Yol polisi təqsirsizlik prezumpsiyasını pozur
2 İyul – Polis İşçisi Günüdür. Əlbəttə, ictimai asayişin qorunmasında ləyaqətlə xidmət edən daxili işlər orqanları əməkdaşları öz peşə bayramlarını alnıaçıq, üzüağ qeyd etməyi haqq ediblər.
Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, DİO əməkdaşları arasında polisə olan ictimai etimadı sarsıdanlar da vardır. Doğrudur, DİN polisin sıralarını belə təsadüfi şəxslərdən təmizləmək üçün mütəmadi iş aparır. Hərçənd, onları məhz aşkar edən kimi, ləngimədən zərərsizləşdirmək, daxili işlər orqanları sırasından dərhal uzaqlaşdırmaq lazımdır ki, rəvac verdikləri qanunsuzluqların sırasını artırmasınlar.
Jurnalist olaraq, peşə fəaliyyətimizdə yolumuzun polislə kəsişdiyi məqamlar da olur. Tərəqqipərvər kütləvi informasiya vasitəsi olan saytımız cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizədə hüquq-mühafizə və cinayət təqibi orqanlarına etibarlı tərəf müqabili kimi çıxış edir, bu sahədə görülən işlərə gərəkən informasiya dəstəyi verir. Olub ki, redaksiyamızın əməkdaşları vaxtilə DİN-nin “jurnalist – polis münasibətlərinin tənzimlənməsi” mövzusunda təşkil etdiyi “dəyirmi masa”larda da iştirak ediblər. Qanun keşikçiləri ilə münasibətlərimizdən gəldiyimiz qənaət bu olub ki, media polisin hər xırda qüsurunu ictimailəşdirməyə maraqlı olmamalı, əksinə, müşahidə etdiyi təqdirəlayiq xidmət nümunələrini işıqlandırmalıdır. Lakin polisin sıralarında elələri tapılır ki, sözün hərfi mənasında hörmətə yer qoymurlar.
Sadiq oxucularımız xatırlayarlar yol polisinin 08.04.2023-cü il tarixdə barəmdə tərtib etdiyi 40 manatlıq elektron cəriməni mübahisələndirib etiraz ərizəsi yazmışdım. Guya həmin gün saat 12:47-də Bakı-Quba yolunun 7,5-ci kilometrində şəxsi minik avtomobilimlə hərəkət edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin (yol nişanlarının tələblərinə riayət etmək) tələbini pozmuşam. Bu mövzuda qələmə aldığım “Sürücülərə cərimə tələsi quran yol polisi videonu gizlədib, fotoşəkli gözə soxur” sərlövhəli məqaləni müşayiətedici məktubla Daxili İşlər Nazirliyinə göndərib obyektiv araşdırılmasını xahiş etsəm də, Nazirliyin reaksiyası ləngiyir. Həmin məqalədən vacib məqamların altını cızıram: “Yol polisindən telefonuma göndərilən mesajdan görünür ki, idarə etdiyim “Kia” markalı avtomobil yolun ortasındakı qoşa xəttin üstündədir. Amma yaxşı yadımdadır ki, həmin vaxt mən maşınala yolun solundan sağa deyil, sağ tərəfindən sola doğru hərəkət etmişəm. Bu isə qayda pozuntusu deyil, əksinə, qaydalara riayət etməklə qayğılandığımın göstəricisidir. Mübahisəli vəziyyətə aydınlığı yalnız qoşa xəttin tapdanıldığı anın fotoşəklini deyil, ondan əvvəli və sonrakı anları da əks etdirən video-görüntünü də izləmək lazımdır. Elə bu məqsədlə də Yol Polisi İdarəsinə gedib aydınlaşdırmaq istədim. Mənə müşahidə kameralarındakı eyni rakursdan olan video-görüntünü göstərmədilər”.
Müşahidə kameralarının qeydə aldığı foto deyil, məhz video-görüntülərinin araşdırılması tələb olunan daha iki protokolun biri (EQ14687706) guya İXM-nin 329.1-ci maddəsinin tələbini pozduğuma görə (təhlükəsizlik kəmərinin taxılmadığı hal) 25.05.2023-cü il tarixdə paytaxtın Babək prospektində, digəri (EQ15023198) də guya eyni əmələ görə 11.06.2023-cü il tarixdə Ələt-Astara yolunun 87,5-ci kilometrində yazılıb. Məsələ burasındadır ki, mənim maşında kəmərsiz oturduğum hər iki halda avtomobillə hərəkət etmirdim. Təqsirsizlik prezumpsiyasına görə, qaydaları pozmadığımı sübuta yetirmək mənim vəzifəm deyil, qaydaları pozduğumu sübut etmək isə polisin vəzifəsidir.
Polis tərəfindən məruz qaldığım başqa bir qanunsuzluq faktını isə baş prokurorluğa göndərmişdim. Yaşadığım Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikr-n, 20 Yanvar küçəsi, ev – 40 ünvanda birgəyaşayış qaydalarına riayət etməyən qonşumdan DİN-nin “102” qaynar xəttinə şikayətləndiyim halda, “təcili” izahat yazdırmaq adı ilə məni evdən qonağımın yanından zorla Polis Bölməsinə aparıb içkili olduğumu sərxoşluğun müayinəsi aktı ilə rəsmiləşdirdilər. Sanki rəy yaratmaq istəyirdilər ki, bu adamın günü əyyaşlıqla keçir; onun etdiyi şikayətlər də əsassızdır. Məqalədə həmçinin təxminlərimi bölüşmüşdüm ki, bunları nəzarət etdiyi inzibati ərazidə rəvac verdiyi qanunsuzluqlardan şikayətləndiyim, həmçinin həyətimdən oğurluq edilməsinə görə hərəkətsizliyinə irad tutduğum polis sahə müvəkkili Ramin bəy təşkil edib. Yenə də təəssüf ki, polis sahə müvəkkilinin mənə qarşı qərəzli hərəkətindən (hərəkətsizliyindən) və gecə ikən rahatlığımı pozmuş, məni içkili halda lüzum olmadan evdən çıxararaq təhlükə qarşısında qoymuş 19-cu Polis Bölməsinin əməkdaşlarından şikayətimə baxılmayıb. Onların qeyri-qanuni, zorakı hərəkətlərinə görə tənbeh olunmaları və məndən üzr istəmələrinin təmin olunması xahişim yerinə yetirilməyib.
Söz vaxtına çəkər: Keçən il bu vaxtlar – iyulun 2-də mənə məxsus avtomobili oğlum idarə edərkən, yol-nəqliyyat hadisəsi törətmiş, zərərçəkən digər avtomnobilin sürücüsü hadisə yerinə “102” xidməti vasitəsilə polis çağırarkən şaşqınlıqdan, ya da polisi tələsdirmək üçün xəsarət aldığıı demişdi. Polis gələndən sonra isə xəsarət alamdığı məlum oldu. Polisin təklifi ilə yenidən “102” qaynar xəttinə zəng vurub məlumatında düzəliş etdi və heç bir xəsarət almadığını bildirdi. Sonradan izahat üçün oğlum Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə gedəndə görüşdüyü polis zabiti ondan “məsələni bağlamaq” üçün 2000 (iki min) manat rüşvət istəmişdir. Bir ata və avtomobilin sahibi kimi mən həmin polis zabiti ilə görüşəndə rüşvət tələbini sübuta yetirmək üçün əlimdə fakt olsun deyə özümlə audio-vizual qeydəalma cihazı keçirdim. Polis zabitini hadisə nəticəsində xəsarət alanın olduğunu deyib israr edirdi. Mən isə digər hadisə iştirakçısının “102” xidmətinə heç bir xəsarət almadığı barədə təkrar məlumat verdiyini sübut edə bilmirdim. Odur ki, rüşvət tələbində güzəştə getməsini, 1000 (bir min) manat verə biləcəyimi dedim. O isə guya güzəştə gedərək, işi yalnız 1200 (bir min iki yüz) manata “bağlaya” biləcəyini dedi. Bütün bunları əks etdirən audio-vizual qeydləri təqdim edirəm. Ümidvaram ki, bu fakt ört-basdır edilməyəcək.
İbrahim Hümbətov
Bu gün, 16:00
Qərb onları hakimiyyətə gətirmək istəyir - ŞOK adlar
Bu gün, 15:30
Ukraynanın NATO-ya üzvlüyü: Bu ölkələr RAZILIQ VERMƏDİ
Bu gün, 14:22
Medvedyev özünə əl qatdı: indi də Cənubi Koreya prezidentini "istefaya göndərir"
Bu gün, 13:23
Putindən Əsədə gözlənilməz cavab: Ərdoğan-Putin danışığının pərdəarxası
Bu gün, 13:19
Sabah dağlarda 10 dərəcə şaxta olacaq - PROQNOZ
Bu gün, 13:14
Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər
Bu gün, 13:09
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib
Bu gün, 13:03
İlon Maskdan sensasion açıqlama: Amerika faktiki olaraq iflasa yaxınlaşır
Bu gün, 12:56
Əli Əsədov MÜHÜM QƏRAR imzaladı
Bu gün, 11:28
Evinin çıxarışı olmayanlara ŞAD XƏBƏR - Bu tarixdən veriləcək
Bu gün, 11:22
Cənubi Koreya prezidentinin impiçment proseduru başlayacaq
Bu gün, 11:17
Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq - ŞAD XƏBƏR
Bu gün, 10:47
Bakıda aptekçi qadına hücum oldu
Bu gün, 10:41
İli köhnə avtomobillər taksi xidməti göstərə bilər?
Bu gün, 10:34
Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak edəcək
Bu gün, 09:58
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
Bu gün, 09:43
Ronaldo namaz qılmağa hazırlaşır
Bu gün, 09:38
Dedilər, ordumuzun Azərbaycana qarşı şansı yoxdur…
Bu gün, 09:33
Makron istefa verməyəcəyini bəyan edib
Bu gün, 09:00
Cənubi Koreya Prezidenti geri çəkildi
Dünən, 16:00
Bələdiyyə üzvlərinin sayı məlum oldu
Dünən, 15:30
Tramp hədələdi: 20 yanvaradək etməsələr, dəhşət yaşadacağam
Dünən, 13:39
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi istefa verib
Dünən, 13:38
Zakir Fərəcov partlayış baş verən əraziyə getdi – FOTO
Dünən, 13:02
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib
Dünən, 12:19
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb
Dünən, 12:08
Baş nazir rezidentura təhsili ilə bağlı qərar imzaladı