Zaur Baxşəliyevin reklam etdiyi həkim Zaur Ramixanov xəstənin ölümünə səbəb oldu
Gundem / Sosial / Maraqli
Oxunub: 444
30 avq 2023 | 11:48
Zaur Baxşəliyevin reklam etdiyi həkim Zaur Ramixanov xəstənin ölümünə səbəb oldu


Zaur Baxşəliyevin reklam etdiyi həkim Zaur Ramixanov xəstənin ölümünə səbəb oldu



Neçə vaxtdır ki, ölkə mətbuatı İstanbul NS klinikasında “bezpredel idarəçilik”lə bağlı həyacan təbili çalmaqdadır. Buna baxmayaraq, bu gün də səhiyyə ocağında yaşanan acınacaqlı durum aradan qaldırılmır ki, qaldırılmır. Belə bir səbəblər üzündən də, səhiyyə müəssisəsinə müayinə və müalicə olunmaq, eyni zamanda digər məqsədlər üçün üz tutan insanların narazılıqları “pik nöqtə”yə çatıb və sanki insanlar arasında İstanbul NS klinikasına qarşı inamsızlıq hissi də formalaşıb. Hələ bunlar azmış kimi, əldə etdiyimiz məlumatlara görə klinikada baş verən ara-sıra ölüm faktlarının varlığı da, artıq vəziyyətin dözülməz olmasından xəbər verir. Qeyd etdiyimiz belə bir faktların varlığına baxmayaraq, bugünə kimi bir kimsə eşitməyib ki, baş verən hadisələrlə bağlı bir kimsə cəzalandırılsın. Sanki, süstlük, yenə də süstlük!
Xüsusilə bir faktı qeyd etmək istəyirik ki, son dövrlər özünün reklamına küllü miqdarda puş tökən Neyrocərrah Zaur Ramixanov, bir qadının ölümünə səbəb olub. Daxil olan məlumata görə, ictimaət arasında böyük nüfuza sahib olan Saleh Aqşinin anasını əməliyyat edən Neyrocərrah Zaur Ramixanov, ciddi yalnışlığa yol verərək, xəstənin ölümünə səbəb olub. Saleh Aqşinin sözlərinə görə, həkim anasını əməliyyata götürməzdən əvvəl ailə üzvlərinə bildirib ki, keyyitmə ilə baş tutacaq cərrahi prosedur. Lakin həkim Zaur Ramixanov verdiyi sözə əməl etməyərək, yaşlı qadına narkoz verərək, əməliyyata alıb. Əməliyyat zamanı xəstənin halı pisləşib və vəfat edib. Mərhumənin ailə üzvləri həkimi ittiham edərək, səhlənkarlıq səbəbindən xəstənin ölümünə səbəb olduğunu bildiriblər. Ölüm faktı və həkim səhlənkarlığı ilə bağlı mərhumənin ailə üzvləri hüquq mühafizə orqanlarına və ölkə rəhbərliyinə müraciət ediblər. Vəfat edən qadının ailə üzvləri həkim Zaur Ramixanovun qanun qarşısında cavab verməsini və qanunvericilik çərçivəsində həkimlik fəaliyyətinə xitam verilməsini tələb edirlər.
P.S. Xüsusilə qeyd edək ki, ötən il adı qeyd olunan həkim ilə bağlı fakt dolu məlumatlar ölkə mətbuatının gündəmini zəbt etmişdi. Belə ki, Zaur Ramixanov əməliyyat zamanı həkim səhlənkarlığına yol verərək, bir nəfər şəxsin kor qalmasına səbəb olmuşdu. Həmin hadisə “Yeni Gəncə” Tibb Mərkəzində baş vermişdi. Zaur Ramixanov həmin hadisənin ört-basdır olunmasına nail olmuşdu və məsuliyyətə cəlb olunmaqdan son vaxtda qurtulmuşdu. Amma bu səfər görünür çətin olacaq. Çünki ortada ölüm faktı var. İnsanların ölümünə səbəb olan həkimlər layiqli cəzalarını almalıdır ki, digərlərinə də dərs olsun.
Media olaraq, məsələ diqqətimizdədir.
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib