Kimin cərimə ödəməyə pulu var, harda istəsə ağac məhv edə bilər?
Gundem / Sosial
Oxunub: 562
16 okt 2023 | 14:30
Kimin cərimə ödəməyə pulu var, harda istəsə ağac məhv edə bilər?



Bakı şəhəri, Nizami rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Kürəbəyov Cavad İsfəndiyar oğlu saytımızda gedən tənqidi məqalələr və onlarda ehtiva olunan faktlarla (Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “Qismət M-House” MMC tərəfindən 2022-2023-cü illərdə tikinti işləri aparılan zaman ərazidə ağacların qanunsuz kəsilməsi) bağlı baş redaktorumuzun baş prokurorluğa müraciəti əsasında toplanmış 712C-23 nömrəli yoxlama materialı əsasında apardığı araşdırmadan sonra (cinayət işi başlanmasmm rədd edilməsi haqqmda) 27 avqust 2023-cü il tarixdə Qərar qəbul edib.
Xatırladaq ki, sözügedən ünvanlarda “Qismət M-House” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən yüksəkmərtəbəli binaların inşa edildiyi yerdə 2022-2023-cü illərdə yaşıllıqlar kəsilərək məhv edilmiş, qanunvericiliyin tələbinə görə bina inşa edilməzdən əvvəl ağaclarm ərazidən köçürülməsinə dair Ekologiya Nazirliyinin Ekspertiza İnstitutu rəy verməliydi. Yəni, həmin ağaclar kəsilməli deyil, sadəcə yeri dəyişdirilərək başqa əraziyə köçürülməli, orada qulluğu davam etdirilməliydi. Lakin, həmin ünvanda yaşıllıqlarm başqa əraziyə köçürülmədən məhv edilməsi barədə tərəfimizdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə də məlumat verilmişdir. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki Mühafızəsi Şöbəsinin işçiləri həmin ərazidə olan yaşıl ağacların əvvəlcə budanmasını, daha sonra kəsilərək məhv edilməsini həyata keçirmiş, torpaq sahəsi “Qismət M-House” MMC-yə aid olduğundan həmin cəmiyyətin bu işlərin görülməsində əli olmasından şübhələnirdik. Yaşıllıqlar kəsilməmişdən əvvəl, yəni tikinti başlanılmamışdan əvvəl orada olan ağacları videogörüntüyə çəkmişdik. Əfsus ki, həmin məhv edilmiş yaşıllıqların və ağacların konkret olaraq sayını və kəsilmə tarixini dəqiqləşdirməmişdik. Ağaclar və yaşıllıqlar “Qismət M-House” MMC tikinti işlərinə başlamazdan əvvəl Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki Mühafizəsi Şöbəsinin işçiləri tərəfindən əvvəlcə budanmış, həmin şəxslərin niyyətlərini bildiyimiz üçün ağaclar budandıqdan sonra videogörüntünü çəkmişdik. Daha sonra isə həmin ərazidə olan bütün ağaclar və yaşıllıqlar məhv edilmişdir.
Əfsus ki, məhv edilmiş yaşıllıqların və ağacların konkret olaraq sayını və kəsilmə tarixini dəqiqləşdirməmişdik. Ancaq müstəntiqin apardığı araşdırma zamanı üzə çıxan başqa faktlar “Qismət M-House” MMC-nin rəhbər vəzifəli şəxslərinin heç də “aydan arı, sudan duru” olmadıqlarına dəlalət edir.
Belə ki, araşdırma zamanı izahatı alınmış “Qismət-M House” MMC-nin direktoru İbadov Anar Rahib oğlu təsdiqləmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 24 ünvanında yerləşən 5 mərtəbəli binanın söküntüsünü həyata keçirdiyi, yerində yeni, 14 mərtəbəli binanın tikintisini həyata keçirdiyi vaxt tikintinin aparılmasına maneçilik törədən bir sıra ağaclar adlarını xatırlamadığı fəhlələr tərəfindən müvafıq rəy alınmadan götürülmüş, qeyd edilən hallar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı müəyyən edilərək cəmiyyət barəsində 2 dəfə olmaqla inzibatı cərimə tətbiq edilmişdir. Belə ki, ilkin olaraq 2022-ci ilin aprel ayında 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən yaşıllıqların qorunması ilə bağlı keçirilən monitoriq zamanı cəmiyyət tərəfindən 18 ədəd ağacın və 4 ədəd kolun müvafiq icazə olmadan köçürülməsi halı aşkar edildiyindən, cəmiyyət barəsində zəruri sənədlər toplanılaraq baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmiş, məhkəmənin 04.05.2022-ci il tarixli 3(007)-937/2022 saylı qərarına əsasən cəmiyyət 15.000 manat məbləğində cərimə edilmiş, bundan başqa 2023-cü ilin yanvar ayının əvvəllərində 11 saylı RETSİ-nin əməkdaşları tərəfındən keçirilmiş növbəti monitoriq zamanı cəmiyyət tərəfindən 5 ədəd müxtəlif ağacın qanunsuz götürülməsi halı aşkar edildiyi üçün yenidən toplanmış sənədlər baxılması üçün 11 saylı RETSİ tərəfindən Nizami rayon məhkəməsinə göndərilmiş, məhkəmənin 02.02.2023-cü il tarixli 3(007)-264/2023 saylı qərarı ilə cəmiyyət barəsində 50.000 manat məbləğində cərimə tətbiq edilmiş, hər iki cərimə cəmiyyət tərəfindən hazırda dövlət büdcəsinə ödənilmiş, etdiyi əməldən peşmandır.
Araşdırma zamanı izahatı alınmış 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi-müfəttişi Teymurov Rəvan Əjdər oğlu da bildirmişdir ki, 2013- cü il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitirinq sektorunun baş məsləhətçi-müfəttiş vəzifəsində işləyir, vəzifəsi xidməti ərazidə ətraf mühitin qorunmasına və müvafıq qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət etməkdən, baş vermiş pozuntuların yerində araşdırılmasından, nazirliyə daxil olmuş ərizə və şikayətlərin araşdırılmasmdan ibarətdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Agentliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov və M.Gəncəvi küçələrinin kəsişməsində (3 ədəd yeni yaşayış binaları) “Qismət-M House” MMC tərəfindən aparılan tikinti sahəsində yaşıllıqlarm götürülməsinə dair məktubu İdarınin 05.01.2023-cü il tarixli BO 002 saylı sərəncamına əsasən tərəflərindən yerində araşdırılmış, araşdırma MMC-nin direktoru İbadov Anar Rahib oğlunun iştirakı ilə aparılmış, araşdırma zamanı məlum olmuşdur kı, MMC tərəfindən 2-ci binanın bünövrə qazıntı işlərinə başlanılmış, DEEA tərəfindən təqdim olunmuş ərazinin əvvəlki fotoşəkilləri ilə hazırkı vəziyyətinin müqayisəli təhlili zamanı ərazidən yaşıllıqlarm bünövrə qazıntısı zamanı götürüldüyü öz təsdiqini tapmış, məlum olmuşdur ki, ərazidən 2 ədəd sərv, 2 ədəd qarağac, 1 ədəd tut ağacı bönövrə qazmtısı zamanı ərazidən götürülmüş, kök qalıqları ərazidə qalmamış, MMC-nin direktoru Anar İbadov araşdırma zamanı bünövrə qazıntısı zamanı yaşıllıqiarın götürüldüyünü təsdiq etsə də, buna göstəriş vermədiyini qeyd etmiş, araşdırmanın nəticəsi olaraq “Qismət-M House” MMC tərəfındən yaşıllıqların qanunsuz götürülərək inzibati xəta törətdiyi məlum olmuş, MMC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli 321 saylı qərarmm tələblərinin pozulması qeydə alınmış, toplanmış materiallar, ərazinin müqayisəli fotoşəkilləri akta əlavə olunmuş, qeyd edilən ağaclarm kök qalıqları və gövdələri ərazidə müəyyən edilmədiyindən həmin ağaclarm diametrlərinin ölçülüb qiymətləndirilməsi mümkün olmamış. bu səbəbdən qeyd edilən ağaclarm götürülməsində Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin mövcud olub-olmaması müəyyən edilməmiş, bıı səbəbdən cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmiş, məhkənənin yekun qərarı ilə cəmiyyət 50.000 manat məbləğində cərimələnmişdir.
Materiala Bakı şəhəri, Nizami rayon məhkəməsinin 04.05.2023-cü il tarixli 3(007)-937/2022 saylı və 02.02.2023-cü il tarixli 3(007)-264/2022 saylı qərarları, “Kapital Bank” ASC-nin 11.05.2022-ci il tarixli ODl saylı və 12.01.2023-cü il tarixli OD7 saylı ödəniş tapşırıqları (cərimələrin ödənilməsi barədə) əlavə olunmuşdur.
Cinayət Məcəlləsinin 259-cu maddəsində meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kollarm və ya digər yaşıllıqlarm, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqlarm qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Yuxarıda qeyd etdiyimiz kimi, kəsilən ağacların sayının, kəsilmə tarixinin, diametrlərinin (kök boğazının ölçüləri) qeyri-müəyyən olması dövlətə hansı məbləğdə ziyan vurulmasını müəyyən etməyə mane olmuş, o üzdən toplanmış araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir.
Belə çıxır ki, kimin cərimə ödəməyə pulu var, istəıdiyi yerdə, istədiyi ağacı, kolu məhv edə bilər. Həmin ağac və kolların müdafiəsinə qalxan vətəndaşlar da əvvəlcədən onların sayını, diametlərini ölçüb götürməliymişlər ki, ziyanvericinin dövlətə vuracağı ziyanın məbləğini müəyyənləşdirməkdə çətinlik olmasın. Hələ məhkəmənin təbiətsevərlərin təqdim edəcəkləri rəqəmlərə məhkəmənin qeyd-şərtsiz inanacağı da müşkül məsələdir.
İbrahim Hümbətov
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...