Əliyev qardaşları Oğuz meşələrində talançılıq işlərini hələ də davam etdirir - NAZİRİN NƏZƏRİNƏ...
Gundem / Bolge / Maraqli
Oxunub: 660
3 iy 2023 | 19:49
Əliyev qardaşları Oğuz meşələrində talançılıq işlərini hələ də davam etdirir - NAZİRİN NƏZƏRİNƏ...


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2020-ci ilin martın 14-də başda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru olmaqla bir qrup işçisinin həbs olunması geniş ictimaiyyət arasında böyük rezonans doğurmuşdu.

Xatırladaq ki, 14 mart 2020-ci ildə həbs olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin törətdikləri cinayət işləri üzrə Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri üzrə təqsirli bilinmişdilər. Lakin meşələrin kütləvi şəkildə qırılması faktı ilə başlanılmış cinayət işinin istintaqı başa çatdıqdan sonra təqsirləndirilənlər Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2021-ci ilin avqustun 30-da gecə saat 22-00 radələrində geniş ictimaiyyətə açıqlanmadan məhkəmə zalından azadlığa buraxılmışdı.

Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə bir neçə gün öncə Oğuz meşəbəyliyinin 03 saylı dolayına nəzarət edən meşəbəyi Əliyev Ramiz Bəbir oğlu 04 saylı meşə dolayı ilə həmsərhəd ərazidə 9 ədəd, diametri 44-56 sm olan içlik fıstıq ağaclarını gecə vaxtı qanunsuz olaraq kəsdirərək satmışdır. Qanunsuz kəsintini də Oğuz Meşə Mühafizə mühəndisi Məmmədov Valeh Yaqub oğlu tərəfindən aşkarlanaraq sənədləşdirlmişdir. Həmin gündən, yəni, 26 iyundan etibarən meşəbəyi Ramiz Əliyevin qardaşı Eyvaz Əliyev mühəndis V.Məmmədova telefon açaraq onu nalayıq söyüşlərlə təhqir edir, onu ölümlə hədələyir. V.Məmmədov faktı təsdiq edərək bildirmişdir ki, meşəbəyi Ramizin qardaşı Eyvaz hətta gecə saat 1-30-da belə ona zəng edib küçə söyüşləri yağdırır.
Xatırladaq ki, Əliyev Eyvaz əvvvələr, yəni, 19 mart 2020-ci ilədək Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində Oğuz meşəbəyliyinin meşəbəyi vəzifəsində çalışmışdır. Qanunsuz çoxsaylı meşə kəsintilərinə görə DİN-nin xüsusi əməliyyat qrupu tərəfindən Eyvaz Əliyevin dəstə üzvləri cinayət başında yaxalanaraq 1.4 il həbs həyatı yaşamışdır. Və hal hazırda da törədilən ağır cinayət üzrə təqsirləndirlən E.Əliyevin məsələsi Şəki Apellyasiya Məhkəməsində hakim Mahir Əsədlinin icraatında baxılmaqdadır. Məlumatlı mənbə onu da bildirdi ki, Eyvaz Əliyev bundan əvvəl də 2 dəfə məhkumluğu olmuşdur ( polisə müqavimət göstərməyə və adam oğurluğuna ( qız qaçırma) görə) Doğrudur, hazırkı qanunsuz ağackəsmə cinayətinə görə 1il 4 ay həbsdə saxlansa da, Şəki Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı tərəfindən onun 8 il azadlıqdan məhrum edilməsi istənilmişdir. Lakin məhkəmə sədri olmuş Rəfael Əliyev prokurorun cəza istəyini maddi maraqlarını təmin edərək bu adamı dəstəsilə birlikdə 2021-ci ilin avqustun 30-da gcə saat 22-00-da şərti cəza verməklə onu azadlığa buraxmışdır. Budur, indi də Eyvazın oğlu Əliyev Tacir hərbi xidmətə yarasız olmasına baxmayaraq, yenidən özünə sağlamlıq arayışı alaraq Oğuz meşəbəyliyində Kor dərə” adlanan ərazidə meşə gözətçisi işləyir.
Onu da xatırladaq ki, sonuncu dəfə 9 ədəd sağlam işlik material olan fıstıq ağaclarını kəsib satan Ramiz Əliyev bu vəzifəyə təyin olunduqdan sonra Oğuz şəhərinin kənarında, daha dəqiq desək Qlükoza zavodunun yanında böyük bir iribuynuzlu mal ferması yartmışdır. Fermada 60 baş sağılan inək, 35 baş öküz , və 60 başa yaxın südəmər danası vardır. Meşəbəyi Ramiz qanun icazə vermədiyi halda 100-dən çox şəxsi mal qarasını qulluq mövqeyindən süi-istifadə edərək özünün mühafizə etdiyi meşə dolayında otarır və nəticədə minlərlə yeniyetmə ağaclar məhv olur.
Maraqlısı budur ki, Ramiz Əliyevin digər qardaşı Əhliman Əliyev də hazırda ETSN-nin 6 saylı Dövlət Ekoloji Təhlükəsizlik İdarəsində vəzifədə işləyir. Faktiki orta məktəb savadı olmadığına görə xidməti işi üzrə düzgün sənədləşmə işlərini apara bilmir. Hazırda yaşadığı mənzili qardaşı Ramizin mühafizə etdiyi və qanusuz 9 ağac kəsdiyi yerə çox yaxın olsa da, nədənsə ağaclar kəsilən zaman evində olmasına baxmayaraq 200 metrlikdə doğranan ağacların kəsintisinin qarşısını vəzifə borcu olaraq almamışdır. Lakin, deyilənə görə rayonun ucqar yerlərində, məslən Xaçmaz və ya Daşağıl meşəbəyliklərində bir ağac kəsilərsə, Əhliman Əliyev 10 dəqiqə ərzində özünü hadisə yerinə yetirir. Bu necə olur?
Göründüyü kimi, Əliyev qardaşlarının Oğuz meşələrində törətdikləri qanunsuz ağac kəsimlərindən əldə etdikləri var dövlətin hesabını hələlik kimsə ( elə ETSN rəhbərliyi daxil) sormasa da, ümidvarıq ki, yerli hüquq-mühafizə orqanları bu qardaşların son günlər törətdikləri cinayət tərkibli əməllərinin araşdırılmasına start verəcəklər.

Qeyd edək ki, “meşə quldurları” kimi tanınan İlqar Qəribov, Sirac Kərimov, Eyvaz Əliyev, İlqar Cəlalov və Bakıxan Seyidəliyev həm də bəraət almaq üçün yenidən məhkəmə iddiası qaldırmışlar. Şəki Apellyasiya Məhkəməsində isə nədənsə proses tez-tez təxirə salır, “meşə quldurları”na bəraət vermək üçün münasib vaxt gözləyirlər. Növbəti məhkəmə iclası isə iyulun 8-də hakim Mahir Əsədlinin sədrliyi ilə keçiriləcək. Bütün bunlara baxmayaraq göründüyü kimi dəstə hələ də iş başındadı və meşələrin kütləvi şəkildə qırılmasını davam etdirir. Bizi izləyin.
Aktualinfo.org
Bu gün, 16:00
Qərb onları hakimiyyətə gətirmək istəyir - ŞOK adlar
Bu gün, 15:30
Ukraynanın NATO-ya üzvlüyü: Bu ölkələr RAZILIQ VERMƏDİ
Bu gün, 14:22
Medvedyev özünə əl qatdı: indi də Cənubi Koreya prezidentini "istefaya göndərir"
Bu gün, 13:23
Putindən Əsədə gözlənilməz cavab: Ərdoğan-Putin danışığının pərdəarxası
Bu gün, 13:19
Sabah dağlarda 10 dərəcə şaxta olacaq - PROQNOZ
Bu gün, 13:14
Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər
Bu gün, 13:09
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib
Bu gün, 13:03
İlon Maskdan sensasion açıqlama: Amerika faktiki olaraq iflasa yaxınlaşır
Bu gün, 12:56
Əli Əsədov MÜHÜM QƏRAR imzaladı
Bu gün, 11:28
Evinin çıxarışı olmayanlara ŞAD XƏBƏR - Bu tarixdən veriləcək
Bu gün, 11:22
Cənubi Koreya prezidentinin impiçment proseduru başlayacaq
Bu gün, 11:17
Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq - ŞAD XƏBƏR
Bu gün, 10:47
Bakıda aptekçi qadına hücum oldu
Bu gün, 10:41
İli köhnə avtomobillər taksi xidməti göstərə bilər?
Bu gün, 10:34
Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak edəcək
Bu gün, 09:58
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
Bu gün, 09:43
Ronaldo namaz qılmağa hazırlaşır
Bu gün, 09:38
Dedilər, ordumuzun Azərbaycana qarşı şansı yoxdur…
Bu gün, 09:33
Makron istefa verməyəcəyini bəyan edib
Bu gün, 09:00
Cənubi Koreya Prezidenti geri çəkildi
Dünən, 16:00
Bələdiyyə üzvlərinin sayı məlum oldu
Dünən, 15:30
Tramp hədələdi: 20 yanvaradək etməsələr, dəhşət yaşadacağam
Dünən, 13:39
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi istefa verib
Dünən, 13:38
Zakir Fərəcov partlayış baş verən əraziyə getdi – FOTO
Dünən, 13:02
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib
Dünən, 12:19
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb
Dünən, 12:08
Baş nazir rezidentura təhsili ilə bağlı qərar imzaladı