Yol polisinin haqsız cərimələdiyi hərəkət iştirakçılarına kompensasiya verilsin!
Gundem / Sosial / Video
Oxunub: 838
14 avq 2023 | 15:10
Yol polisinin haqsız cərimələdiyi hərəkət iştirakçılarına kompensasiya verilsin!





Ənənəvi media nümayəndələrilə yanaşı, sosial platformalar hazırda hər bir fərdi “repartyora” çevirib ki, bu ictimai diqqətin miqyasını genişləndirib. Heç də həmişə obyektiv olmayan, əksinə, bəzən qərəzli, qeyri-dəqiq, sosial məsuliyyət hissindən uzaq paylaşımlar, görüntülər sosial şəbəkələr üzərində yayılsa da, qanunun aliliyi prinsipinə zidd olan istənilən fakt barəsində vətəndaşlar tərəfindən polisin məlumatlandırılması, yaxud faktın ictimailəşdirilməsi ümumi problemlərlə birgə mübarizə aparılması baxımından ictimai nəzarətin indikatorudur.

Bu günlərdə yollarda vətəndaşların ictimai nəzarətin həyata keçirilməsində iştirakını artırmaq məqsədi ilə yol polisinin yeni vatsap nömrəsini aktivləşdirməsi Daxili İşlər Nazirliyinin ictimai nəzarətin güclənməsində nə qədər maraqlı olduğunu bir daha göstərdi. Lakin məsələnin o biri tərəfi də var: Yol polisinin işə salınan yeni vatsap nömrəsi əcəba polisin özünün qol qoyduğu qanunsuzluqların vətəndaşlar tərəfindən qeydə alınaraq hüquqi qiymətini almasını nəzərdə tuturmu?

Xeyr! Əksinə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəsmisi deyir ki, polis işçilərinin sükan arxasında mobil telefondan istifadə etməsi, təhlükəsizlik kəmərini taxmaması kimi hadisələrin cəmiyyətdə müzakirəyə çevrilməsi yersizdir: “Məntiqlə düşünək, bəlkə ratsiyada problem yaranıb və ya zəng olunası adamın ratsiyası cavab vermir və ya heç ona xidməti zərurət olmadığı üçün ratsiya təhkim olunmayıb. Baxın, bütün mobil operatorlardan belə operativ xidmətlərə zənglər ödənişsiz və fasiləsizdir. Yəni, sadə vətəndaş üçün də ekstremal şəraitdə qanun pozuntusu ola biləcək vəziyyətlərdə belə hüquqi qiymət verilərkən son zərurət halı kimi buna icazə verir”.

Məntiqlə düşünsək, ratsiyada niyə problem yaranmalıdır ki? Zəng olunası adamın ratsiyası niyə cavab verməməlidir ki? Yaxud, harada görünüb ki, sadə vətəndaş sükan arxasında mobil telefonla danışmasının son zərurət halı olduğunu sübut eləsin? Polis əməkdaşının mobil telefonla danışığının məhz xidməti zərurətlə əlaqəli olub-olmamasını sadə vətəndaş necə üzə çıxara bilər? Bəs ratsiyalara xərclənən pullar hara axır? Yaxşı olmazmı ki, ratsiyaları yığışdırıb tarixin zibilliyinə atsınlar? Onsuz da uşaqdan-böyüyə hamının mobil telefonu var da!

YPX əməkdaşı deyir ki, mən təhlükəsizlik kəməri taxmaya bilərəm, çünki təcili bir hadisədə kəmər bağlana, kilidlənə bilər: “Bu, əslində üstünlük deyil, əksinə, operativ sahələrdə olan insanların əlindən alınıb xidmətə qurban verilən hüquqlarından biridir”. Bu halda sual olunur: Əcəba, o qədər polis işçisinin içərisində biri tapılmadımı ki, bu hüququnun əlindən alınıb xidmətə qurban verilməsinə etiraz etsin? Yaxud, mülki vətəndaşın öz canından daha qiymətli hesab etdiyi əzizlərinin canına qəsd törədəcək təcili bir hadisəyə çevik reaksiya verə bilməyəcəyindən ehtiyatlanaraq təhlükəsizlik kəmərindən imtina etməyə haqqı yoxdurmu?

Nə isə, cəmiyyətə belə bir fikir təlqin edirlər ki, polis nə istəsə eləyə bilər, qanunu, qaydanı poza bilər, vətəndaşların isə bu kimi halları müzakirə etməyə belə haqqı-hüququ yoxdur. Nəinki polis orqanlarına məktubla şikayət edən vətəndaşların, nəinki sosial şəbəkə fenomenlərinin, hətta heç ənənəvi media nümayəndələrinin belə tənqid və iradlarına məhəl qoyulmur.

Sadiq oxucularımız bəlkə də xatırlayarlar, saytımızda polisin peşə bayramı ərəfəsində “Yol polisi təqsirsizlik prezumpsiyasını pozur” sərlövhəli məqalə dərc olunmuşdu. Məqalədə öz peşə bayramlarını alnıaçıq, üzüağ qeyd etməyi haqq etmiş daxili işlər orqanları əməkdaşları təqdir olunur, həmçinin təəssüf hissi ilə qeyd edilirdi ki, DİO əməkdaşları arasında polisə olan ictimai etimadı sarsıdanlar da vardır. Vurğulanırdı ki tərəqqipərvər kütləvi informasiya vasitəsi olan saytımız cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizədə hüquq-mühafizə və cinayət təqibi orqanlarına etibarlı tərəf müqabili kimi çıxış edir, bu sahədə görülən işlərə gərəkən informasiya dəstəyi verir.

Konkret olaraq, bu sətirlərin müəllifinin yol polisinin 08.04.2023-cü il tarixdə barəmdə tərtib etdiyi 40 manatlıq elektron cəriməni mübahisələndirdiyi etiraz ərizəsinə hələ də cavab verilməyib. Guya həmin gün saat 12:47-də Bakı-Quba yolunun 7,5-ci kilometrində şəxsi minik avtomobilimlə hərəkət edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin (yol nişanlarının tələblərinə riayət etmək) tələbini pozmuşam. Bu mövzuda daha əvvəl qələmə aldığım “Sürücülərə cərimə tələsi quran yol polisi videonu gizlədib, fotoşəkli gözə soxur” sərlövhəli məqaləni müşayiətedici məktubla Daxili İşlər Nazirliyinə göndərib obyektiv araşdırılmasını xahiş etsəm də, Nazirliyin reaksiyası ləngiyir. Həmin məqalədən vacib məqamların altını cızıram: “Yol polisindən telefonuma göndərilən mesajdan görünür ki, idarə etdiyim “Kia” markalı avtomobil yolun ortasındakı qoşa xəttin üstündədir. Amma yaxşı yadımdadır ki, həmin vaxt mən maşınala yolun solundan sağa deyil, sağ tərəfindən sola doğru hərəkət etmişəm. Bu isə qayda pozuntusu deyil, əksinə, qaydalara riayət etməklə qayğılandığımın göstəricisidir. Mübahisəli vəziyyətə aydınlığı yalnız qoşa xəttin tapdanıldığı anın fotoşəklini deyil, ondan əvvəli və sonrakı anları da əks etdirən video-görüntünü də izləmək lazımdır. Elə bu məqsədlə də Yol Polisi İdarəsinə gedib aydınlaşdırmaq istədim. Mənə müşahidə kameralarındakı eyni rakursdan olan video-görüntünü göstərmədilər”.

Müşahidə kameralarının qeydə aldığı foto deyil, məhz video-görüntülərinin araşdırılması tələb olunan daha iki protokolun biri (EQ14687706) guya İXM-nin 329.1-ci maddəsinin tələbini pozduğuma görə (təhlükəsizlik kəmərinin taxılmadığı hal) 25.05.2023-cü il tarixdə paytaxtın Babək prospektində, digəri (EQ15023198) də guya eyni əmələ görə 11.06.2023-cü il tarixdə Ələt-Astara yolunun 87,5-ci kilometrində yazılıb. Məsələ burasındadır ki, mənim maşında kəmərsiz oturduğum hər iki halda avtomobillə hərəkət etmirdim. Təqsirsizlik prezumpsiyasına görə, qaydaları pozmadığımı sübuta yetirmək mənim vəzifəm deyil, qaydaları pozduğumu sübut etmək isə polisin vəzifəsidir.

Doğrudur, indi həmin cərimələri məndən tələb edən yoxdur. Amma bir vicdanlı hərəkət iştirakçısı olaraq, həmin mübahisəli halın alternativ həll variantını da qəbul etmək istəmirəm.

Avqustun 4-də telefonuma başqa bir protokolun (EQ16080453) mesajı gəlmişdir. Guya həmin gün günorta saat 13:48 radələrində paytaxtın Nəsimi rayonu ərazisində, Allahyar Nəsibov 11 ünvanda avtomobili saxladığım vaxt dayanma qaydalarını pozduğuma görə İXM-nin 346.1-ci maddəsinin tələbini pozduğuma görə 18 manat cərimələnmişəm. Yol polisinin kamerası ilə qeydə alınan və mənə göndərilən görüntülərdən bəlli olur ki, maşını sağ kənarında saxladığım yolun üstündəki “maşın saxlamaq olmaz” nişanı avtomobili saxladığım yerdən 100-150 metr geridədir. Mən isə maşınla həmin nişanın yanından ötüb keçməmişəm və nişanı da görməmişəm. Əksinə, qarşı tərəfdən gəldiyim vaxt nişandan 100-150 metr irəlidəki icazəli döngədən burulub istiqamətimi 180 dərəcə dəyişmiş və maşını saxlamışam. Bir sözlə, mən heç bir qayda pozuntusuna yol vermədiyim halda cəriməyə məruz qalmışam. Təsəvvür edin, gün ərzində neçə hərəkət iştirakçısı belə haqsız cərimələnir! Axı, heç də hamının üzləşdiyi bu cür haqsızlığı mübahisələndirməyə vaxtı, həvəsi yoxdur. Çoxları məsələnin kökünə gedib çıxmaqdansa, “haramları olsun” deyib 18 manatı ödəməyi üstün tutur. Yazdığı cəriməyə görə yol polisi əməkdaşına 25 faiz mükafat verilir. Əgər vətəndaş ona yazılan cərimənin haqsız olduğunu sübuta yetirəcəyi halda, ona əlavə kompensasiya vəd edilsə, bu, ədalətli olardı.

Bundan başqa, Lənkəran şəhərində 5 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində texniki baxışa gətirilən avtomobilə texniki baxış keçirilmədən sahibindən alınan pul qarşılığında guya prosedurdan keçirildiyi barədə qeydlər aparıldığı məlum olub. Şöbədə gizli qeydə alınan görüntüdən bəlli olur ki, şöbənin əməkdaşı avtomobil sahibindən pulu alıb yaxa cibinə qoyur. Bundan sonra iş artıq bitmiş hesab edildiyindən, detalları yoxlanılmalı olan avtomobil sahibi maşının kapotunu örtür. İnanmaq istəyirik ki, Baş Dövlət Yol Polisi İdarəsi təqdim olunan həmin görüntüləri araşdıracaq, lazımi ölçü götürəcək.

İbrahim Hümbətov


Yol polisinin haqsız cərimələdiyi hərəkət iştirakçılarına kompensasiya verilsin!
Yol polisinin haqsız cərimələdiyi hərəkət iştirakçılarına kompensasiya verilsin!
Yol polisinin haqsız cərimələdiyi hərəkət iştirakçılarına kompensasiya verilsin!
Bu gün, 16:00
Dünyanın ən çirkli havası olan paytaxtları – SİYAHI
Bu gün, 15:30
Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
Bu gün, 14:38
“Onlara pis xəbərim var...” - İlham Əliyev
Bu gün, 14:12
Prezident İlham Əliyev COP29 Liderlər Sammitində çıxış etdi: dövlət başçısından mühüm mesajlar
Bu gün, 13:27
Azərbaycanda "Bitcoin"i hardan almaq olar?
Bu gün, 12:03
İƏT-in Baş katibi Azərbaycana səfərə gəlib
Bu gün, 12:00
Eldar Əzizov açıqladı: Bu binalar söküləcək
Bu gün, 11:08
Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib
Bu gün, 11:02
“Bu tədbirdən sonra məktəb və universitetlərdə iş daha da sürətlənəcək”
Bu gün, 10:58
“Veteran pulu” artırıla bilər?
Bu gün, 10:51
“Bu yağışla zəif yerlərimizi gördük” - Eldar Əzizov
Bu gün, 09:40
BMT BA-nın prezidenti: İqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə bilərik
Bu gün, 09:29
ÜST-nin baş direktoru Azərbaycanda səfərdədir
Bu gün, 09:25
Hikmət Hacıyev: Təəssüf ki, Ermənistan COP29-da iştirak etmir
Bu gün, 09:20
Pensiyalar artırılacaq - Nazirdən şad xəbər
Bu gün, 09:15
Bakıda COP29-un liderlər sammitinin açılış mərasimi keçirilir
Dünən, 14:11
İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb
Dünən, 14:08
İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb
Dünən, 14:07
İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb
Dünən, 13:49
Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi
Dünən, 13:05
İlham Əliyev İraq Prezidenti ilə görüşüb
Dünən, 12:43
Almaniyada böhran: səbəbkarı Ukraynadır
Dünən, 12:39
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə görüşüb
Dünən, 12:34
Balina Bulvara belə gətirilib - ANBAAN VİDEO
Dünən, 12:29
Ərdoğan Bakıdan öncə təcili Ər-Riyada getdi
Dünən, 12:23
Bakıda COP29-un açılış mərasimi başlayıb - Yenilənib
Dünən, 10:30
Trampın prezident seçilməsi, Bakının gözləntiləri - Şərh