Nəyə görə Vaqif Fətullayevin üç diplomu Xırdalanda vüsət alan apartman biznesi qarşısında acizdir
Gundem / Sosial / Maraqli
Oxunub: 498
21 iy 2023 | 12:44
Nəyə görə Vaqif Fətullayevin üç diplomu Xırdalanda vüsət alan apartman biznesi qarşısında acizdir


Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi – fövqəladə hallar nazirinin 18 aprel 2008-cil tarixli 037 saylı əmri ilə yaradılmış, Əsasnaməsi fövqəladə hallar nazirinin 07 oktyabr 2009-cu il tarixli 075 saylı əmri ilə təsdiq edilmişdir. Sumqayıt şəhərində yerləşən Regional Mərkəz Sumqayıt şəhərini, Xızı və Abşeron rayonlarını, ümumilikdə 3727,27 kv.km ərazini əhatə edir.

Ərazi seysmoaktiv zonada yerləşir, sürüşmə və subasma sahələri mövcuddur. Respublikanın digər ərazilərinə xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Sumqayıt Regional mərkəzinin əhatə etdiyi ərazi üçün də xarakterikdir. Ona görə də ərazidə inşa olunan tikililərə FHN-nin sözügedən qurumunun nəzarəti çox vacibdir.

Di gəl, məhz paytaxt Bakıya yaxın olduqları üçün Sumqayıt, Abşeron və Xızıda son illər qanuni və qanunsuz fərdi yaşayış evlərinin tikintisi çoxalmışdır. Aparılan tikinti işlərində daha çox qüsur məhz ev və obyektlərin FHN-nin tələblərinə cavab verməməsidir. Nyus.az saytı son vaxtlar təkcə Abşeron rayonunda, rayonun inzibati mərkəzi sayılan Xırdalan şəhərində çoxlu sayda şikayətlər əsasında bu cür neqativ halları ictimailəşdirmiş, qanunsuzluqlara rəvac verən şəxsləri tənqid etmişdir. Xırdalanda tikinti sektorunda ən əcaib şəkildə inkişaf edən sahə isə apartman biznesidir. İşbazlar bir neçə fərdi ev sahibindən evlərini və torpaq sahələrini satın alır, sonra şəhər rəhbərliyindən fərdi ev tikintisi təyinatı ilə icazə alırlar. Amma sonra həmin sahə üzərində hündürlüyü və başqa parametrləri həddi aşan çoxmərtəbəli apartmanlar inşa edirlər. Bu apartmanlarla onların kölgəsində qalan qonşu həyətlərin arasındakı məsafə o qədər kiçik olur ki, yanğın və ya başqa fövqəladə hal yaranarsa, texnikanın, maşın – mexanizmin əraziyə daxil olması mümkünsüz olur.

Nəinki tənqidə, töhmətə, inzibati cəzaya, hətta ən azından vəzifəsindən kənarlıaşdırılmağa layiq şəxslərdən biri də FHN – nin Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Fətullayev Vaqif Cəlal oğludur.

V. Fətullayev1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Elə bu amil – fövqəladə hallar naziri general – polkovnik Kəmaləddin Heydərovla həmyerli olması Vaqif bəyin özündənmüştəbehliyinə əsas səbəbdir. O üzdən nəzarət etməli olduğu ərazidə baş verən qanunsuzluğa göz yumur. Təbii ki, təmənna qarşılığında.

Hal-hazırda Xırdalan şəhərində Əliağa Vahid küçəsində “2-ci Araz” deyilən “Araz Market”in arxasında tikilən apartmanın, Elvin Əlbəndov küçəsində tikilməkdə olan iki fərdi yaşayış evinin, Qaçaq Nəbi küçəsi ilə yuxarı nahiyəsində bir neçə il əvvəl tikilmiş apartmanın heç birinin sənədinin olmadığı bildirilir. Və bütün bunlar Vaqif Fətullayevin işçilərinin gözləri önündə baş verir. Görünür, hətta V.Fətullayev kimi üç universitet (Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Ahmet Yasevi Universiteti) bitirsən belə, hazırda çiçəklənən biznes sayılan apartmanların inşasına bürokratik əngəl yaratmaq, bu sahənin işbazlarının təklif etdikləri “şirinliyi” geri çevirmək ağılsızlıq olardı.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Nəyə görə Vaqif Fətullayevin üç diplomu Xırdalanda vüsət alan apartman biznesi qarşısında acizdir
Nəyə görə Vaqif Fətullayevin üç diplomu Xırdalanda vüsət alan apartman biznesi qarşısında acizdir
Bu gün, 16:00
Qərb onları hakimiyyətə gətirmək istəyir - ŞOK adlar
Bu gün, 15:30
Ukraynanın NATO-ya üzvlüyü: Bu ölkələr RAZILIQ VERMƏDİ
Bu gün, 14:22
Medvedyev özünə əl qatdı: indi də Cənubi Koreya prezidentini "istefaya göndərir"
Bu gün, 13:23
Putindən Əsədə gözlənilməz cavab: Ərdoğan-Putin danışığının pərdəarxası
Bu gün, 13:19
Sabah dağlarda 10 dərəcə şaxta olacaq - PROQNOZ
Bu gün, 13:14
Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər
Bu gün, 13:09
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib
Bu gün, 13:03
İlon Maskdan sensasion açıqlama: Amerika faktiki olaraq iflasa yaxınlaşır
Bu gün, 12:56
Əli Əsədov MÜHÜM QƏRAR imzaladı
Bu gün, 11:28
Evinin çıxarışı olmayanlara ŞAD XƏBƏR - Bu tarixdən veriləcək
Bu gün, 11:22
Cənubi Koreya prezidentinin impiçment proseduru başlayacaq
Bu gün, 11:17
Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq - ŞAD XƏBƏR
Bu gün, 10:47
Bakıda aptekçi qadına hücum oldu
Bu gün, 10:41
İli köhnə avtomobillər taksi xidməti göstərə bilər?
Bu gün, 10:34
Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak edəcək
Bu gün, 09:58
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
Bu gün, 09:43
Ronaldo namaz qılmağa hazırlaşır
Bu gün, 09:38
Dedilər, ordumuzun Azərbaycana qarşı şansı yoxdur…
Bu gün, 09:33
Makron istefa verməyəcəyini bəyan edib
Bu gün, 09:00
Cənubi Koreya Prezidenti geri çəkildi
Dünən, 16:00
Bələdiyyə üzvlərinin sayı məlum oldu
Dünən, 15:30
Tramp hədələdi: 20 yanvaradək etməsələr, dəhşət yaşadacağam
Dünən, 13:39
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi istefa verib
Dünən, 13:38
Zakir Fərəcov partlayış baş verən əraziyə getdi – FOTO
Dünən, 13:02
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib
Dünən, 12:19
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb
Dünən, 12:08
Baş nazir rezidentura təhsili ilə bağlı qərar imzaladı