Xəlil Göyüşova su kimi gələn milyonlar hansı kanallarla, kimlərin arasında bölüşdürülür - İLGİNC FAKTLAR
Gundem / Sosial / Maraqli
Oxunub: 595
6 in 2023 | 17:47
Xəlil Göyüşova su kimi gələn milyonlar hansı kanallarla, kimlərin arasında bölüşdürülür - İLGİNC FAKTLAR


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Şəmkir maşın kanalının II növbəsininin zonasında təsərrüfatlararası paylayıcı kanalların layihələndirilməsi və tikintisi işlərinin satınalınması məqsədilə elan etdiyi açıq tenderə yekun vurub.Tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC olub və tərəflər arasında 8 990,846,26 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.05.2023-cü il tarixdə açıqlanıb.

Qeyd edək ki, Şəmkir maşın kanalının tikintisinə ötən əsrin 80-ci illərində başlanmış və inşası uzun illər yarımçıq qalmışdı. Kanalın yenidən qurulmasına 2006-cı ildən başlanılmış, davamı olaraq, 2015-ci ildən uzunluğu 27 kilometrdən çox olan kanalın ikinci növbəsinin tikintisinə başlanılıb. 2017-ci ilin avqust ayında Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev də iştirak etmişdi.

Elə 2015-ci ildən də dövlət Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin xətti ilə ilə hər il kanalın tikintisi işlərinin satınalınmasına milyonlarla manat vəsait ayırır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, sözügedən qurum son illər “Körpü-Bina-Tikinti” MMC ilə bir neçə satınalma müqaviləsi bağlayıb. Milyonlarla vəsaitlər ayrılmasına baxmayaraq şirkətin çəkdiyi kanalın bəzi hissələrində beton üzlüyü aşınmış və bəzi yerlərdə çökmələr baş vermişdir ki, bu da böyük miqdarda su itkisi ilə nəticələnmişdir.Odur ki, kanalın bu hissələrinin təmir-bərpasına hər il yenidən külli miqdarda vəsait ayrılmaqdadır. İndiyə qədər görülmüş işlərin müqabilində ayrılmış vəsaitlər isə doğurdan gözqamaşdırıcıdır.

”Şəmkir Maşın Kanalının nasos stansiyasının suvarma qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası” üzrə 45.142.513,69 manat məbləğində satınalma müqaviləsi 24.12.2020-ci il tarixdə;

Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisi (II mərhələ) üzrə 14.410.000 manat məbləğində satınalma müqaviləsi 05.08.2020-ci il tarixdə;

Göründüyü kimi Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti təkcə Şəmkir maşın kanalının tikintisi işləri üzrə “Körpü-Bina-Tikinti” MMC ilə son üç ildə 68 543 359 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin “Körpü-Bina-Tikinti” MMC ilə işbirliyi bunlarla bitmir. Birləşmiş Müdiriyyət 10.04.2019-cu ildə təsərüfatlararası paylayıcı kanallar üzrə (hansı kanallardan söhbət gedir, açıqlanmayıb) “Körpü-Bina-Tikinti” MMC ilə 9.528.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Bunlardan əlavə Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Xətai rayonu, 2 saylı Zığ Zeytunçuluq Soxvozunun ərazisində yerləşən 86,44 ha bağ sahəsinin suvarma suyu ilə təminatı”-nı layihələndirib – tikinti işlərinin satın alınması üzrə 2.100.022,4 manat məbləğində satınalma müqaviləsini də 28.11.2022-ci ildə “Körpü-Bina-Tikinti” MMC ilə bağlayıb.

“Abşeron rayonunun Ərazisi üzrə Qala qəsəbəsi 3 nömrəli Qala Zeytunçuluq Sovxozu, Türkan Üzümçülük Sovxozu , Hovsan Zeytunçuluq Sovxozu və Abşeron Quşçuluq Sovxozunun ərazılərı olmuş 500,44 ha sahənın suvarma suyu ilə təmınatı”- nı layihələndirib – tikinti işlərinin satın alınması üzrə isə İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Körpü-Bina-Tikinti” MMC ilə 5.900.113,28 manat məbləğində satınalma müqaviləsini 28.11.2022-ci il tarixdə bağlayıb.

Göründüyü kimi Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti ilə “Körpü-Bina-Tikinti” MMC arasında son 4 il ərzində ümumilikdə 86 071 494 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində 17.09.2001 tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı əvvəllər ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, QUŞÇULUQ YAŞAYIŞ MASSİVİ, ev 24 olub. Reystrdə hazırda hüquqi ünvan kimi BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ 2, ev 1 göstərilir. MMC-nin qanuni təmsilçisi əvvəllər Göyüşov Xəlili Əbdul oğlu olub. Hazırda isə qanuni təmsilçi kimi Göyüşov Xaliq Avdil oğlu göstərilir. MMC-nin nizamnamə kapitalı 2016-cı ilə qədər 40 manat olub.06.29. 2016-cı il tarixdən şirkətin nizamnamə kapitalı 300 000.00 manata qaldırılıb. Qeyd edək ki, şirkət yarandığı tarixdən Bakıda və bölgələrdə çox milyonluq dövlət sifarişli layihələri həyata keçirib. MMC-nin qanuni təmsilçi kimi Göyüşov Xaliq Avdil oğlu göstərilsə də, şirkətin başında ölkədə yol tikinti maqnatı kimi tanınan Xəlil Göyüşov dayanır. Bakıda inşa edilən körpü və tunellərdə tikinti işlərini həyata keçirən «Körpü-Bina-Tikinti» MMC Xəlil Göyüşovun rəhbərliyi ilə qatıldığı böyük layihələrdə böyük məbləğlərdə pulların yeyildiyinə dair məlumatlar yayılıb. Onun adı bir neçə dəfə böyük tenderlərin “udulmasında” və dövlət qurumları ilə bazarlıq etməkdə hallanıb. Dövlət vəsaitlərinin nəqdləşdirilərək mənimsənilməsində iştirakçı olan Xəlil Göyüşovun geniş biznes şəbəkəsinə malik olduğu deyilir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilova gəlincə. Verilən məlumatlara görə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin bu sahədə toxunulmazlıq statusu verdiyi şəxslərdən biri də Ramiz Vəkilov olub. Məlumatlara görə hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri olan Zaur Mikayılov belə onu vəzifəsindən ala bilməyib. Ramiz Vəkilovun da adı dövlət vəsaitlərinin talan edilməsində hallanır. Ramiz Vəkilov 30 ilə yaxındır ki, sözügedən vəzifəni daşıyır. Bu illər ərzində büdcədən ayrılan milyonlarla manat vəsaitin böyük hissəsi çay yataqlarının lildən təmizlənməsi, təsərrüfatlararası paylayıcı kanalların tikintisi, istismarı işlərinin aparılması adı altında mənimsənilir. Xəlil Göyüşov da milyonları məhz bu yollarla qazanır. Pullar ona Şəmkir kanalı ilə axan su kimi gəlir. Elə həmin kanallardakı supaylayıcı qurğular kimi hər tərəfə bölüşdürülür. Təbii ki, burada Ramiz Vəkilova da, yeni yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova da pay vermək şərti ilə.

Aktualinfo.org
Bu gün, 16:00
Qərb onları hakimiyyətə gətirmək istəyir - ŞOK adlar
Bu gün, 15:30
Ukraynanın NATO-ya üzvlüyü: Bu ölkələr RAZILIQ VERMƏDİ
Bu gün, 14:22
Medvedyev özünə əl qatdı: indi də Cənubi Koreya prezidentini "istefaya göndərir"
Bu gün, 13:23
Putindən Əsədə gözlənilməz cavab: Ərdoğan-Putin danışığının pərdəarxası
Bu gün, 13:19
Sabah dağlarda 10 dərəcə şaxta olacaq - PROQNOZ
Bu gün, 13:14
Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər
Bu gün, 13:09
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib
Bu gün, 13:03
İlon Maskdan sensasion açıqlama: Amerika faktiki olaraq iflasa yaxınlaşır
Bu gün, 12:56
Əli Əsədov MÜHÜM QƏRAR imzaladı
Bu gün, 11:28
Evinin çıxarışı olmayanlara ŞAD XƏBƏR - Bu tarixdən veriləcək
Bu gün, 11:22
Cənubi Koreya prezidentinin impiçment proseduru başlayacaq
Bu gün, 11:17
Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq - ŞAD XƏBƏR
Bu gün, 10:47
Bakıda aptekçi qadına hücum oldu
Bu gün, 10:41
İli köhnə avtomobillər taksi xidməti göstərə bilər?
Bu gün, 10:34
Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak edəcək
Bu gün, 09:58
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
Bu gün, 09:43
Ronaldo namaz qılmağa hazırlaşır
Bu gün, 09:38
Dedilər, ordumuzun Azərbaycana qarşı şansı yoxdur…
Bu gün, 09:33
Makron istefa verməyəcəyini bəyan edib
Bu gün, 09:00
Cənubi Koreya Prezidenti geri çəkildi
Dünən, 16:00
Bələdiyyə üzvlərinin sayı məlum oldu
Dünən, 15:30
Tramp hədələdi: 20 yanvaradək etməsələr, dəhşət yaşadacağam
Dünən, 13:39
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi istefa verib
Dünən, 13:38
Zakir Fərəcov partlayış baş verən əraziyə getdi – FOTO
Dünən, 13:02
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib
Dünən, 12:19
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb
Dünən, 12:08
Baş nazir rezidentura təhsili ilə bağlı qərar imzaladı