Zakir Fərəcovun iş adamlarını aldadan Adil Xudadatov adlı müəmması
Gundem / Bolge / Maraqli
Oxunub: 411
20 apr 2023 | 13:39
Zakir Fərəcovun iş adamlarını aldadan Adil Xudadatov adlı müəmması



Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup iş adamı və 400-ə yaxın işçinin arasında pul qalmaqalı davam edir. Belə ki, şəhərin Dənizkənarı Bulvarı və giriş hissəsinin tikintisini həyata keçirən iş adamları 2016-cı ildən bəri 8 milyon manat pullarını ala bilmirlər. Onların bildirdiyinə görə, işi tamamladıqdan sonra pullarını istəsələr də, bunun heç bir xeyri olmayıb.
Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə icra başçısı borcların ödənilməsini Sumqayıt İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xuradadatova həvalə etdiyini deyib. Elə həmin vaxtdan Xudadatovu tapmaq mümkün olmayıb.
Daha doğrusu, sözügedən şəxs telefonla danışaraq, iş adamlarına deyib ki, icra başçısı işləri ona tapşırsa da, pulu yoxdur. Pulu toplamaq üçün isə işçilərini ərazilərə göndərib və onlar pul yığdıqdan sonra görüşəcək. Maraqlıdır, dövlət başçısı Sumqayıtda abadlıq və yenidənqurma işlərinə 50 milyon manat pul ayrıb. Həmin pulun hara və nəyə xərcləndiyi məlum deyil. Daha doğrusu, görülən işlərdən yalnız 4 milyon manatı sahibkarlara verilib. Yerdə qalanın aqibəti bəlli deyil. İndi sual olunur: Ayrılmış 50 milyon manat pul hara xərclənib? Sumqayıt İcra Hakimiyyətinin hesabında olan pulu kimlər özünküləşdirib? Və ən əsası, İcra Hakimiyyətinin sahibkarlara olan borcunu Adil Xudadatov niyə verməlidir?
Xudadatov ən yaxşı halda Sumqayıt İH-nin tikinti və memarlıq şöbəsinin müdiridir. Onun vəzifəsi şəhərdə memarlıq və tikinti işlərinə nəzarət etməkdir. Amma bu adam deyil ki, “əraziyə işçiləri göndərmişəm ki, pul yığsınlar”. Görəsən, şöbə müdiri hansı pulu yığır və yığdırır? Xudadatov niyə Zakir Fərəcovun borclarını bağlamalıdır?
A.Xudadatovun vəzifəyə gətirilməsinin maraqlı tarixçəsi ilə bağlı məlumat daxil olub. Zakir Fərəcov Abşeronda icra başçısı işlədiyi dönəmdə bu şəxsi Memarlıq şöbəsində vəzifəyə gətirmişdi. Lakin bir müddət keçəndən sonra Adil Xudadatov başçının qəzəbinə gəldi və həbs edildi. Sakinlərin bildirdiyinə görə Zakir Fərəcovun onu həbs etdirməsi şəxsi münasibətləri ilə bağlı olub. Adil Xudadatovla qeyri-rəsmi qohum olan icra başçısı istəyinə çatandan sonra onu həbsdən azad edib və Sumqayıt İcra Hakimiyyətində mühüm vəzifə ilə təmin edib. Hazırda davam edən rəsmi olmayan qohumluq münasibətləri Zakir Fərəcovu qane etdiyindən Adil Xudadatov şəhərdə söz sahibi hesab olunur. İddia olunur ki, o, özünün və yaxınlarının adına rəsmiləşdirilmiş milyonluq daşınmaz əmlaklara sahibdir.

Məsələn, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri- Baş memar Adil Xudadatov kimi… Azərbaycanda rüşvətxor, imici zədələnmiş, fəaliyyəti pul altında “preslənən” məmur heyətinin tipik obrazı! Elə ən ciddi problemlərdən biri də budur: ölkədə çox yaxşı həkim, jurnalist, dülgər, müəllim və s. yetişdirə bilərik, amma heç vaxt çox yaxşı kadr yetişdirə bilmirik. Mənzərə belədir: xalqla dövlət arasında körpü rolunu oynamalı olan icra hakimiyyətlərinə təyin edilən vəzifəli şəxslərin bir çoxu milli mənəvi keyfiyyətlərdən uzaqdırlar. Onların hədəfləri də bəllidir: bütün fəaliyyət istiqamətlərini yalnız pul qazanmağa, mal-mülk sahib olmağa yönləndirmək. Sumqayıt Cənubi Qafqazın ən böyük sənaye şəhərlərindən biridir, orada 347 minə yaxın insan yaşayır, eyni zamanda dini-siyasi baxımdan Azərbaycanda ən həssas nöqtələrdən biridir. Adı bütün günü çayxanaların alış-veriş mövzusunun əsas predmetinə çevrilən, şəhər icra hakimiyyətini bazar piştaxtasına daşıyan, torpaq alveri ilə məşğul olan bir şəxsi belə bir həssas rayona hansı əsasla baş memar təyin ediblər? Bu adam nəyi qurub-yaradacaq? Puldan heykəlmi?
Dövlətimiz və xalqımızı üçün ən böyük dəhşət də elə budur: əvəllər “Kamaz” sürücüsü işlədiyi deyilən A.Xudadatov indi ölkənin ən böyük 3 şəhərindən birinin əsas idarəçilik sükanlarından birinin arxasına keçib. Rul əlindədir! O, bir gün mütləq qəza edəcək, amma Allah bu qəzanın fəsadlarından onu yox, Sumqayıtı və onun əhalisini qorusun!
Qanunsuz əməllərini iş otağında yox, kənar hücrələrdə həyata keçirən A.Xudadatov Azərbaycan hüquq-mühafizə orqanlarının kameralarının gözündən yayındığını düşünür. Və bir gün bu adamın həbs edilən icra başçıları və onların müavinləri kimi xarici ölkələrdə otellləri, mənzilləri ortaya çıxacaq. Qarabağın dirçəldilməsi, orada təhlükəsiz həyat şəratinin qurulması üçün Prezident İlham Əliyev bütün zəruri addımları atmaqdadır. Hazırda işğaldan azad edilən ərazilərdə sürətlə bərpa işləri həyata keçirilir. Amma müharibə vaxtı öz yaxınlarını döyüşdən yayındıran A.Xudadatov kimilər müharibədən sonra da öz mənfur əməllərini davam etdirməkdədirlər. İş adamlarından “Qarabağın bərpasına yuxarıdan pul istəyirlər” bəhanəsi ilə pul yığan bu adamın məqsədi dövlətin nəcib addımlarına kölgə salmaqdır. Adil Xudadatov, əgər daha da varlanmaq istəyirsənsə, bunun üçün dövlət başçısının adından istifadə etmək, minlərlə insanın tökülən qanı hesabına azad etdiyimiz Qarabağı hədəf seçmək məmur və vətəndaş əxlaqına sığırmı?
Cəzasızlığın nəticəsidir ki, uzun müddətdir adı ölkə mediasından düşməyən, Sumqayıtın icra başçısı Zakir Fərəcovun “sağ əli” kimi tanınan, hətta qısa müddət onun müavini olan və tez də postunu itirmiş, indisə İH-də Memarlıq şöbəsində çalışan Adil Xudadatov karyera yüksəlişi həvəsindədir. Xudadatova yaxın olan dairələr ona vəd edib ki, Fərəcovun yerinə təyin oluna bilər. Amma bunun üçün onun siyasi rəhbərliyə təqdimatı gedərkən dosyesi təmiz olmalıdır. Çünki Prezident Administrasiyasında kuratorlar bir məmurun təqdimatını verərkən onun fəaliyyəti araşdırılır, mətbuatda adının nə dərəcədə hallanması monitorinq edilir. Bu mənada Xudadatov üçün perspektiv ümidverici görünmür. Fərəcovun qara işlərini görməkdə adı keçmiş, barəsində müxtəlif iddia və ittihamlar yayılmış şəxsin Sumqayıtın icra başçısı təyin olunacağı sual doğurur. Amma Xudadatov əl-ayağa düşüb və xəbərlərə görə, özü haqda kristal reputasiya yaratmağa çalışır. Buna görə də baş memar haqqında dərc olunan tənqidi yazıları aradan qaldırmaqla özünü təriflətmək yolunu tutub. Maraqlıdır ki, icra başçısı Zakir Fərəcov haqqında tənqidləri görməzdən gələn Xudadatov ancaq özünün reputasiyasını qorumağa çalışır. Məlumatlı mənbənin sözlərinə görə Z.Fərəcovla bağlı narazılıqların yaranmasında da Xudadatovun xüsusi marağı var.
Şikayətçilər A. Xudadatova məxsus olan obyektlərin siyahısını
cumhuriyyet.az-a göndəriblər.
Onların bəzilərini təqdim edirik:
1. Bakı şəhəri, 28 may küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;
2. AAFF Yaşayış Kompleksində mənzillər;
3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;
4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina
5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);
6. 43-cü məhəllədə “Kammet” klinikasının yanında tikilməkdə olan 5 mərtəbəli bina;
7. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən mebel mağazası (icarədə);
8. Sumqayıt şəhəri, 6-ci mikroraryon yerləşən “Taxılçı” restoranı və onun yanında “Təndir evi” (icarədə);
9. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bir neçə mağaza;
10. Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO