Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi direktorun ailə şirkətinə çevrilib - İLGİNC İDDİALAR...
Gundem / Bolge / Maraqli
Oxunub: 327
29 sen 2023 | 23:39
Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi direktorun ailə şirkətinə çevrilib - İLGİNC İDDİALAR...


Təxminən bir ay əvvəl Sumqayıtın Evdə fərdi təhsil məktəbinin müəllimi Humay Nuriyeva işlədiyi müəssisədə baş verən qanunsuzluq faktlarını mediada ictimailəşdirdi. Müəllimənin “Teref.az” və bəzi başqa saytlarda dərc olunmuş iddialarına görə məktəb direktorunun xanımı dərs bölgüsündə söz sahibidir.
12 ildir ki, Sumqayıtda evdə fərdi təhsil məktəbində müəllimə işləyən Humay Nuriyevanın sözlərinə görə, məktəbdə əvvəlki direktorların vaxtında da korrupsiya halları olub, amma indiki kimisi olmayıb:
“2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər olduğuna görə Abşeron-Xızı təhsil idarəsi onu işdən çıxarmağa məcbur oldu. Bunu həmin məktəbin müəllimləri də açıq deyirlər. Amma işdən çıxarılan direktoru imtahansız gətirib bizim Evdə fərdi təhsil məktəbinə direktor qoydular. Həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, evdə fərdi təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı təhsil idarəsində tibbi-pedaqoji ekspert komissiyasının rəhbəridir.
Komissiyanın keçmiş sədri İsa Tərlanov yoxlamalar nəticəsində işdən çıxarılsa da, Səidə müəlliməni himayə edənlər onu komissiyanın rəhbərliyinə gətirdilər, halbuki xeyli sağlam, heç bir xəstəliyi olmayan uşaqlar 9-11-ci siniflərdə müəllim yanına gedə bilmək üçün məhz həmin komissiyanın saxta rəyləri əsasında evdə fərdi təhsil məktəbinə qəbul edilmişdilər, onlardan hələ də məktəbdə təhsil alanlar var. Hətta deyilənə görə, sağlam uşaqların məktəbə qəbulu 1500-2000 manatdır. Vladim müəllim məktəbimizə direktor təyin olunandan Səidə müəllimənin bütün rəfiqələri aprel-may ayından etibarən məktəbimizə axın etməyə başlayıblar. Yoxlama aparılsa məlum olar ki, 2023-cü ilin aprel ayından başlayaraq 21 saylı məktəbdən və digər məktəblərdən onlarla müəllimə saat hesabı dərs verilib, məktəbin öz müəllimləri isə dərs üçün az qala yalvarır.
Bir neçə kurs müəllimi sövdələşmə əsasında illərdir məktəbimizdə işləyirlər və hər gələn direktor və ya əvəzi onların əmək haqqı kartlarını bir-birinə ötürməklə bir-birinin əyri işlərini ört-basdır edirlər. Həmişə də həmin müəllimlər təriflənir, əslində hamı bilir ki, tərif nəyə görədir. Lakin illərin təcrübəli müəllimləri kiçik bir səhv edən kimi dərhal Vladim müəllim çağırıb deyir ki, “ərizəni yaz, öz xoşunla çıx işdən”. İndi (avqust ayında – red.) hamı məzuniyyətdə olduğu vaxtda direktor Vladim İbrahimov həyat yoldaşı Səidə müəllimə ilə birlikdə dərs bölgüsü aparır, amma bu bölgüdən direktor müavinlərinin, məktəbin həmkarlar təşkilatı sədrinin xəbəri yoxdur. Məktəbimiz Prezidentin açılışını etdiyi 4-cü mikrorayondakı 20 saylı məktəbin binasına köçürüləndə təmir adı ilə 50 manatdan pul yığıb vermişik ki, dərs bölgüsü vaxtı bizi incitməsinlər, lakin indi bizi sayan yoxdur.
Direktorun həyat yoldaşı Səidə müəllimə qayda qoyub ki, bu dərs ilində ancaq diaqnostik bala görə dərs veriləcək. Buna da razıyıq, bəs onda başqa məktəblərin müəllimlərinə hansı prinsiplə dərs verilir? Həmin müəllimlər öz məktəblərində diaqnostik balla 20 saat, bizim məktəbdə də 16 saat dərs alanda bu 36 saat edir, bu da elə-belə olmur. Eşitdiyimizə görə, kim əlavə dərs saatı almaq istəsə əli cibində olmalıdır. 1 saat dərsin qiyməti isə 80-100 manat arasında dəyişir. Xüsusi təhsil sinifləri isə ümumiyyətlə direktorun özünə aid olacaq. Vladim müəllim və Səidə müəllimə məktəbimizi artıq özəl obyekt kimi işlədirlər, söz arası da deyirlər ki, biz birbaşa İlhamə xanımın, yəni regional təhsil idarəsi rəisinin tapşırıqlarını icra edirik, ona arxayınıq, bizə heç icra hakimiyyəti də söz deyə bilməz. Xahiş edirik bu məsələni araşdırın, Təhsil nazirliyi məktəbimizlə maraqlansın, düzgün, şəffaf və pulsuz dərs bölgüsü aparılsın”.
Sumqayıt Evdə təhsil məktəbindəki özbaşınalıqlarla bağlı bizim redaksiyaya da etibarlı mənbədən məlumatlar daxil olub. Həmin məlumatlara görə, məktəbdə 115 nəfər əvəzçi var, onların hər birindən 100 manat rüşvət alınıb: “Direktor Vladim İbrahimov öz bacısı, 5 nömrəli məktəbin müəllimi İsmayılova Müşkünaz Məhəmməd qızını, bacısının gəlinini məktəbdə işə düzəldib, hamısına haqq etmədikləri dərs saatları verib. Elnurə adlı şəxs ixtisasca müəllim olmadığına baxmayaraq, ona heç dərsə gəlmədiyi halda bilogiya fənnindən 36 saat dərs yükü verilib. Vladim İbrahimov Elnurə “müəlliməni” məktəbdə işdə adı qaldığı halda arvadı Səidənin yanına – Abşeron-Xızı təhsil idarəsində tibbi-pedaqoji ekspert komissiyasına göndərib ki, məktəbdə gördüyü, kollektivdə söz-söhbətə səbəb olan qanunsuz işlərini orada rahat davam etdirsin. O komissiyaya ki, özbaşınalıq tüğyan edir. Dərslər satılıb deyə sağlam uşaqları da xüsusi məşğul olma tələb edən sektora götürürlər. Rüşvətlə dərs saatları verilən əvəzçi müəllimlərin işə götürülməsi prosesi indi də davam edir. Son günlərdə Vladim İbrahimov iki qadın coğrafiya müəllimini işə götürüb”.
Xatırladaq ki, məktəb xüsusi təhsil müəssisəsi olduğu üçün müəllimlərin əmək haqqına 50 faiz əlavə də edilir, bu isə 36 saat dərsi olan 55-60 yaşlı 35-40 il stajı olan müəllimlərin ayda 3000-3500 manat maaş alması deməkdir. Ona görə də çəkinmədən 1 saat dərs üçün nə qədər rüşvət tələb olunsa, verirlər. Nəticə də belə olur ki, diaqnostik balı yuxarı olan kənarda qalır, balı aşağı olan 30-36 saat dərs saatına sahib olur. Növbəti yazılarımızda həmin “fədakar” müəllimlərin adlarını çəkəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. //aktualxeber.az//
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı