Tərtərdə məktəb direktoru öz cinsi orqanının şəklini whatsapp üzərindən paylaşdı
Gundem / Bolge
Oxunub: 1 401
12 sen 2023 | 19:00
Tərtərdə məktəb direktoru öz cinsi orqanının şəklini whatsapp üzərindən paylaşdı



2022-2023-cü tədris ilinin sonuna olan məlumata görə, Tərtər rayon İdris Hüseynov adına Hüsənli kənd tam orta məktəbində 371 şagirdin təlim-tərbiyəsi ilə 41 müəllim məşğul olur. Məktəbə direktor Əkbərov Amil İlqar oğlu rəhbərlik edir. 28-i ali, 13-ü orta təhsilli olan müəllimlərin cəmi 7 nəfəri kişi, 34 nəfəri isə qadınlardır. Ola bilsin, yeni dərs ili başlayanda bu rəqəmlərdə, çox güman şagirdlərin sayında cüzi dəyişiklik müşahidə edə bilərik.

Tərtərdə məktəb direktoru öz cinsi orqanının şəklini whatsapp üzərindən paylaşdı


Amma hələ şagird kontingentinin qız üzvlərini nəzərə almadan əksəriyyəti qadınlardan ibarət olan kollektiv və ümumiyyətlə kənd sakinləri çox ehtimal edir və tələb edirlər ki, əsas dəyişiklik direktorun başqası ilə əvəzlənməsi olsun. Çünki Amil Əkbərov bu yaxında çox biabırçı əmələ imza atıb. Məktəbin müəllimlərinin internetlə bir-birləriylə ünsiyyətdə olduqları vatsap qrupunda direktorun cinsiyyət orqanının şəklini paylaşdığı deyilir. Bu iyrənc əməl isə isə əlbəttə ki, böyük narazılığa səbəb olub. Həmin şəkillər redaksiyamıza təqdim olunub.
Məsələyə aydınlıq gətirmək üçün məktəbin direktoru Amil Əkbərovla telefon əlaqəsi saxlayıb münasibətini soruşduq. Amil Əkbərov etiraf etdi ki, telefonunun şəkil yaddaşında doğrudan da elə bir şəkil olub. Şəkil də həkimə (yəqin ki, androloqa) göndərmək üçün çəkilibmiş. Amil Əkbərovun sözlərinə görə, uşaq telefonu “qurdalayanda” anidən şəkli vatsap statusuna atıb, sonra da dərhal silinib: “Səhvən paylaşılmış, dərhal da silinmiş həmin şəkli yalnız telefonunda “vatsap + plyus” proqramı olan qrup üzvü bərpa edə və yaddaşda saxlaya bilərdi. Bilmək istərdim, bunu kim ajiotaja çevirmək istəyir. Yəqin ki, şantaj məqsədilə edilib. Bunu araşdırmaq hüquq-mühafizə orqanmlarının işidir”.
Beləliklə, direktorun özünü qismən təqsirli saydığı bu məsələ ilə əlaqədar Qarabağ Regional Təhsil İdarəsinin rəisi Gündüz Əbdülovla telefon vasitəsilə fikir mübadiləsi apardıq. Gündüz müəllim redaksiyada olan faktları İdarənin rəsmi internet poçtuna (imeyl) göndərməyimizi xahiş etdi və ondan sonra hüquqi prosedurlara başladacağına söz verdi. Onun sözlərinə görə, fakt təsdiqini taparsa, məktəb direktorun əməli həqiqətən də yolverilməzdir, həm hüquqi, həm də mənəvi məsuliyyət doğurur.
Tərtər Rayon İcra Hakimiyyətinin məsul işçilərindən biori ilə əlaqə saxlayıb rayon rəhbərliyində belə bir məlumatın olub-olmadığını soruşduq. Həmin vəzifəli şəxs ona hələlik yalnız qeyri-rəsmi mənbədən belə bir məlumat çatdığını bildirdi ki, məktəb direktorunun barəsində polisə şikayət olunub. Hər hansı tədbir görülməsinə gəlincə, buna Regional Təhsil İdarəsinin səlahiyyətinin çatdığını söylədi.
Maraqlıdır, əgər məsələ həqiqətən Amil Əkbərovun dediyi kimidirsə, belə çıxır ki, düşməni onuin ocağının başında imiş. İstər-istəməz suallar doğur: Təhsil müəssisəsinə rəhbırlik edən bir şəxs evdə ailəsini, uşağını idarə edə bilmir? Necə olur ki, uşağın onun telefonuna, cihazdakı şəkillərə əli çatır? Uşaq nəyə görə cihazdakı başqa şəkilləri deyil, məhz biabırçı şəkli paylaşır, özü də başqa platformada yox, məhz müəllimlərin vatsap qrupunda?
Yazının dərc olunma ərəfəsində redaksiyamıza məlumat daxil oldu ki, Amil Əkbərov məktəbin ali təhsilli kişi direktorlarına barmaq silkələyib. Yəqin elə düşünür ki, qadın müəllimlər onun vatsap statusunda paylaşdığı şəkildən məmnun olmalıymışlar, bu işin üstünün açılması da yəqin onun kreslosuna göz dikmiş kişi müəllimlərin hansınınsa xidmətidir.
Mövzuya qayıdacağıq.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?