Kollec direktoru Bərxudar Bərxudarov barədə ŞOK FAKTLAR YAYILDI - “ölü ştatlar”, “qiymət tas”ı, qohum-əqrəba, dost-tanış...
Gundem / Sosial
Oxunub: 622
12 may 2023 | 15:42
Kollec direktoru Bərxudar Bərxudarov barədə ŞOK FAKTLAR YAYILDI - “ölü ştatlar”, “qiymət tas”ı, qohum-əqrəba, dost-tanış...


Şirvan şəhərində Dövlət İqtisadiyyat və Humanitar Kolleci deyilən bir orta-ixtisas təhsil müəssisəsi var. Təhsil ocağı 1999-cu ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı (hazırki Şirvan) filialı kimi fəaliyyətə başlayıb. Əvvəllər Əli Bayramlı Pedaqoji Kolleci olan təhsil müəssisəsi yalnız 2006-cı ildən Nazirlər Kabinetinin qərarı ilə hazırki adını daşımağa başlayıb.

Hazırda kollecin direktoru Bərxudar Bərxudarov bu təhsil ocağını market kimi idarə edir.

Bu barədə Qaynarxett.az-a daxil olmuş məqalədə deyilir ki, kollecdə hər şey direktorun “qiymət tas”ından asılıdır. Yəni, tələbələrdən toplanan pulların məbləği "bazar məzənnələri" ilə tənzimlənir.

"B.Bərxudarov tələbələrdən müxtəlif adlar altında pul toplanması adi hal alıb. Dərsə gəlməyin və gəlməməyin öz qiymətləri var.

İmtahanlar zamanı əlin cibində olmasa növbəti kursa keçmək üçün heç bir şansın yoxdur. Bundan əlavə, kollecdə “ölü ştatlar” var. Bərxudar Bərxudarovun qohum-əqrəbasının, dost-tanışının bir çoxunun adı kollecdə gedir.

Hər ay onlar üçün dövlət büdcəsindən maaş ödənilir və kollecdə bu şəxsləri tanımırlar. Nəticədə büdcə vəsaitləri talanır, müxtəlif adlar altında mənimsənilir."

Daha sonra bildirilir ki, kollec direktoru tələbələrdən alınan pulları özünün yaxın adamların əliylə toplayır.

Kollecin direktoru Bərxudar Bərxudarovun təyinatından sonra qaydalarla yanaşı, durum da dəyişib.

Məqalədə deyilir ki, Bərxudar Bərxudarov təhsil rəhbərliyi ilə yola getməsə də, hansısa sirrli əllər onu direktor postunda saxlayır. Həmin «sehirli əl» isə nəinki onu himayə edir, həm də bir sıra qanunsuzluqlara imza atmasını sığortalamaqla da məşğul olur.

O da vurğulanır ki, kollecin direktorunun digər qazancı müəllimlərdən aylıq almasıdır. Onlar hər ay Bərxudar Bərxudarov «görmək»lə işlərinə davam edir və kimsəni saya salmırlar. Amma Bərxudar Bərxudarov bir başqa gəlir yeri də var. İddia olunur ki, direktorun şəxsi maraqları təmin olunduğundan kollecdə adı gedən, lakin özü məktəbin yolunu belə tanımayan 10-dan artıq müəllim də mövcuddur.

"Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində qəbuldan tutmuş, imtahanda qiymətlərin yazılmasına qədər hər şey pulladır. Təsəvvür edin ki, bir vaxtlar direktor süpürgəçinin maaşını mənimsəyib. Bərxudar Bərxudarovun belə işləri çoxdur. Lakin ona qarşı hər hansı bir tədbir görülmür. Təhsil Nazirliyinin baş verənlərə loyal münasibəti bir çox hallarda isə, susqunluğu müəllim adına xələl gətirən ünsirlərin əl-qol açmasına münbit şərait yaradır.

Bu proseslərdə iqtisadiyyat və humanitar şöbələrinin müdirləri xüsusilə seçilir. Semestr və dövlət imtahanlarının müxtəlif məbləğlərdə pulların tələb olunması kollecdə adi hala çevrilib."

Bildirilir ki, kollec direktoru ittihamları rədd edir və razılaşmır, hər şeyin qaydasında olduğunu bildirir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

PS: Daha ətraflı sizi məlumatlandıracağıq… Bizi izləyin.

Qaynarxett.az
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"