FHN-nin əməkdaşları Abşerondakı qanunsuz tikinti işlərinə niyə göz yumurlar? – FOTO/ FAKTLAR
Gundem / Sosial / Maraqli
Oxunub: 338
8 may 2023 | 16:30
FHN-nin əməkdaşları Abşerondakı qanunsuz tikinti işlərinə niyə göz yumurlar? – FOTO/ FAKTLAR


Artıq xeyli vaxtdır ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin verdiyi icazə sənədi əsasında, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov-28 A ünvanında, hansı ki, 4 nömrəli məktəbə bitişik ərazidə qeyri-qanuni inşaası həyata keçirilmiş tikinti ilə bağlı problemlər ölkə gündəmini zəbt etməkdədir. Düşündürücü hal odur ki, Abşeron RİH-nin başçısı Murad Bəhlul oğlu Nəsurullayev adlı şəxsə, yalnız iki mərtəbəli fərdi yaşayış evi tikməsinə icazə sənədi verir. Amma, bu şəxs 4 nömrəli məktəbin müəllim və şagird kollektivinin həyatına təhlükə ola biləcək ərazidə, məhz səkkiz mərtəbəli yaşayış binası inşa etdirir. Yəni, bu cür qanunsuz tikinti işlərinə Fövqəladə Hallar Nazirliyinin Regional şöbəsinin əməkdaşları göz yumurlar. Bu da onu söyləməyə əsas verir ki, cənab Kəmaləddin Heydərovun tabeliyində çalışanlar elə hallar olur ki, şəxsi maraqları təmin olunarkən, hər cür qanunsuzluqlara göz yummağı özlərinə rəva bilirlər. Amma Abşeron rayonu ərazisində, hansı ki, Məmməd Əmin Rəsulzadə küçəsi ilə Əbdüləli Mürsəlov-28 A küçəsinin kəsişməsində inşa olunan və söylənilənlərə görə, geniş ictimaiyyət arasında “tikinti maqnatı” adı ilə tanınan Şərurlu İsfəndiyarın inşa etdirdiyi tikintidə işlər dayandırılıb. Yəni, belə bir qərarı FHN-nin Regional şöbəsinin rəhbərliyi verir və inşaası həyata keçirilən binada işlər tam şəkildə dayandırılır. O halda ortaya maraqlı və düşündürücü suallar çıxır. Yəni, görəsən səbəb nə olur ki, “tikinti maqnatı” adı ilə tanınan Şərurlu İsfəndiyarın inşa etdirdiyi binada işlər dayandırılır, amma lazımi sənədi olmayan digər tikilidə həyata keçirilən işlərə kimsə maneə olmur? Deməli, burada həm bəzi əmmalar, həm də əksəriyyətin bilmədiyi, yaxud da eşitmədiyi bir çox müəmmalar var. Yəni, həmin əmmaların və müəmmaların varlığını hər iki tərəf gizli saxlasalar da, bu haqda bəzi çevrələrdə müəyyən söz-söhbətlər dolaşmaqda davam edir. Yəni, dolaşan söz-söhbətlərdə bildirilir ki, 19 yanvar 2022-ci il tarixdən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Abdin Fərzəliyev, hal-hazırda bu rayonun ərazisində inşaası həyata keçirilən kiçik tikinti işlərinə şərikdir. Belə bir səbəbdən də, Murad Nəsurullayev adlı şəxsə “yaşıl işıq” yandırılır və o, iki mərtəbəli fərdi yaşayış evi əvəzinə, məhz həmin ərazidə səkkiz mərtəbəli yaşayış binası inşa etdirməyə nail olur.

Elə ki, bu problemin varlığı ilə bağlı çoxsaylı sakinlərin şikayətlərini əsas tutaraq aidiyyatı dövlət qurumlarına məktub ünvanlayıb, qeyd olunan problemin araşdırılmasına nail olmaq istəyirik, o halda Abşeron RİH-dən “Abşeron rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsində vətəndaş Murad Nəsurullayevə Abşeron RİH tərəfindən 16 aprel 2022-ci il tarixdə N-49-151 nömrəli məktubla “məlumatlandırma icraatı” qaydasında memarlıq-planlaşdırma bölməsi razılaşdırılmışdır” deyə cavab verilir. Hətta, verilmiş cavab məktubunda “Əməkdaşlarımız tərəfindən şəhərsalma nəzarəti çərçivəsində qeyd olunan ünvana yerində baxış keçirilən zaman, obyekt sahibi tərəfindən aparılan tikinti işləri zamanı layihədən kənarlaşma halları aşkar olunmuş və inşaat işləri dayandırılmışdır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq layihə sənədlərinin aidiyyatı üzrə razılaşdırılması haqda vətəndaş Murad Nəsurullayevə xəbərdarlıq olunmuşdur” deyə, başdansovdu cavablar verilir. Yəni, sual oluna bilər ki, nəyə görə RİH-nin inzibati binasından heç də uzaq olmayan ərazidə inşa olunmuş səkkiz mərtəbəli yaşayış binasına aid lazımi sənədlər olmadığı halda, məhz həmin binanın inşaasına icazə verilir? Deməli, tikinti işlərinin həyata keçirilməsinə cavabdehlik daşıyan bir çox dövlət qurumları, ələlxüsus FHN-i əməkdaşlarının susmaları, özlərini görməzliyə vurmaları onu sübut edir ki, Kəmaləddin Heydərovu və onun tabeliyində çalışanları bu gün də xalqın taleyi deyil, yalnız şəxsi maraqlarının təmin olunması düşündürür. Əgər bu belə olmasaydı, o halda hər kəs adı çəkilən bu dövlət qurumu əməkdaşlarının əməli addımlar atmalarının şahidi olardılar. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

FHN-nin əməkdaşları Abşerondakı qanunsuz tikinti işlərinə niyə göz yumurlar? – FOTO/ FAKTLAR
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...