"50-60 baş heyvanın tələf olub, İsmayıllının başcısı Nahid Bağırov isə..." - SAHİBKAR PREZİDENTƏ MÜRACİƏT ETDİ
Gundem / Bolge / Maraqli
Oxunub: 825
1 avq 2023 | 12:52
"50-60 baş heyvanın tələf olub, İsmayıllının başcısı Nahid Bağırov isə..." - SAHİBKAR PREZİDENTƏ MÜRACİƏT ETDİ


Ağsu Rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu BİA.az vasitəsilə yenidən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə mürəciət edib. Müraciəti olduğu kimi təqdim edirik:

"Mən Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu uzun illərdir kənd təsərrüfatı ilə məşğul olan bir fermərəm.2000-ci ildən 2022-ci ilə qədər mən Şamaxı rayon Dəmirçi kəndinə yaxın yay otlaq sahəsini müqavilə ilə icarəyə götürmüşəm.2022-ci ildə yenidən icarə üçün müraciət etdim.Mənim heyvan sayımı saymaq üçün Ərəbuşağı kənd İcra Nümayəndəliyindən gələn nümayəndə heyəti mənim xəstə olduğum üçün evdə olmadığımdan istifadə edərək qoyunlarımın olduğu əsas yerə baxış etmədən həyətimdəki, 43 baş qoyunu sayaraq gediblər.Mən xəstəxanadan qayıtdıqdan sonra qoyunlarımın düzgün sayılmadığını bildirərək,yeni komissiya yaranmasını tələb etdim.Yenidən gələn komissiya bütün qoyunlarımı sayaraq mənim həqiqətəndə 367 baş qoyunum olması haqqında rəy verdi.Bu məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun qəbulunda oldum o da mənə bildirdi ki,sənin barəndə bizə yalnış məlumat verilib. Çalısacağam uzun illərdir sənə icarəyə verilən yer yenidən sənin olsun narahat olma.

Lakin həmin yerə iş adamı Ədalət Göyüşovun göz dikməsi işin gedişini dəyişdi. Mənə komissiyanın verdiyi 2-ci rəy nəzərə alınmadı,yalnış hesablanmış 1-ci rəyi əsas tutaraq mənə bildirdilər ki,43 baş qoyunun olduğu üçün həmin ərazini sənə verə bilmərik.Çünki adı çəkilən yay otlaq sahəsi çox sayda xırdabuynuzlu heyvanların otarılması üçün nəzərdə tutulub. Mən onlara 2-ci komissiyanın rəyini göstərərək bildirdim ki,mənim 43 baş deyil 367 baş heyvanım var bu da sübutu.Bütün bu dediklərimə qulaq asan belə olmadı.Dəfələrlə başçının müavinləri Eyyub və Mahmud müəllimin qəbulunda olmağım belə heç nəyi dəyişmədi.Çünki,mən arxasız bir kəndli,Ədalət Göyüşov tanınmış və ətrafı yüksək vəzifəli şəxslər olan bir iş adamı.Bütün nüanslar mənim haqlı olduğumu göstərsə də Nahid Bağırov və onun ətrafı Göyüşovdan qorxduğu üçün məsələni onun xeyrinə həll etməyə çalışırlar.Mən həmin yay otlaq sahəsinə heyvanlarımı bir müddətdən sonra yenidən apardım.Orada olduğumdan 3 gün sonra Ədalət Göyüşovun qardaşı, İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının müavini Şahin müəllim, polis zabiti Rəhim Bədəlov, polis serjantı və daha 3 nəfər olduğum əraziyə gələrək mənə bildirdilər ki, Nahid Bağırovun göstərişi ilə gəlmişik bu ərazini tərk et çünki, bu ərazini cənab başçı Ədalət Göyüşova söz verib. Mən onlara bildirdim ki,Cənab Prezidentə, I vitse prezidentə və baş Prokuror Kamran Əliyevə məktub yazmışam. Heç olmasa məktublarıma cavab verilənə kimi məni gözləyin. Onlar isə dedi ki, sənin kimə məktub yazmağın bizə maraqlı deyil. Ən yaxşı halda sənə 3 gün vaxt veririk buranı tərk etməsən, ya səni 4 il müddətinə həbs edəcəyik ya da 8000 manat cərimə edəcəyik. Mən deyilənlərdən qorxdum.3 gün sonra heyvanları yenidən geri Ərəbuşağı kəndinə apardım.Yolda 50-60 baş heyvanın tələf oldu. Hazırda da heyvanlarım quraq ərazidə qalıb, istidən, susuzluqdan əziyyət çəkərək tələf olurlar.

Məndə olan məlumata görə hazırda həmin yay otlaq sahəsində Ədalət Göyüşovun olmadığı deyilən 50 baş keçi, 60 baş isə iribuynuzlu heyvan var. Müqavilədə həmin ərazidə iribuynuzlu heyvanların otarılmasına icazə verilməsə də Ədalət Göyüşovun adı bəzi qanunları pozmağa şərait yaradıb.Mənə 1-ci komissiyanın rəyini əsas götürərək 43 baş xırdabuynuzlu heyvanımın olduğunu bildirərək müqavilədən imtina edə İsmayıllı Rayon İcra Hakimiyyəti nə məsələdirsə,Ədalət Göyüşovun 50 baş keçisinin orada otarılmasına icazə verir.

Bundan əlavə bu məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət etdiyim üçün daima həm özüm həm də ailəm təhdid altındadır.Mən kəndli adamam təhdidlərdən qorxuram.Ailəmin başına gələcək hər hansı hadisəyə görə narahatam.Çünki, Ədalət Göyüşov müxtəlif insanlar və qurumlar vasutəsilə dayanmadan mənə təzyiqlər edir.Ailəmi şərləməklə,tutdurmaqla,ölümlə hədələyir.

.Mənim ola bilər ki, Ədalət Göyüşov qədər arxam dayağım,məmur dostlarım-qohumlarım olmaya bilər. Amma mənim arxalandığım Prezidentim, I vitse Prezidentim var. Ümidim yalnız Cənab Prezident İlham Əliyevə və I vitse Prezident Mehriban xanım Əliyevayadır. Xahiş edirəm mənə haqqım olan yay otlaq sahəsinin yenidən qanunla nəzərdə tutulmuş qaydada mənə icarəyə verilməsinə köməklik edəsiniz. Ən əsası bir vətəndaş olaraq mənim və ailəmin can güvənliyinin təminində mənə köməklik edəsiniz."
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?