“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT: Tofiq Heydərov şirkətin təsisçisi ilə niyə hesablaşmır? – FOTOLAR
Gundem / Sosial / Maraqli
Oxunub: 623
27 iy 2023 | 21:18
“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT: Tofiq Heydərov şirkətin təsisçisi ilə niyə hesablaşmır? – FOTOLAR


“AAAF İnşaat” MMC-nin təsisçisi şirkətin rəhbərini özbaşınalıqda suçlayır.

Yenicag.az-a “AAAF İnşaat” MMC-nin təsisçisi Mövləddin Ramazanovun Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinə və Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladığı şikayət məktubu daxil olub.

Mövləddin Ramazanovun məktubunda “AAAF-İNŞAAT”ın ərazisi olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan naməlum şəxs tərəfindən qanunsuz olaraq əsaslı tikinti işlərinə başlanıldığı, özbaşına hasarlanma işlərinin həyata keçirildiyi qeyd olunub.

“Mən bir təsisçi olaraq bu tikintidən, satılmış torpaq sahəsindən heç bir xəbərim yoxdur, ümumiyyətlə, “AAAF-İNŞAAT” MMC-nin apardığı tikinti işlərinin layihələrində, ərazinin baş planında belə bir tikintinin aparılması nəzərdə tutulmayıb. Buna kim icazə verir, kim nəzarət edir, bu, nə özbaşınalıqdır?”, – deyə o vurğulayıb.

“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT: Tofiq Heydərov şirkətin təsisçisi ilə niyə hesablaşmır? – FOTOLAR


Tofiq Heydərov

Ramazanovun yazdığına görə, ərazidə olan yaşayış binalarının sakinləri də haqqında danışılan qanunsuz hasarlama ilə bağlı kəskin narazılıqlarıni bildirərək, aidiyyatı qurumlara dəfələrlə yazılı və şifahi müraciətlər ediblər.

Yeri gəlmişkən, “AAAF Park” Yaşayış Kompleksinin 7 mərtəbəli və 215 mənzilli 24-cü binasının sakinləri ərazidə piyada və avtomobil hərəkətini tamamilə məhdudlaşdıran qanunsuz tikintinin ləğv edilməyəcəyi halda, ərazidən keçən yolu bağlayacaqları və nəticə olmasa, daha radikal addımlar atacaqlarına dair xəbərdarlıq etsələr də, “AAAF-İNŞAAT”ın preezidenti Tofiq Heydərov nə onların şikayətinə, nə də xəbərdarlığına məhəl qoyur. Bu isə sakinləri daha da hiddətləndirir.

Sakinlər bildirirlər ki, binada yanğın baş versə, yaxud təcili tibbi yardıma ehtiyac yaransa, həmin xidmətlərin avtomobillərinin əraziyə daxil olması mümkün deyil. Bu isə sakinlərin həyatı və sağlamlığı üçün çox böyük riskdir. Ona görə də sakinlər son həftədə, demək olar ki, hər gün ərazidə bir araya gələrək qanunsuz tikintiyə etirazlarını bildirirlər. Sakinlərin qanunsuz tikinti barəsində dəqiq məlumatları olmasa da, bu işlərin Ceyhun Musayev adlı şəxs tərəfindən aparıldığını öyrənə biliblər.

Nə qədər təəccüblü olsa da, Abşeron Rayon İcra Hakimiyyətindən sakinlərin müraciətinə cavab olaraq ərazidə hər hansı tikintiyə icazə verilmədiyi bildirilsə də, sözügedən tikintinin qarşısının alınması üçün rayon rəhbərliyi tərəfindən heç bir tədbir görülmür. Binanın qarşısından edilmiş çəkilişlərdən də göründüyü kimi, həmin tikinti nəinki ərazinin yolunu, həm də sakinlərin pəncərəsini və binaya giriş yollarını bağlayıb. Bəli, tikinti sahiblərinin girişlərdən birində quraşdırdığı avadanlığın səsindən Qarabağ qazisi olan sakinin ailəsinin rahatlığı tamamilə pozulub.

Sakinlərlə yanaşı, ərazidəki mikrotəbiət də qanunsuz tikintidən zərər çəkməkdədir. Binada yaşayanların əkdiyi və 10 il qulluq edərək min bir əziyyətlə böyütdükləri ağaclar da qanunsuz tikintinin güdazına gedir. Binanın həyətindəki ağaclardan artıq 3-ü kəsilib. Qanunsuz tikinti yay tətilinin dadını çıxarmalı olan uşaqların da istirahətini alt-üst edib. Onlar bu tikinti üzündən oynamağa yer tapmırlar.

“AAAF-İNŞAAT”ın təsisçisi bəhs edilən “hasarlama işi”nin Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli Fərmanının, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə tamamilə zidd olduğunu diqqətə çatdırıb.

Mövləddin Ramazanov məktubunda qeyd olunan məqamları əsas götürərək “AAAF-İNŞAAT” MMC-yə məxsus yaşayış kompleksinin layihə sənədlərində, ərazinin baş planında nəzərdə tutulmayan, qanunsuz, özbaşına aparılan tikinti işlərinin qarşısının alınmasını, həmin hallarla əlaqədar ətraflı araşdırma aparılmasını, ərazidəki qanunsuz tikinti işinə göz yuman və şərait yaradan şəxslərin hərəkətləri barəsində qanunamüvafiq qaydada ölçü götürülməsini və onların qanunsuz əməllərinə hüquqi qiymət verilməsini xahiş edib.

Mövləddin Ramazanovun məktubunda yer alan ittihamların ciddiliyini nəzərə alaraq “AAAF-İNŞAAT” MMC-nin mövqeyini öyrənmək üçün şirkətlə əlaqə yaratmağa yönəlik davamlı cəhdlərimiz nəticəsiz qaldı. “AAAF-İNŞAAT”ın rəsmi internet resurslarında qeyd edilən sabit telefon nömrələrinin operator bilgisinə əsasən, “işləmədiyi”, mobil nömrələrin isə “təyin edilmədiyi” üzə çıxdı.

Bununla belə, təmsilçilərinin müraciət edəcəyi təqdirdə, “AAAF-İNŞAAT” MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.

“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT: Tofiq Heydərov şirkətin təsisçisi ilə niyə hesablaşmır? – FOTOLAR“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT: Tofiq Heydərov şirkətin təsisçisi ilə niyə hesablaşmır? – FOTOLAR“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT: Tofiq Heydərov şirkətin təsisçisi ilə niyə hesablaşmır? – FOTOLAR“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT: Tofiq Heydərov şirkətin təsisçisi ilə niyə hesablaşmır? – FOTOLAR“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT: Tofiq Heydərov şirkətin təsisçisi ilə niyə hesablaşmır? – FOTOLAR“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT: Tofiq Heydərov şirkətin təsisçisi ilə niyə hesablaşmır? – FOTOLAR“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT: Tofiq Heydərov şirkətin təsisçisi ilə niyə hesablaşmır? – FOTOLAR
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
Dünən, 11:33
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
Dünən, 11:18
Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
Dünən, 10:53
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Dünən, 10:48
Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
Dünən, 10:20
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
Dünən, 10:12
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Dünən, 10:06
İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir