Korrupsiya aləmində “İbrahimovlar krateri”
Gundem / Sosial / Maraqli
Oxunub: 1 256
10 avq 2023 | 12:59
Korrupsiya aləmində “İbrahimovlar krateri”



Sabirabadda adlı-sanlı, əsilli-köklü, tayfalı-toxumlu, qırlı-qızıllı, varlı-hallı, sərli-sərvətli, olsun lap elə xətirli-hörmətli İbrahimovlar nəsli var. Bu nəslin nüfuz arealı doğma Sabirabadın hüdudlarını çoxdan aşıb, qonşu rayonlara, paytaxt Bakıya, axtarsan lap elə xarici ölkələrə də sirayət eləyib. Nəslin ağsaqqalı Əhmədağa İbrahimov pensiya yaşını çoxdan adlasa da, nədənsə əvəzolunmaz kadr kimi Şirvan Kollektorlarının İstismarı İdarəsinin rəisi vəzifəsiundə saxlanılır. Əhmədağa müəllimin oğlu Orxan İbrahimov üç il əvvəl Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini-şəhər Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Daha əvvəl Orxasn İbrahimov “Aqrolizinq” ASC-nin Şirvan regional nümayəndəliyinin rəhbəri olub. Təzə vəzifəsində də daha çox başçının “xərac yığanı” kimi ad çıxarıb. Deyilənə görə Şirvan ŞİH başçısı İlqar Abbasov Əhmədağa İbrahimovun maşın dolusu pay-sovqatı və yenidən tikilən Fizuli Parkında 80 min manatlıq iş görməsi, texnikalarını tikintiyə cəlb etməsi qarşılığında Orxanı özünə müavin götürməklə mükafatlandırıb.
Ancaq şəhərlilər Orxan İbrahimovla sələfi - mərhum müavin Şəfahət Əsgərovun arasında böyük fərq görürlər. Orxan İbrahimovu şəhərdən bixəbər, naşı və savadsız gənc hesab edirlər. Təzə vəzifəsində də daha çox başçının “xərac yığanı” kimi ad çıxarıb və xidməti maşınla avtoxuliqanlıq etməsi ilə yadda qalıb.
Maraqlıdır ki, cənab İlqar Abbasov 28 yanvar 2022-ci il tarixli 06 saylı əmri ilə oğul İbrahimovu Şəhər İcra Hakimiyyəti yanında yeni yaradılmış Fövqəladə Hallar Komissiyasına sədr, ata İbrahimovu isə üzv təyin edib. Bu komissiyanın uerlərdə hansı səlahiyyətlərə malik olması barədə təsəvvürləri dəqiq olanlar yaxşı bilirlər ki, burada korrupsiya üçün münbit şərait var və bir ailənin iki üzvünün tərkibə salınması korrupsiyaya qarşı mübarizə deyil, əksinə, korrupsiyanın inkişafına təkan vermək deməkdir.
İşlədikləri sahənin inkişafına deyil, dövlətin büdcəsinin zənginləşməsinə deyil, daha çox öz şəxsi maraqlarına və korporativ qrup mənafelərinə xidmət etmələrinin nəticəsidir ki, İbrahimovlar ölçüyəgəlməz haram kapitala yiyələniblər. Əvvəllər Sabirabad rayonunun inzibati ərazisinə aid olmuş, sonradan Hacıqabul rayonunun tabeliyinə verilmiş Qarasu gölü ətrafında Əhmədağa İbrahimvun balıq gölləri, camış ferması, Sabirabaddan Saatlıya gedən yolda Sarıcalar qəsəbəsində kafeləri, maşın yuma məntəqələri, Sabirabadın Narlıq kəndi ilə Kürdəmir rayonu arasında nəzarətsiz (!) geniş torpaq sahələri vardır. İbrahimovların Şirvan şəhərində çoxsaylı obyektləri, o cümlədən, Şirvandan Bakıya aparan “Sever” (Şimal) yolunun üstündə Sabirabadın sabiq başçısı Əliverdi Əlişovdan satın aldıqları nəhəng restoranları vardır. Əhmədağanın qardaşları Məmmədağa və Rafət İbrahimovlar da zonada saya-hesaba gəlməyən sərvətləri, mülk-səltənətləri ilə tanınırlar. İbrahomovların Sabirabadın Bulaqlı kəndindəki mağazaları Əhmədağanın bacısı oğlu Səfanın adınadır. Səfa Şirinov da qədirbilən bacıoğludur – “Azərişıq” ASC-nin Sabirabad Elektrik Şəbəkəsinin rəisi vəzifəsində “can qoyduğu” üçün İbrahimovların rayondakı obyektləri xəlvət elektrik xəttləri ilə təmin olunublar və işlətdikləri enerjinin pulunu ödəməkdən yayınırlar. Redaksiyamıza daxil olan məlumatlarda o da qeyd olunur ki, nə Orxan İbrahimov, nə də Səfa Şirinov həqiqi hərbi xidmətdə olmayıblar. Başqa cür necə olmalıdır ki? – Müharibədə itirəcəkləri şey təkcə canları olmayacaq axı!

İbrahim Qubadoğlu,
Arif Qabiloğlu
Bu gün, 10:09
Tramp Rusiya ilə bağlı mühüm bəyanat verəcək
Bu gün, 10:04
ABŞ-dən Əbu-Dabi görüşünə - Münasibət
Bu gün, 09:57
PKK bu gün silahı yerə qoyacaq
Bu gün, 09:11
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
Bu gün, 09:00
Vilayət Eyvazovdan polislərə "həssaslıqla yanaşılsın" tələbi
Dünən, 16:00
Yağış yağacaq - SABAHIN HAVASI
Dünən, 15:30
Şad XƏBƏR: Bu ərazimizdə bəzi ailələrə yeni mənzillər veriləcək
Dünən, 14:32
İlham Əliyevlə Paşinyanın görüşü - Razılıq əldə edilib - VİDEO
Dünən, 14:16
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş bitib
Dünən, 13:00
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş geniştərkibli formatda davam edir
Dünən, 12:30
Nazirdən rus bölmələri ilə bağlı AÇIQLAMA
Dünən, 12:26
Azərbaycan beynəlxalq əməkdaşlığa böyük önəm verir - Prezident
Dünən, 11:44
Messi unikal rekorda imza atdı
Dünən, 11:40
İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət edib
Dünən, 11:35
İlham Əliyevin Nikol Paşinyanla təkbətək formatda görüşü başlayıb - YENİLƏNİB
Dünən, 11:17
Əbu-Dabidəki görüş barədə nə məlumdur? - KİV yazır
Dünən, 11:14
Rusiya Ermənistana xəbərdarlıq edib
Dünən, 11:10
BDYPİ yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dünən, 11:07
Texas ştatının rəsmiləri ölümcül daşqına qarşı tədbirlərlə bağlı çoxsaylı sualdan yayınır
Dünən, 11:02
UEFA Avropa Liqası: “Sabah” bu gün Sloveniya klubunu qəbul edəcək
Dünən, 10:58
Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var
Dünən, 10:53
Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlıq potensialını nəzərdən keçirib
Dünən, 10:50
DİN: Ötən gün 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Dünən, 10:46
İyulun 10-u Ümumdünya Hüquq Günüdür
Dünən, 10:16
ABŞ Ukraynaya bu silahların çatdırılmasına başlayıb
Dünən, 10:06
İsrail Rəfahda fələstinlilər üçün “humanitar şəhər” tikir
Dünən, 10:02
Ərdoğan Fahrettin Altunu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT