Zakir Fərəcov zəmanət məktubu üçün yalvarışda: icra başçısı həbsdən yayına biləcəkmi?
Gundem / Bolge / Maraqli
Oxunub: 287
18 avq 2023 | 21:45
Zakir Fərəcov zəmanət məktubu üçün yalvarışda: icra başçısı həbsdən yayına biləcəkmi?


Bu il Azərbaycanda səs-küy doğuracaq kadr islahatlarının aparılacağı gözlənilir. Məlumata görə, 2023-cü ildə hazırda yüksək vəzifə tutan bəzi məmurların işdən azad olunması planlaşdırılır. Siyasi kluarlarda dolaşan müzakirələrdə deyilir ki, etimadı doğrultmayan və fəaliyyətində ciddi nöqsanlara yol verən məmurlar vəzifələri ilə vidalaşmalı olacaqlar. Onların arasında baronlaşmış icra başçılarının da yer alacağı bildirilir. Bununla bağlı daxil olan məlumata görə, vətəndaşların narazı qaldığı məmurlardan biri Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Sumqatıtda böyük cinayətkar şəbəkə formalaşdıran, icra hakimiyyətini korrupsiya mənbəyinə çevirən, qanunsuz yollarla dövlətin milyonlarını mənimsəyən, özünü Ramiz Mehdiyevin dostu, Bəylər Əyyubovun qohumu kimi təqdim edən icra başçısına siyasi münasibətin daha bir göstəricisi Birinci Vitse Prezidentin bu şəhərdə hər hansı bir açılışda iştirak etməməsidir. Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq şəxslərin siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Yeri gəlmişkən bildirək ki, bu günlərdə Sumqayıt şəhər İcra Hakimiyyətində yeni təyinat olub. Fərid Ələkbərov müvafiq sərəncamla Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini təyin edilib. 44 yaşlı F.Ələkbərovun bu təyinatadək digər dövlət qurumunda çalışdığı bildirilir. Məlumatlı mənbənin sözlərinə görə müavinlərin yenilənməsi əslində Z.Fərəcovun vəzifədən alınması prosesinin başlanğıcıdır. Bu prosesdən Fərəcov özü də xəbərdardır. Qocaman icra başçısı vəzifədən getdikdən sonra digərlər həmkarları kimi cinayət məsuliyyətinə cəlb olunmamağın yolların axtarır.

Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında məlumatlar yayılıb. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun son üç illik fəaliyyət dövrünün maliyyə nazirliyinin 8 nəfərlik qrupu tərəfindən araşdırıldığı qeyd olunub. Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək. Mənbənin bildirdiyinə görə Z.Fərəcovun ən ciddi maliyyə pozuntularından biri şəhər stadionu ilə bağlıdır. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatsa da, hələ də istifadəyə verilməyib. Yoxlamalar zamanı məlum olub ki, stadionda kifayət qədər ciddi problemlər var. Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib ki, bu da maxinasiyaların olması anlamına gəlir. Bu səbəbdən Sumqayıt kimi şəhərin stadionu azarkeşlərin və eyniadlı klubun istifadəsinə verilmir.

Bu arada Fərəcov başqa bir problemlə üzləşib. Gələn məlumatlara görə, Sumqayıt şəhər icra hakimiyyətinin Dövlət Gömrük Komitəsinə 3 mln, Paşabanka 4 mln.800min manat borclu olmasıdır. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin məlumatına görə bu pulların Z.Fərəcovun yaxın qohumu olan mərhum Xannı Rəsulava verildiyi bildirilir. Məsələ ilə bağlı o dövrdə ölkə mediasında yer alan xəbərdə deyilir: “dövrü mətbuatda “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Xannı Rüstəmovun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərlərdə Xannı Rüstəmovun külli miqdarda pul götürərək güya ölkəni tərk etməsi önə çəkilib. Əslində onun ölkədən qaçması barədə yayılan məlumatlar şayiədən başqa bir şey deyil və Zakir Fərəcovun nəzarətindən heç Yalamaya qədər də gedə bilməz.”

Hazırda Z.Fərəcov üçün daha bir ciddi problem məşhur Saray bələdiyyəsinin qətli və Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarlara olan borcdur. Bu səbəbdən Z.Fərəcov vəzifədən alınanadək hər iki problemin həllinə çalışır.Dünənə qədər sahibkarları saymayan, onları qəbul etməyən icra başçısı indi yaxın adamı Gündüz Əliyevi minnətçi salıb. Zakir Fərəcov sahibkarlardan zəmanət məktubu almaq üçün yalvarışdadır və bu iş Gündüz Əliyevə tapşırılıb. Amma bu vaxta qədər bütün vədlərinə xilaf çıxan icra başçısına daha heç kim inanmır və sahibkarlar belə bir məktubu imzalamaqdan imtina edirlər.
Mövzunu davam etdirəcəyik.
cumhuriyyet.az
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib