Qarabağın azadlığını gözləyən Qazi Vidadinin sonu
Təbii ölüm təbiətin qanunudur. Amma indi Azəbaycanda insanlar təbiətin yox, 21 ildir ki, ölkənin bütün ərazisi o tərəfə, başkənd Bakıda belə normal yaşayış şəraiti yarada bilməyən hakimiyyətin məsuliyyətsizliyi üzündən məhv olurlar. Ömürlər yarıda qalır, ailələr məhv olur. Şəkildə gördüyünüz bu oğlan Qarabağ qazisi Vidadi İsmayılovdur (Vidadi İsmayıl). Onu mən hərbidə işləyərkən Qarabağ Müharibəsi Veteranlar Birliyində görmüşdüm. "Veteran" qəzetində çalışırdı. Həmkarlığımız sonradan dostluğa çevrildi. Həm Qərbi Azərbaycan (Ermənistan) qaçqını, həm də Qarabağ qazisi olmasına rəğmən illərlə özünə yuva qura bilmirdi. Sonda bir hissəsini özü topladığı, yarısını borc aldığı 4 min dollarla Xırdalanda Sovet dövründən tikintisi yarımçıq qalmış binada 3 otaqlı yarımçıq ev aldı. İllərlə əziyyət çəkib həmin evi tamamladı. Dövlətin görəcəyi işi həmin binadakı məcbur köçkünlər və Qarabağ qazisi Vidadi gördü.
Dəfələrlə cəhd göstərdilər ki, binanı dövlət gəlib yoxlasın, texniki təhlükəsizliyinə baxılsın. Amma hər dəfə külli miqdarda rüşvət istənildi. Nəticədə bina Allah ümidinə ayaqda durdu. Həmin binada - Vidadinin halal zəhmətlə qurduğu evdə qonaq da olmuşam, xəngəl qonaqlığıyla evin açılışını qeyd etmişik. Vidadi o ümidlə yaşayırdı ki, günün birində Qarabağ azad ediləcək və o da bu yarımçıq binadan çıxıb gedəcək o torpaqlarda yaşamağa. Amma dövlət başında duranların rüşvətxorluğu, məsuliyyətsizliyi və mənəviyyatsızlığı bu adamın ömrünü yarı yolda qoydu. Bir neçə gün öncə səhər saat 6.30-da binada partlayış oldu. 3 nəfər öldü, Vidadi və ailəsi isə ağır xəsarətlərlə xəstəxanaya çatdırıldı. Amma nə yazırlar ki, Qarabağ savaşında düşmən gülləsindən ölməyən, kəşfiyyatçı olaraq dəfələrlə xüsusi əməliyatlarda iştirak edən, öz zəhmətinə Respublika Aztelekom İstehsalat Birliinin baş mütəxəssisi vəzifəsinə yüksələn Vidadinin ömrünü dövlət vəzifəsi daşıyanların məsuliyyətsizliyi yarıda qoydu. Bu gün Vidadi aldığı xəsarətlərdən xəstəxanada vəfat etdi...Nəticədə təkcə bina partlamadı, həm də Vidadinin borc-xərclə qurduğu ev dağıldı, ailəsi başsız qaldı, 3 övlad ata, bir xanım həyat yoldaşı, bir ana övlad, çoxlu insan isə dost itirdi. Eyni zamanda Azərbaycan igid və cəsur bir Qarabağ qazisini kayb etdi. Qəza deyəcəksiniz. Amma bu qəza və tale deyil. Bu yarıtmaz dövlət idarəçiliyinin nəticəsidir. Nə qədər ki, insanlar qalxıb öz haqqını tələb edib, xalq öz dövlətinə sahib çıxmayıb bu gün Vidadinin evi partladığı, ömrü yarıda qaldığı kimi, sabah da başqalarının başına bu gələcək...
Allah Qarabağ qazisi və gözəl insan Vidadi İsmailə rəhmət eləsin!
Dünən, 20:28
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Dünən, 17:02
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
Dünən, 16:49
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Dünən, 16:45
102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar
Dünən, 16:42
İran Azərbaycanda nəyə nail olmaq istəyir?
Dünən, 16:00
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır?
Dünən, 15:30
Trampın qərarı respublikaçı və demokrat senatorları birləşdirdi: Ağ Evə ultimatum verildi
Dünən, 14:22
Böyük təhlükə gözlənilir - Fövqəladə vəziyyətə hazırlığa start verildi
Dünən, 13:43
TƏCİLİ XƏBƏRDARLIQ! Qardaş ölkədə sürətlə yayılır - Bu xəstəlikdə qarışdırılır
Dünən, 13:36
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Dünən, 13:32
Məktəbli forması ilə bağlı qanunu pozan - 37 nəfər həbs olundu - Video
Dünən, 13:13
Paşinyan Bakıya gələcək? – Azərbaycanda bu tarixdə...
Dünən, 12:41
Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
Dünən, 12:37
İlham Əliyev: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
Dünən, 11:41
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
Dünən, 11:35
İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Dünən, 11:23
Əliyev İspaniya Kralını təbrik etdi
Dünən, 10:42
Təhsil Şurası bəyanat yaydı: "Bu, yolverilməzdir"
Dünən, 10:27
Kamboca Baş naziri rəsmi qarşılandı
Dünən, 10:16
Kimin evində varsa, ŞAD XƏBƏR - QİYMƏT ARTDI
Dünən, 10:04
Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi
Dünən, 09:58
İki qadını maşın vurub öldürdü
Dünən, 09:54
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
Dünən, 09:50
Sənədsiz evlərə necə çıxarış almaq olar? - QAYDALAR
Dünən, 09:46
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
Dünən, 09:38
Ramiz Mehdiyev Xalq artistinin verilişini niyə efirdən çıxartdırdı? - VİDEO
Dünən, 09:28
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü