NONSES: Nitqi qüsurlular üçün xüsusli təyinatlı uşaq bağçasında loqoped yoxdur…
Gundem / Sosial
Oxunub: 30
18 sen 2023 | 23:39
NONSES: Nitqi qüsurlular üçün xüsusli təyinatlı uşaq bağçasında loqoped yoxdur…


İki gün öncə Elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında dedi ki, çox zaman Finlandiya təhsilini misal göstərirlər: “Finlandiyada məktəbəqədər təhsil müəssisəsində çalışanların böyük əksəriyyətinin minimum magistr təhsili olmalıdır, bəzən hətta doktorantura təhsili tələb edilir. Yuxarı pillərlərdə isə bu tələb bir qədər aşağıdır. Lakin bizdə bu pillədə çalışanların müəyyən bir hissəsi TƏHSİLİ OLMAYANLARDIR”.
Təsəvvür edirsiniz, Finlandiyada və digər ölkələrdə uşaq bağçalarında, körpələr evində çalışanlar magistraturanı, hətta doktoranturanı bitiriblər. Bizdə isə, nəinki ali, heç orta ixtisas təhsili olmayanlar bağçalarda gələcək nəslimizi yetişdirir. Bax, fəlakət budur. Hələ bu harasıdır..? Bu heç bir təhsili olmayan tərbiyəçilər, dayələr uşaqlarının qidasını oğurlayır, uşaqların valideynlərindən əlavə pul tələb edir, hətta uşaqları döyürlər.
İndi özünüz düşünün, bu körpələr evində böyüyən gələcək nəsil bunlardan nə öyrənə bilər..? Ancaq oğurluq, rüşvət və digər pis əməlləri öyrənə bilərlər. Son vaxtlar uşaq bağçalarında, körpələr evində baş verən rüşvət və korrupsiya əməlləri barədə yazıları oxuyanda adam dəhşətə gəlir.
Təsəvvür edirsiniz, körpələr evində yüz minlərlə mənimsəmə, dövlətin uşaqlara ayırdığı ərzaq və qidaların marketlərdə satılması və daha nələr… Və üstəlik bağça müdirlərinin “ölü canlar” saxlaması, onların maaşlarını mənimsəməsi, kağız üzərində mühafizəçi, bağban və daha nələr…
Sözün qısası, məktəbəqədər təhsil müəssisələri əməlli-başlı biznes obyektinə çevrilib. Bir neçə gün öncə Finlandiyanın xanım təhsil nazirindən “Sizdə nə üçün pullu təhsil müəssisələri yoxdur?” sualına xanım nazir belə cavab vermişdir: “ Biz təhsili ticarətə, biznesə çevirmirik”. Düzdür, yazının yarısına qədər Emin Əmrullayevin çıxışlarını bəyəndik, çünki Emin Əmrullayev Gundelik-baku.com saytını nöqtə, vergülünə qədər oxuyur. Məhz Emin Əmrullayev öz çıxışlarını Gundelik-baku.com saytının bağçalar və məktəblər haqqında yazdığı yazılarla zənginləşdirmişdir. Biz buna sevinirik. Bir az da özəl bağçalar və onların fəaliyyətləri haqqında araşdırma aparaq. Hal-hazırda özəl bağçaların və orta məktəblərin, hətta ali məktəblərin sayı durmadan artır.
Bəli, bizdə kimin pulu varsa özəl uşaq bağçası, orta məktəb, hətta ali məktəb də açır. Özəl bağçalar, məktəblərlə yanaşı ölkəmizdə dövlət bağçaları da fəaliyyət göstərir. Dövlət bağçalarına isə, təyin olunan rəhbər şəxslər, ancaq Təhsil Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyi tərəfindən müəyyən imtahan verdikdən sonra, həmin vəzifələrə təyinat alırlar. Amma direktor vəzifəsinə təyinat alan bağça müdirələri özlərini elə aparırlar ki, həmin binanı və vəzifəni onlara ataları öz mülkləri kimi bağışlayıb. Ondan sonra başlanır həmin müdirələrin köməkçiləri, müavinləri, qrup rəhbərləri valideynlərin canına zəli kimi daraşmağa.
Onu da qeyd edək ki, həmin şəxslər dövlətin uşaq bağçalarını öz şəxsi obyektləri kimi istifadə edirlər. Belə bağçalardan biri də Yasamal rayonundakı 17 saylı uşaq bağçasıdır.
Məlumat üçün qeyd edək ki, paytaxt Bakının böyük rayonlarından biri olan Yasamal rayonunda 50-dən artıq uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. Yasamal rayon İcra hakimiyyətinin rəsmi saytında http://yasamal-ih.gov.az/az/page/15.html yazılanlardan bəlli olur ki, 17 saylı uşaq bağçası XÜSUSİ TƏYİNATLIDIR. Yəni bu uşaq bağçası NİTQİ QÜSURLU uşaqlar üçündür. Məlumdur ki, belə uşaq bağçalarında xüsusi loqoped-müəllimlər olmalıdır.
Onu da qeyd edək ki, 17 saylı xüsusi təyinatlı körpələr evi–uşaq bağçasının müdiri Xankişiyeva Gülnarə Ağahüseyn qızıdır. Gülnarə Xankişiyevanın əməlləri barədə dövrü mətbuatda xeyıi yazılıb. Onun körpələr evində “ölü canlar” saxlaması, işçilərin maaşlarını mənimsəməsi, uşaqlara verilən ərzaq və qida məhsullarının satılması barədə çox yazılıb. Bütün bunlar azmış kimi xüsusi təyinatlı körpələr evində adicə loqoped çatmır. Atalar demişkən, lalın dilini anası bilər, bəs loqopedin olmadığı bağçada uşaqlarla necə davranmaq olar..? Bütün bunlar azmış kimi Gülnarə Xankişiyeva bir neçə bağçanın da işinə nəzarət edir. Belə bağçalardan biri də Yasamal rayonundakı 94 saylı uşaq bağçası-körpələr evidir. Bu bağçanın müdiri Hüseynova Validə Salman qızıdır. Amma bağçanın və Hüseynova Validə Salman qızının tabeçiliyi Bakı Şəhər Baş Təhsil İdarəsinə deyil, birbaşa Gülnarə Xankişiyevayadır. Görün vəziyyət hansı həddə çatıb ki, Validə Hüseynova Gülnarə Xankişiyevanın icazəsi olmadan heç bir addım ata bilməz. Maraqlısı odur ki, Gülnarə Xankişiyeva özünü bağçada XANIM elan edib. Bütün müəllimələr və valideynlər Gülnarə Xankişiyevaya müəllimə yox, məcburən məhz XANIM deyə müraciət etməlidirlər.
Görün Gülnarə Xankişiyeva özünü hansı səviyyədə tapıb. Bu başqa bir yazının mövzusudur.
Təsəvvür edirsiniz, Gülnarə Xankişiyeva özü rəhbər olduğu bağça ilə bərabər başqa bir bağçanı da idarə edir, valideynlərdən toplanmış pul məsələlərinə baxır və s.
Ümid edirik ki, Bakı Şəhər Baş Təhsil İdarəsi bu məsələ ilə bağlı ciddi araşdırma apararaq, öz sözünü deyəcək. Biz isə, mövzunu diqqətdə saxlayacağıq.
gundelik baki.com

Bu gün, 13:39
Xocalıda erməni sakinlərlə növbəti görüş başlayıb
Bu gün, 13:14
Hərbçilərimiz minaya düşdü: 2 nəfər şəhid oldu
Bu gün, 13:08
Ərdoğan Naxçıvana yola düşüb
Bu gün, 12:40
Oliqarx icra başçısı ölkə idarəçiliyini lağa qoydu: Adil Vəliyevin şok ifadəsi
Bu gün, 12:08
Bakı master-klass keçdi, Vaşinqton və Moskva onunla mübahisə istəmir – ABŞ nəşrindən SENSASİYA
Bu gün, 12:06
Ruben Vardanyan qadın qiyafəsində Qarabağdan qaçmağa çalışıb
Bu gün, 10:22
Komaya düşən Qənirə Paşayeva ilə bağlı müsbət irəliləyiş var
Bu gün, 10:17
Xocavənddə dörd polis, iki mülki şəxsə qarşı terror törədənlər saxlanılıb
Bu gün, 10:13
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
Bu gün, 10:06
Rusiya hər ay 20 min nəfəri orduya çağırır - Yusov
Bu gün, 10:02
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu həbs edilib - VİDEO
Bu gün, 10:00
Qlobal iqtisadiyyatın dedollarizasiyası ABŞ-ın dominantlığına son qoyacaq
Bu gün, 09:56
“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
Bu gün, 09:51
Baş həkimdən komaya düşən Qənirə Paşayeva ilə bağlı açıqlama - VİDEO
Bu gün, 09:21
Rusiya niyə geri çəkildi, Qarabağda əslində nə baş verdi?
Bu gün, 09:16
Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib - VİDEO
Bu gün, 09:15
Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb
Bu gün, 09:10
Paşinyan rus bazasını Gümrüdən çıxarmaq istəyir - Zatulin
Bu gün, 09:05
İrəvanda aksiyalar başlayıb, küçələr bağlanıb - VİDEO
Bu gün, 09:00
Paşinyan devrilməzsə, erməni dövləti yoxa çıxacaq: Kreml Ermənistanın demontaj olunacağını elan etdi
23-09-2023, 23:39
Samir Adıgözəlli QHT Agentliyinin rəhbərini siyasi savadsızlıqda ittiham etdi - VİDEO
23-09-2023, 22:50
Mənəvi yöndən “baştacı” edilən savaş igidləri maddi yöndən “ayaqaltı” edildilər
23-09-2023, 21:18
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki nazirliyi ÜZ-ÜZƏ QOYUB... - İTTİHAM VAR!
23-09-2023, 20:41
18 filialı olan “ Həyat üçün Şans” Reabilitasiya Mərkəzi 5 ildir lisenziyası olmadan necə fəaliyyət göstərir..?
23-09-2023, 19:49
Gəncəlilərin dərdi dərmansızdır? - Güya təmir edirlər amma özlərindən sonra.... VİDEO
23-09-2023, 18:20
"Naxçıvan Toxumçuluq Mərkəzi"-nin 40 nəfər işsiz qalan fəhlələrinin təzminatı ödənilmir
23-09-2023, 17:45
"Smart Electronics Azerbaijan"-ın telefon fırıldağı - Qacaq mal telefonlar satırlar..