Ekocinayətlərə rəvac verən elə şəxsən nazir özü və müavinləridir
“Azerinfo.az” informasiya agentliyi ekologiyanın saflığı uğrunda mübarizə işinə əhəmiyyətli dəstək verən tərəqqipərvər KİV-dən biridir. Daim öz reportyorlarının müşahidələrinə, yerlərdən daxil olan əsaslı şikayətlərə, etibarlı mənbələrdən daxil olan məlumatlara istinad edən saytımız fəaliyyət müstəvisində çoxsaylı maneələrə də rast gəlib, müdaxilələrə də.
Yeri gəlmişkən, təkcə ekologiyanın deyil, təbii sərvətlərin də mühafizəsi, istismarı işinin düzgün qurulması sahəsində də hökumətə (Ekologiya və Təbii Sərvətlər Nazirliyinə) etibarlı tərəf müqabili kimi çıxış etmişik. Saytımızda bu mövzularda təqdim etdiyimiz istər yazılı, istər audio-vizual materiallar bəzən effekt vermiş, ictimai qınağa tuş gətirdiyimiz aidiyyəti qurumlar qeydə alıb onlarta göstərdiyimiz faktlar üzrə tədbirlər görmüş, ayrı-ayrı vəzifəli şəxslər barəsində ölçü götürülmüş, intizam tənbehi seçilmiş, hətta bəziləri işdən kənarlaşdırılmışlar.
Etiraf edək ki, KİV-in diqqət yönəltdiyi faktlara ETSN məmurları necə deyərlər, “yarıkönül” reaksiya verirlər. Təcrübəmizdən belə qənaətə gəlmişik ki, hətta işdən çıxarılan məmurlar da sonradan məlum olur ki, öz səhlənkarlıqlarından daha çox yuxarı vəzifəlilərin güdazına gediblər. Məsələn, Baş prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Lənkəran, İsmayıllı, Masallı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsi olaraq Namik Xıdırov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsindən azad edildi. Məlumat mediada məhz bu cür yayılsa da, sonradan bəlli oldu ki, N.Xıdırova hər-şeyi açıb-ağartmamağı, sakitcə ərizə yazıb getməyi tövsiyə ediblərmiş. Yəni, KİV-də ictimailəşdirilən faktların, neqativ halların olsa-olsa, nəticəsi aradan qaldırılır, onlara rəvac verən vəzifəli şəxslər isə mümkün qədər məsuliyyətdən kənarda saxlanılır.
Yadınızdadırsa, bir neçə il əvvəl baş vermiş sel nəticəsində Göyçay çayı üzərindəki avtomobil körpüsü dağıldı. Bildiyimiz ki, faktla bağlı cinayət işi başlayan Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müəyyən etdi ki, müqavilələri ləğv edilmiş karxanaların sahibkarları gizli yolla çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərmiş, bununla da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suya ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmuşlar. Nəticədə vəzifə səlahiyyətlərindən sui-istifadə edən, külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olan, yerin təkinin qorunması və istifadəsi qaydalarını pozan bir neçə fiziki və hüquqi şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edildi. Həmin hadisələrin davamı olaraq, İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olundular.
Sözügedən məsələlərin üzərində çox dayanmaq fikrimiz yoxdur. Bir məqamın vacibliyini vurğulamaq istəyirik ki, vaxtında yazılanlara reaksiya verilsəydi, nə yollar, nə də körpülər dağılardı.
Sadiq oxucularımız xatırlayarlar, saytımız Göyçay rayonunun Qarabaqqal kəndi ərazisinin paybəlli, örüş və s. torpaqlarının qeyri-qanuni qazılaraq “kamaz” yük maşınlarıyla “İftixar – Ali”MMC kərpic zavoduna və digər vətəndaşlara satılması haqda tənqidi yazılarla çıxış edib.
Bu və başqa qanunsuzluqların baş verdiyi (quşların qeyri-qanuni ovlandığı, çay yataqlarının qazıldığı, dövlət meşə fondu torpaqlarının zəbt olunduğu və yerində əkin salınması və s.) barədə 8 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq müəllimə ünvanladığımız suallar cavabsız qaldı. Sözügedən kərpic zavodunda işçilərin əməyinin mühafizəsi tələblərinə riayət edilmir, yəni, qoruyucu geyim və kaskalardan istifadə edilmir, işçilərin əksəriyyəti qeydiyyata alınmır, gəlirlər vergidən yayındırılır və s. Kərpic zavodunun sahibi tərəfindən ora qanunsuz torpaqlar qazılıb daşınan zaman "Kamaz" markalı maşınların dövlət nömrə nişanlarına palçıq sürtüllər ki, qoy tanınmasın. Zavodda istismar edilən 630 kva transformatorun texniki şərti yoxdur. Yoxlama gələndə deyirlər ki, transformatorun sənədləri itib.
İki il əvvəl Lənkəranın Haftoni kəndinin ərazisində 45 hektar meşə sahəsinin çay plantasiyası salmaq üçün “Beta” şirkətinə uzunmüddətli icarəyə verilməsi və orada ağacların kütləvi qırılmasına ekofəalların etirazına biz də informasiya dəstəyi vermişdik. O vaxt “Ecofront” təşkilatının üzvləri ETSN binası önündə aksiya keçirərək nazir Muxtar Babayevlə və ya digər vəzifəli şəxslərlə görüş tələb etsələr də, pandemiyanı bəhanə edərək fəalları nazirliyə buraxmadılar. Nazirliyin sabiq mənsubu Xıdırov isə iddia edirdi ki, icarəyə verilən ərazidə yaş ağaclar yox, hansısa kol-koslar təmizlənir. Halbuki, əlimizdə iri ağacların kəsildiyini əks etdirən fotoşəkillər vardı. Söhbət yüzlərlə ağacın, üstəlik “Qırmızı Kitab”a salınmış qiymətli ağacların, o cümlədən dəmir-ağacların məhv edilməsindən gedirdi.
Maraqlıdır, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurları ötən ilin oktyabr ayından başlayaraq bütün payızı-qışı ekologiya təəssübkeşləri ilə bir araya gəlib qarlı-şaxtalı günlərdə ermənilər yaşayan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edə bilirdilər, amma ölkənin başqa regionlarında baş verən ekoloji fəlakətləri görmürlər. Bu isə o anlama gəlir ki, baş verməkdə olan neqativ halların hərəkətverici qüvvəsi elə ETSN rəhbərliyinin, nazir Muxtar Babayevin, nazir müavini Vüqar Kərimovun və başqa yüksək vəzifəli şəxslərin özləridir, onların tətbiq etdikləri, çox vaxt da elə sələflkərindən – keçmiş nazir və nazir müavinlərindən əxz etdikləri korrupsiya sxemidir.
İbrahim Hümbətov
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?