İş adamından nazir Muxtar Babayevə ittiham: “Obyektimi əlimdən almaq istəyirlər” (FOTO/VİDEO)
Gundem / Sosial
Oxunub: 859
19 avq 2023 | 10:06
İş adamından nazir Muxtar Babayevə ittiham: “Obyektimi əlimdən almaq istəyirlər” (FOTO/VİDEO)


Ağsu rayonunda fəaliyyət göstərən "Şöhlətoğlu” İstirahət Mərkəzinin sahibi, iş adamı Novruz Gülməmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şikayətçidir.

Qaynarinfo-nun məlumatına görə, iş adamı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, nazirliyin yüksək vəzifəsli şəxsləri müxtəlif üsullarla sahibi olduğu obyekti onun əlindən almaq istəyir.

Novruz Gülməmmədovun sözlərinə görə, "Şöhlətoğlu” İstirahət Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir.

Həmin il iş adamı Ağsu rayonunun Nüyüd bələdiyyəsindən torpaq sahəsi alıb:

"Ayrıca, iki nəfərdən də torpaq almışam. Beləliklə, 6 hektarlıq ərazidə istirahət mərkəzi qurmuşam. Oraya yüz minlərlə manat investisiya qoymuşam. Ərazini abadlaşdırmışam. Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunana qədər heç bir problem yox idi. Amma o, nazir təyin olunandan sonra müavini Vüqar Kərimov obyekti əlimdən alaraq yaxın dostlarından birinə vermək istəyir”, - sahibkar bildirib.

Novruz Gülməmmədov əlavə edib ki, bu məqsdələ ona qanunsuz cərimə yazıblar. "700 manat cərimə yazdılar. Məhkəməyə müraciət etdim. Məhkəmə inzibati xəta haqqında protokolu ləğv etdi. Bundan sonra təzyiqlər daha da gücləndi. Bu işin başından dayananlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və İnkişafı Xidməti Departamentinin rəisi Namiq Xıdırov olub. Mənim yuxarı instansiyalara şikayətlərimdən sonra vəzifəsindən azad edilib. Mən hər dəfə qanuni yollarla öz hüquqlarımı bərpa etdikdən sonra nazirlik başqa bir qanunsuzluqla obyektin qapadılmasına, ərazinin əlimdən alınmasına çalışır”, - iş adamı vurğulayıb.

Sahibkar deyib ki, nazirliyin əməkdaşları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də müraciət edib:

"Mənə cavab məktubu gəldi ki, dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Şikayətim məndən qanunsuz ödənişlər tələb etməklə bağlı olub. Bütün bunlardan sonra nazirlik məni torpaq zəbt etməkdə ittiham etməyə başladı. Hətta barəmdə cinayət işinin başlanmasına da nail oldular. "Şöhlətoğlu” İstirahət Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir. Bütün bunlar isə ötən ildən başlayıb. Bəs 7 il niyə yadlarına düşmədi ki, mən torpaq zəbt etmişəm?”

Sahibkarın vəkili Türkel Süleymanlı bildirib ki, torpağın Nüyüd bələdiyyəsindən alınmasına dair sənəd var:

"Həmin möhürlü, imzalı rəsmi sənədi Novruz Gülməmmədova bələdiyyə verib. Müdafiə etdiyim şəxs də bu sənəd əsasında iş qurub. 6 hektarlıq abadlıq işləri aparıb, ora külli miqdarda investisiya qoyub, vaxtlı-vaxtında həmin əraziyə görə qanuni rüsumları ödəyib və s. Əgər Novruz Gülməmmədov torpaq zəbt edibsə, bəs o zaman bələdiyyənin bu sənədi nədir?”

Türkel Süleymanlı bildirib ki, qarşı tərəf sadəcə iş adamından qisas alır:

"Novruz Gülməmmədov işini qanuni əsaslarla görən bir iş adamıdır. Hər hansı qanunsuz işdən uzaqdır. Üzləşdiyi qanunsuzluqlara qarşı da qanun çərçivəsində, hüquqi müstəvidə mübarizə aparır. Novruz Gülməmmədov qarşı tərəfin qanunsuz əməllərini ictimailəşdirdiyinə, onlar barəsində müvafiq qurumlara şikayətlər etdiyinə görə ondan qisas alırlar”.

Baş verənlər barədə Novruz Gülməmmədov və Türkel Süleymanlının geniş çıxışını əks etdirən videomaterialı təqdim edirik:



İş adamından nazir Muxtar Babayevə ittiham: “Obyektimi əlimdən almaq istəyirlər” (FOTO/VİDEO)İş adamından nazir Muxtar Babayevə ittiham: “Obyektimi əlimdən almaq istəyirlər” (FOTO/VİDEO)İş adamından nazir Muxtar Babayevə ittiham: “Obyektimi əlimdən almaq istəyirlər” (FOTO/VİDEO)İş adamından nazir Muxtar Babayevə ittiham: “Obyektimi əlimdən almaq istəyirlər” (FOTO/VİDEO)İş adamından nazir Muxtar Babayevə ittiham: “Obyektimi əlimdən almaq istəyirlər” (FOTO/VİDEO)
Bu gün, 08:01
İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bu gün, 07:53
Azərbaycanda Milli Qurtuluş Günüdür
Dünən, 10:34
İranın daha bir generalı öldürülüb
Dünən, 10:29
Yol polisi məzunlara və valideynlərə xəbərdarlıq etdi
Dünən, 10:26
İsrailə raket zərbələri davam edir - Ölənlər var - Yenilənir
Dünən, 10:10
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
Dünən, 10:04
Onlar quru yolla Azərbaycana gəldilər - FOTO
Dünən, 09:59
Bu gün "Son zəng"dir
Dünən, 09:00
Kreml Cənubi Qafqazla bağlı "NATO mesajı" verdi: Rusiya region dövlətlərini işğal ilə hədələyir
13-06-2025, 16:00
İsrail İranla tammiqyaslı müharibəyə hazır olduğunu bəyan etdi
13-06-2025, 15:30
Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13-06-2025, 13:29
TƏCİLİ! İran QAN DAVASI bayrağını qaldırdı - ŞOK
13-06-2025, 13:24
“Mossad” Tehran yaxınlığında kamikadze dron bazası qurub - ŞOK
13-06-2025, 13:21
XİN-dən vətəndaşlarımıza müraciət: İrana getməyin!
13-06-2025, 12:01
İsrail İranın hərbi obyektlərinə hücumu başa çatdırdı
13-06-2025, 11:54
İsrail İran dronlarını vurmağa başlayıb - Video - Yenilənib
13-06-2025, 11:44
Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13-06-2025, 11:41
3 milyon vətəndaşı əhatə edən artımlar - Siyahı
13-06-2025, 11:36
“Ciddi şəkildə narahatıq” - Rəsmi Bakı
13-06-2025, 11:33
Veteranların Prezident təqaüdü artırılacaq?
13-06-2025, 11:02
Trampdan gözlənilən açıqlama gəldi
13-06-2025, 10:55
Türkiyənin hakim partiyasından İrana hücuma - Reaksiya
13-06-2025, 10:48
Daha bir qanunsuz tikili söküldü - Video
13-06-2025, 10:44
İsrail İrana hücumun detallarını açıqladı
13-06-2025, 10:38
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı
13-06-2025, 10:18
Hücumda özləri həlak oldu, evləri bu hala düşdü - Video - Fotolar
13-06-2025, 10:11
Baqerinin yerinə o təyin olundu