Vəndam bələdiyyəsinin sədri qanunlara “şpaqat” atır

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.
Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.
Amma bütün qərarları təkbaşına verən elə bələdiyyə sədrləri vardır ki, yerli özünüidarəetmə qurumunun mülkiyyətində olan torpaqları öz dədələrinin malıymış kimi sağa-sola satırlar. Hələ bir neçə il əvvəl mətbuat yazırdı ki, Vəndam bələdiyyəsinin sədri Asif Həşimov qəsəbədə torpaqları plansız, əsassız şəkildə sataraq, talanını həyata keçirməkdədir. Qeyd olunurdu ki, Vəndam bələdiyyəsi tərəfindən satılan hər 0.01 ha bələdiyyə torpaq sahəsinə görə vətəndaşlardan rəsmi rüsumlardan əlavə, minimum 500 manat rüşvət alınır. İndi, əlbəttə ki, o qiymətlər daha da kvadrata yüksəlib. Əgər istənilən vaxt yoxlama aparılsa, bələdiyyə sədrinin satmış olduğu torpaq sahələrinin torpaqayırma sənədlərinin Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274 – IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə, qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlmədiyi aşkarlanar.
Daha nələr deyilməyib, nələr yazılmayıb indiyədək Asif Həşimovun haqqında?! Adam tarixi qəbristanlığın yerini dolduraraq mağaza tikib. Bələdiyyə sədri 2018-ci və 2020-ci illərdə qəsəbə ərazisində məişət tullantılarının Qaraçay və Dəstəmaz çaylarının kənarına qeyri-mütəşəkkil atılmasına və qanunauyğun idarə edilməməsinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən barəsində protokollar tərtib olunaraq 2000 və 3000 manat məbləğində cərimələnib.
Asif Həşimovun arxasında kim durub ki, belə özündən müştəbehdir, bilinmir. Bəlkə qəsəbədə heykəli qoyulan Jan Klod Van Dam? Ola bilməz, avropalılar Asif Həşimov kimi çamura bulaşmış adamlara qahmar çıxmazlar. Bəlkə qohumu olduğunu dediyi rəhmətlik şəhid general Polad Həşimovun xatirəsinə ehtiram əlaməti olaraq ona toxunmurlar? – Bu da inandırıcı deyil, Polad Həşimovun şəxsiyyətinə hörmət edən, qohum olan kəs Asif qədər korrupsiyaya qurşanıb bu statusdan sui-istifadə etməzdi.
İbrahim Hümbətov
Dünən, 16:00
Gürcüstan hökuməti ABŞ-a işləyən yerli gürcüləri hədəfə alıb - Konqresdən sərt xəbərdarlıq gəldi
Dünən, 15:30
Məktəblərimizdə erməni dili tədris edilsinmi? - iki mövqe
Dünən, 14:00
Azərbaycanla bağlı bu hadisə tarixdir - Paşinyan
Dünən, 13:55
Türkiyə Bakıda Zəfər paradında şəxsi heyət və 6 ədəd F-16 ilə təmsil olunacaq
Dünən, 13:35
"Qarabağ" "Çelsi" ilə oyundan sonra neçə milyon əldə etdi? - Məbləğ
Dünən, 12:45
İlham Əliyev: Azərbaycan Ordusunun müasirləşdirilməsi bundan sonra da davam edəcək
Dünən, 12:40
Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
Dünən, 11:52
Növbəti ildən bu sahələrdə əmlak vergisi yeni qaydada hesablanacaq
Dünən, 11:44
Sektor müdirinə şiddətli töhmət verildi
Dünən, 11:11
Rusiyadan Ermənistanla dəmir yolu əlaqəsinin qurulmasına - Münasibət
Dünən, 11:06
Ermənistana buğda aparan qatar artıq Bakıdadır - Video
Dünən, 10:59
Amerikalı general Şəhidlər xiyabanına getdi - Fotolar
Dünən, 10:53
Xankəndidə Zəfər Günü ilə bağlı yürüş - Video - Fotolar
Dünən, 09:42
Tramp yenə Azərbaycan-Ermənistan münaqişəsindən danışdı: Putin dedi ki, 10 ilə onu həll edə bilməyib...
Dünən, 09:35
Ermənilər gəlir - İrəvandan anons, Bakıda hazırlıq
Dünən, 09:30
Tərkibində dərman aşkarlandı... - energetik içkilər haqda bir daha
Dünən, 09:23
Toyda futbola baxdılar
Dünən, 09:18
“Əsrin soyğunçuları”ndan biri yutuber imiş
Dünən, 09:08
Ağır gecə idi, əvvəldən demişdim ki... - "Çelsi"nin baş məşqçisi
Dünən, 09:07
Çempionlar Liqası: "Qarabağ" tarix yazdı - QOLLAR
Dünən, 09:00
Trampın “dəli rəqibi” ölkənin siyasi sistemini dəyişir: Keçmiş SSRİ-ni dağıdan ABŞ “kommunizm kabusu”na sürüklənir
5-11-2025, 16:00
ABŞ BMT-yə Suriyaya qarşı sanksiyaların qaldırılmasını təklif edib
5-11-2025, 14:29
Sabah hava necə olacaq?
5-11-2025, 14:19
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
5-11-2025, 13:40
Deputat: Gələn il pensiyalar 10 faiz artırılacaq
5-11-2025, 13:35
Prezident onları təltif etdi
5-11-2025, 12:01
Yaşa görə pensiyanın məbləği artır - Məbləğ