“Az” ilə “org” arasında gicələk qalan “jurnalist” Cavid Şirəliyevin yenidən ağzının tikilməyi gəlir
Cavid Şirəliyev ilk dəfə 2014-cü il sentyabrın 1-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi onu hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə təqsirli bilib və o, 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Həbsindən üç il yarım keçəndən - Şirəliyev ağzını tikəndən sonra Ali Məhkəmə təsdiq edib ki, təqsirli olsa da, ona qarşı tərtib olunan ittiham aktı qüsurludur. 2017-ci ilin avqustunda cinayət işinə baxış yenidən apellyasiya instansiyasına qaytarılıb. Gəncə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin qərarından yeddi ay sonra 2018-ci ilin yanvarında işin təkrar baxışına başlayıb və 4 ay sonra aprelin 24-də Gəncə Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 63-ci maddəsini (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edərək, “7gun.az” saytının baş redaktoru Cavid Şirəliyevin azadlığa buraxılması barədə qərar qəbul edib. Jurnalist məhkəmə zalından azadlığa buraxılıb. Şirəliyev uzun müddət Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılıb.
Nə isə, üç il, ya dörd, ya da beş il – axır ki, Cavid Şırəliyev hədələmək yolu ilə rüşvət tələb edərək cinayət törədibmiş və azadlığa buraxılması da heç də onun bəraət alması demək deyil. Azadlığa buraxılandan sonra ilk əvvəl özünü islah olunmuş kimi apardı. Jurnalist fəaliyyətini də davam etdirdi, qanunsuzluq faktlarının aşkarlanmasında və ifşasında, korrupsioner məmurları, vəzifəsindən sui-istifadə edən şəxsləri ictimai qınağa tuş gətirdi. Hətta dərc etdiyi tənqidi materialları paylaşmağı başqa həmkarlarına, o cümlədən “Azereinfo.az” saytına da tövsiyə etdi. Bəzən özü də informator qismində çıxış edərək xam materialları saytlara ötürdü. Tezliklə məlum oldu ki, C.Şirəliyev qnaunsuzluqlara, ədalətsizliklərə rəvac verən şəxslərə münasibətdə heç də “düzxətli” deyil, seçim edəndir: srağagün təriflədiyini dünən tənqid edir, dünən linç etdiyini bu gün təqdir edir. Məsələn, “çörəyi dizinin üstündə olan” C.Şirəliyev üzdə dostluq etdiyi əslən Masallı rayonundan olan iş adamı Hacı Mazanın (Ramazan Zeynalov) barəsində saytlara “kompromat” ötürür, sonra da özünü Hacıya “şirin sataraq” mövzusunu özü verdiyi tənqidi məqalələrin saytlardan silinməsi üçün baş redaktorlara xahiş-minnət edir. Onun bu cür işdəycələrindən bir vaxtlar bizim sayta ötürdüklərindən başa düşmüş və əlaqələrə son vermişdik.
C.Şirəliyev 2021-ci ildə bədnam “7 GÜN.az” saytının fəaliyyətini dayandırmış, oxşar adı daşıyan “7Gun.org” saytında fəaliyyətini davam etdirmişdir. Keçən il C.Şirəliyev yenə də əslən Masallıdan olan həmyerlisi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən məhkəməyə verildi. Şikayətə səbəb “7GÜN.org” saytında Əhəd Abıyevin bir aktrisa ilə münasibətlərinə dair dərc edilən məqalə səbəb olmuşdu. Şirəliyev əl atıb başını tutdu, yerli KİV dura-dura “Amerikanın Səsi”nə gileyləndi ki, müəllifi göstərilməyən məqaləni o yazmayıb, and-aman elədi ki, “7 GÜN. org” saytı ilə sadəcə ştatdankənar (!) əməkdaşlıq edir, adı çəkilən məqaləni isə o yazmayıb, yazı ilə də uzaqdan-yaxından əlaqəsi yoxdur. Qəribədir, deyilmi?: Məhkəməyə verən də, verilən də Masallıdan; özünü təqsirsiz hesab edən jurnalist “ştatdankənar” müxbir olduğunu boynuna alır. Belə olan halda saytın baş redaktoruna məsuliyyəti xatırladıb müəllifin kimliyini öyrənməyə nə vardı ki?
Amma biz bilirik ki, C.Şirəliyev adı onun əvvəl işlətdiyi saytın adı ilə səsləşən “7Gun.org” saytında heç də ştatdankənar müxbir statusunda deyil, əməlli-başlı söz sahibidir. Vəzifəsi aşağı olsa da, səlahiyyəti yuxarıdır. İctimaiyyətlə, o cümlədən həmkarları ilə əlaqələrdə “torpedo” kimi çıxış edərək, şiddətli danışıqları məhz özü aparır.
Sadiq oxucularımız xatırlayarlar, bu il mayın 1-də saytımızda “7Gün.org” saytına istinadən “Ədliyyə Naziri ilə Penitensiar Xidmətin rəisi niyə bir-birinə "girib"? sual başlıqlı məqalə dərc olundu. Yazıda söhbət hazırda Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsi daşıyan İlqar Abbasovun Bakı şəhər prokuroru vəzifəsindən azad ediləndən sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi vəzifəsinə getmək üçün külli miqdarda rüşvət vermək cəhdlərinin uğursuz alınmasından, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun isə vəzifəsini qorumaq üçün daha böyük miqdarda pul verməsindən gedirdi. “7Gün.org” saytı etibarlı mənbələrə istinadən bildirmişdi ki, tərəflər arasında ixtilaf hətta bir-birinə əl-qol atmaq dərəcəsinə çatıb.
Sayt həmçinin bildirirdi ki, Penitensiar Xidmətin rəisi vəzifəsi uğrunda mübarizə hələ davam edir. Ən şanslı namizədlər sırasında Penitensiar Xidmətin rəis müavinləri - Oktay Əliyevin, Orxan Qasımovun və digər vəzifəli şəxslərin adları vardır. Yazıda eləcə də iddia olunurdu ki, Ədliyyə Naziri Fikrət Məmmədovla Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun münasibətləri kəskin pisləşib.
Bir qayda olaraq, istinad etdiyimiz yazıları skrin edib saxlayırıq. Həmin yazını da həmçinin. Sonra bir də xəbər tutduq ki, sözügedən məqalə “7Gün.org” saytının resursundan çıxarılıb. Üstəgəl, həmin saytda eyni yazının yerinə bizim ünvanımıza təhqir dolu məqalə dərc olunub. Baş redaktorumuzun ünvanına alçaldıcı ifadələrin işlədildiyi həmin məqalədə bizi plagiatda ittiham etsəydilər, dərd yarı idi. “7Gün.org” iddia edir ki, ümumiyyətlə, penitensiar Xidmətin vəzifəli şəxsləri haqqında elə bir yazı dərc etməyib, bu, təxribatdır. Görünür, dərc etdikləri məqalədə göstərdikləri faktlar ya yalan çıxıb, ya da başqa nəyində qarşılığında yazını saytdan çıxarıblar.
Yeri gəlmişkən, bu məsələyə münasibətimizi də saytımızda dərc etdiyimiz 10 may 2023-cü il tarixli “Başını qumun altına soxsa da, quyruğu çöldə qalan “7Gun.org”” adlı məqaləmizdə bildirdik, redaksiya olaraq “7Gun.org” rəhbərliyini məhkəməyə verməyi qərara aldığımızı xəbər verdik. Ondan sonra C.Şirəliyev ortaya çıxdı – nə çıxdı?: Baş redaktorumuzun vatsap nömrəsinə saytımızın rekvizitləri, sayt rəhbərinin təhsil səviyyəsi və başqa konfidensial məlumatları tələb edən suallar yazıb göndərdi. Baş redaktorumuz ona hətta görüşüb lazım gəlsə müsahibə verə biləcəyini desə də, Şirəliyev Gürcüstanda olduğunu deyərək birbaşa təmasdan yayındı. Haqlı olaraq sual yaranır: Tutaq ki, “7Gun.org” saytının “7Gun.az” saytı ilə əlaqəsi yoxdur, Şirəliyev də “7Gun.org” saytının yalnız ştatdankənar müxbiridir. Elə isə əcəba o boyda saytda hal-hazırda Azərbaycanda olan bir nəfər ştatlı müxbir tapılmadımı ki, bizə sual vermək vəzifəsi tapşırılsın? Bu iş nəyə görə xaricdə olan ştatdanklənar müxbirə həvalə olunur? Bu nüans ona dəlalət eləmirmi ki, “7Gun.org” saytı Şirəliyevin şəxsi tribunasıdır?
İndi isə gəlin görək, “7Gun.org” saytında bizim ünvanımıza yazılan hədyan yazı nədən ibarətdir?: Məqalədə iddia olunur ki, baş redaktorumuz illər öncə hansısa kafenin sahibindən rüşvət tələb edib. Təqdim etdikləri video-görüntü isə vaxtilə əxlaqsızlıq yuvası kimi tanınmış və məsələni ictimailəşdirdiklərinə görə jurnalistlərə kini tutmuş bir kafe sahibinin həmin kafedə oturub çay içdiyimiz və məsələ ilə maraqlandığımız zaman bizi şərləməyə uğursuzcasına çalışdığını əks etdirir. Görüntülərdən həmçinin bəlli olur ki, həmin an kafedə polislər də vardır. Əgər sahibkarın bizə qarşı iddiaları həqiqəti əks etdirsəydi, faktlarla təsdiqlənsəydi, şikayətini polisə deyər, məsələyə hüquq-mühafizə orqanları müdaxilə edər, bizi məsuliyyətə cəlb edərdilər.
Çıxardığımız nəticə budur: Sözügedən kafenin “priton” kimi işləməsinə görə fəaliyyətini dayandırması ilə yəqin Cavid Şirəliyevin anası, bacısı da daimi iş yerlərini, qazanclarını itiriblərmiş, o vaxtdan bizlə kin saxlayır. Görünür, ağzının yenidən tikilməyi gəlir.
İbrahim Hümbətov
Bu gün, 16:00
Qərb onları hakimiyyətə gətirmək istəyir - ŞOK adlar
Bu gün, 15:30
Ukraynanın NATO-ya üzvlüyü: Bu ölkələr RAZILIQ VERMƏDİ
Bu gün, 14:22
Medvedyev özünə əl qatdı: indi də Cənubi Koreya prezidentini "istefaya göndərir"
Bu gün, 13:23
Putindən Əsədə gözlənilməz cavab: Ərdoğan-Putin danışığının pərdəarxası
Bu gün, 13:19
Sabah dağlarda 10 dərəcə şaxta olacaq - PROQNOZ
Bu gün, 13:14
Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər
Bu gün, 13:09
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib
Bu gün, 13:03
İlon Maskdan sensasion açıqlama: Amerika faktiki olaraq iflasa yaxınlaşır
Bu gün, 12:56
Əli Əsədov MÜHÜM QƏRAR imzaladı
Bu gün, 11:28
Evinin çıxarışı olmayanlara ŞAD XƏBƏR - Bu tarixdən veriləcək
Bu gün, 11:22
Cənubi Koreya prezidentinin impiçment proseduru başlayacaq
Bu gün, 11:17
Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq - ŞAD XƏBƏR
Bu gün, 10:47
Bakıda aptekçi qadına hücum oldu
Bu gün, 10:41
İli köhnə avtomobillər taksi xidməti göstərə bilər?
Bu gün, 10:34
Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak edəcək
Bu gün, 09:58
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
Bu gün, 09:43
Ronaldo namaz qılmağa hazırlaşır
Bu gün, 09:38
Dedilər, ordumuzun Azərbaycana qarşı şansı yoxdur…
Bu gün, 09:33
Makron istefa verməyəcəyini bəyan edib
Bu gün, 09:00
Cənubi Koreya Prezidenti geri çəkildi
Dünən, 16:00
Bələdiyyə üzvlərinin sayı məlum oldu
Dünən, 15:30
Tramp hədələdi: 20 yanvaradək etməsələr, dəhşət yaşadacağam
Dünən, 13:39
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi istefa verib
Dünən, 13:38
Zakir Fərəcov partlayış baş verən əraziyə getdi – FOTO
Dünən, 13:02
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib
Dünən, 12:19
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb
Dünən, 12:08
Baş nazir rezidentura təhsili ilə bağlı qərar imzaladı