDƏN BİRCƏ XAHİŞİMİZ VAR. XAHİŞ EDİRİK Kİ, BU “DOĞUŞ” MƏSƏLƏSİNƏ TEZ BİR ZAMANDA AYDINLIQ GƏTİRƏSİNİZ. AYDINLIQ GƏTİRƏSİNİZ Kİ, ELŞƏN ŞIXƏLİYEVƏ MƏXSUS “FORD TRANSİT” MARKALI, 99BB453 DÖVLƏT NÖMRƏLİ MAŞIN NƏYƏ GÖRƏ VƏ NİYƏ “DOĞUŞ” PROSESİNƏ CƏLB OLUNUB?Turantv.az
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı