Abşeronda RİH-nin başçısı daha bir qanunsuz tikinti işlərinə göz yumur, səbəb? – VİDEO / FAKT
Gundem / Bolge / Maraqli / Video
Oxunub: 206
25 okt 2023 | 14:07
Abşeronda RİH-nin başçısı daha bir qanunsuz tikinti işlərinə göz yumur, səbəb? – VİDEO / FAKT




Xeyli vaxtdır ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin verdiyi icazə sənədləri əsasında həyata keçirilən qanunsuz tikinti işləri, təkcə bu rayonun ərazisində deyil, sanki ölkə miqyasında böyük səs-küyə səbəb olmaqdadır. Sual oluna bilər ki, niyə? Bu sualın yalnız bir cavabı var, o da inşaası həyata keçirilən tikinti işlərinə dair lazımi sənədlərin olmamasıdır. Diqqət yetirək ki, Abdin Fərzəliyev növbəti qanunsuzluq əməlini Xırdalan şəhəri, Heydər Əliyev prospektində, daha dəqiq desək əvvəlki təcili tibbi yardım stansiyasının yaxınlığında həyata keçirməkdədir. Əldə etdiyimiz bəzi məlumatlara görə, qeyd olunan ünvanda təqribən ümumi sahəsi 1200 kvm, ikimərtəbəli fərdi yaşayış evinin inşa olunacağı bildirilsə də, bu heç də belə deyil. Çünki, bu gün də inşaası həyata keçirilən həmin tikilinin ümumi sahəsinə diqqət yetirməklə onu müəyyən etmək olar ki, tikili fərdi yaşayış evi üçün deyil, digər təyinat üzrə inşa olunmaqdadır. Bəli, müəyyən mənbələrdən belə bir məlumat da əldə etmişik ki, bu tikinti işlərinə dair lazımı sənədlər yoxdur və tikintinin sahibi RİH-nin “xeyr-duası” əsasında işlərini davam etdirir. Faciə odur ki, bu cür qanunsuz tikinti işlərinə Fövqəladə Hallar Nazirliyinin Regional şöbəsinin əməkdaşları da göz yumurlar. Bu da onu söyləməyə əsas verir ki, cənab Kəmaləddin Heydərovun tabeliyində çalışanlar elə hallar olur ki, şəxsi maraqları təmin olunarkən hər cür qanunsuzluqlara göz yummağı özlərinə rəva bilirlər. Amma, bu rayonun ərazisində elə tikinti işləri var ki, onların fəaliyyətləri xeyli müddətdir ki, dayandırılıb və belə bir qərar FHN-nin Regional şöbəsinin rəhbərliyi tərəfindən verilir. O halda ortaya düşündürücü suallar çıxır, görəsən səbəb nə olur ki, FHN-nin əməkdaşları bəzi tikililərdə işləri dayandırırlar, amma lazımi sənədi olmayan digər tikililərdə isə, həyata keçirilən qanunsuz tikinti işlərinə göz yumurlar? Deməli, burada həm əmmalar, həm də əksəriyyətin bilmədiyi, yaxud da eşitmədiyi bir çox müəmmalar var. Yəni, həmin əmmaların və müəmmaların varlığını hər iki tərəf gizli saxlasalar da, bu haqda bəzi çevrələrdə müəyyən söz-söhbətlər dolaşmaqda davam edir. Yəni, dolaşan söz-söhbətlərdə qeyd olunur ki, 19 yanvar 2022-ci il tarixdən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Abdin Fərzəliyev, hal-hazırda bu rayonun ərazisində inşaası həyata keçirilən kiçik tikinti işlərinin hər birinə şərik olur. Ona görə də, hal-hazırda Abşeron rayonu ərazisində qanunsuz tikinti işləri tüğyan etməkdədir.

Elə ki, belə bir problemlərin varlığı ilə bağlı sakinlərin şikayətlərini əsas tutaraq aidiyyəti dövlət qurumlarına, o cümlədən Abşeron RİH-nə rəsmi qaydada məktub ünvanlayıb problemin araşdırılmasına nail olmaq istəyirik, o halda Abşeron RİH-dən başaldadıcı cavablar verilir. Sual oluna bilər ki, nəyə görə RİH-nin inzibati binasından heç də uzaq məsafədə olmayan ərazidə, yəni Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşaası həyata keçirilməkdə olan tikiliyə aid lazımi sənədlər olmadığı halda, məhz həmin tikilinin inşaasına icazə verilir? Deməli, tikinti işlərinin həyata keçirilməsinə cavabdehlik daşıyan bir çox dövlət qurumları, ələlxüsus Abşeron RİH Aparatı əməkdaşlarının, FHN Regional şöbəsi əməkdaşlarının susmaları, bir növ özlərini görməzliyə vurmaları onu sübut edir ki, həm Abdin Fərzəliyevin, həm də Kəmaləddin Heydərovun tabeliyində çalışanları, bu gün xalqın taleyi deyil, yalnız şəxsi maraqlarının təmin olunması düşündürür. Əgər bu belə olmasaydı, o halda Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşaası həyata keçirilən tikinti işlərinin ətraf ərazisində yaşayan sakinləri gündəlik narahat edən, texniki təhlükəsizlik qaydalarına riayət olunmadan inşaası həyata keçirilən həmin tikili ilə bağlı, adı çəkilən bu dövlət qurumunun əməkdaşları əməli addımlarını atardılar. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Vahid Coşqun.
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO