Nizami rayonunda qəzalı vəziyyətdə olan evin qarşısında qanunsuz obyekt inşa edilməsinə kim icazə verib?
Gundem / Bolge / Maraqli
Oxunub: 884
17 okt 2023 | 09:47
Nizami rayonunda qəzalı vəziyyətdə olan evin qarşısında qanunsuz obyekt inşa edilməsinə kim icazə verib?



2015-ci ildə baş verən devalvasiyalardan öncəki plana görə, Bakıda və Bakıətrafı qəsəbələrdə 5 mərtəbəli binalar sökülməli idi. Çünki “xruşşovka”, “stalinka” kimi adlanan bu binalar istismar müddətini başa vurmuş hesab edilir. 2016-cı ildə Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarına əsasən adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Pilot layihələrə əsasən 5 il müddətində Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməli idi. Hazırda bu qərara müvafiq olaraq Bakının müxtəlif rayonlarında pilot layihələr həyata keçirilir.

Lakin qəzalı binaların söküntüsü ləngiyir. Manatın devalvasiyasına qədər bu məsələ çox aktual idi. Lakin sonradan yəqin ki, vəsait çatışmazlığı baxımından məsələ bir qədər öz aktuallığını itirdi. ”Xruşşovka"ların sökülməsi və onların yerində binaların tikilməsi üçün iş adamlarına hazırda icazə verilir. Dövlətin bura vəsait qoyması, düşünürəm ki, bugünkü gün üçün real deyil. Çünki hazırda dövlətin başqa maliyyə yükləri kifayət qədər böyükdür.

Paytaxtın Nizami rayonunda qəzalı vəziyyətdə olan binalardan biri də Qara Qarayev prospekti – 66 ünvanda yerləşir. Maraqlıdır ki, həmin binanın 14-cü mənzilinin qarşısında, təyinatı hələlik məlum olmayan obyektin inşasına başlanılıb və tikinti üçün material tökülüb. Uşaqdan-böyüyə hamıya məlumdur ki, rayon rəhbərliyinin xəbəri olmadan ikicə dədə daşı belə bir-birinin üstünə qoymaq olmaz. Deməli, qeyri-rəsmi də olsa, tikintini aparmaq istəyən şəxsə icazə verilib. Bu isə binanın söküləcəyinə və yeni mənzillərlə təmin olunacaqlarına ümid edən sakinlərin narazılığına səbəb olub.
İbrahim Hümbətov


Bu gün, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Bu gün, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Bu gün, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Bu gün, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Bu gün, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Bu gün, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Bu gün, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Bu gün, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Bu gün, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Bu gün, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Bu gün, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Bu gün, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Bu gün, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Bu gün, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Bu gün, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Bu gün, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Bu gün, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Bu gün, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Bu gün, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Bu gün, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Bu gün, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Bu gün, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Dünən, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Dünən, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Dünən, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Dünən, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Dünən, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?