Məmurun xaricdəki tükənməz sərvəti
Gundem / Sosial / Maraqli
Oxunub: 364
6 apr 2023 | 17:43
Məmurun xaricdəki tükənməz sərvəti


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində rəhbər vəzifə sahibi olan şəxslərin korrupsiya əməllərindən aktualxeber.az saytı dəfələrlə tənqidi məqalələr vermişdir. Redaksiyamıza yeni daxil olan məlumatlara görə AAYDA rəhbəri Saleh Məmmədovun Türkiyədə və digər ölkələrdə bir neçə kommersiya şirkətləri var. Onun bu vəzifədəykən bizneslə məşğul olması "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna ziddir. S.Məmmədov İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. O, burada 300 kvadrat metrlik üçmərtəbəli villaya sahibdir.
S.Məmmədov prestijli "Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil almış AAYDA-nın yeganə rəsmisi deyil. Onun keçmiş həmkarı, "71 saylı Yol İstismar” Müəssisəsinin (hazırda "4 №-li Magistral Yolların İstismarı” MMC) rəhbəri işləmiş Xaqani Kazımovun 36 yaşlı oğlu Vüsal Kazımovun da adına bu dəbdəbəli kompleksdə villa alınıb.
Bu villalar həm də onların bu ölkədəki şirkətlərinin baş ofisidir. Xaqani Kazımov həm də "Azərbaycan Dəmir Yolları” QSC-nin İH sədri Cavid Qurbanovla iş ortağıdır (2009-cu ildə "Kant” MMC təsis ediblər) və hazırda ADY nəzdindəki "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin direktorudur. Türkiyənin rəsmi mənbələrinə görə, AAYDA rəsmisi Saleh Məmmədov İstanbulun azı iki vergi dairəsində (Çeşmə və Sarıqazi) qeydiyyatdadır (vergi ödəycisi nömrəsi: 6111099457 və 6110509098). Bakıda isə onun və ailə üzvlərinin qeydiyyatı Xanlar küçəsi, 40 nömrəli binadakı mənzillərdən birinədir.

"Saha İnvestment Dış Ticaret Limited” şirkəti (qeydiyyat № 698908) 2009-cu ildə Saleh Məmmədov və Hanifi Tekin tərəfindən 51/49 faiz nisbətində 100 000 lirə kapitalla qurulub. O zaman S.Məmmədov "Azəryolservis” ASC-nin (indiki AAYDA – red.) 1 saylı Yol İstismar İdarəsinin rəisi idi. S. Məmmədov şirkətin ofis ünvanını (Akfirat Tepeören məhəlləsi, Atatürk Caddəsi, № 2 - İstanbul Parkville, F1 villası) həm də Türkiyədəki mülkü kimi təqdim edib. 2010-cu ilin iyununda ortaqlar arasına 26 yaşlı Vüsal Kazımov daxil olub və üçlüyün şirkətdəki payları demək olar ki bərabər şəkildə bölünüb. Şirkət daha sonra Atatürk məhəlləsi, Alemdağ Cad. № 58, mənzil 7 ünvanına köçüb. 2012-ci ilin fevralında Vüsal Kazımov şirkətdəki payını Hanifi Tekinə sataraq ortaqlığı tərk edib. Saleh Məmmədov yük daşımaları və anbar xidmətləri göstərən bu şirkətin direktorudur.

"ACR Dış Ticaret Limited” şirkətini (qeydiyyat № 695592) 2009-cu ilin aprelində Sait İlhan və Erkan Acar təsis ediblər. May ayında Erkan Acar 490 000 lirəlik payını Saleh Məmmədova satıb və şirkətin adı "Subhan Dış Ticaret Limited”ə dəyişdirilib. 2016-cı ilin noyabrında Sait İlhan isə 10 000 lirə dəyərində səhmlərini Saleh Məmmədovun oğluna - Sübhan Məmmədliyə (vergi ödəyicisi nömrəsi: 6110636299) satıb. Topdansatış və idxal-ixrac əməliyyatları ilə məşğul olan şirkətə 2017-ci ilin avqustundan Sübhan Məmmədli rəhbərlik edir. Bu şirkət də ofisi S.Məmmədovun "Parkville İstanbul”dakı villasında yerləşir.

"Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”-nin (qeydiyyat № 353130) təsisçilərinin 2015-ci ilin dekabrında keçirilən toplantısında Sübhan Məmmədli nümayəndəsi Sertaç Bulut vasitəsilə təmsil olunub. İclasda məlum olub ki, 1996-cı ildən fəaliyyət göstərən və Tekin ailəsinə məxsus olan bu şirkətin yarısına Sübhan Məmmədli nəzarət edir. 1 milyon lirə kapitalı olan şirkətin səhmləri artıq onun mülkiyyətində idi. "Azəryolservis” ASC-nin sədri vəzifəsini icra edən Saleh Məmmədovun oğlunun o zaman cəmi 18 yaşı vardı. 2017-ci ilin oktyabrında baş tutan növbəti yığıncağa da Sübhan Məmmədli qatılmamışdı. Amma artıq o vaxt Sübhan əlvan metallarla ticarət edən bu şirkətin tək sahibi idi. Notarial sənədlərdə onun yaşayış yeri kimi Bakı şəhəri, Məhsəti küçəsi, ev 25/12 göstərilir. Cəmi 2 ay sonra, 2018-ci ilin yanvarında S. Məmmədli 1 milyon lirə dəyərində səhmlərini Erkan Acara və Berat Şahinə sataraq şirkəti tərk etib.

"Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited” şirkəti (qeydiyyat № 693225) 2009-cu ilin mart ayında Hanifi və Sinan Tekinlər təsis ediblər. May ayında Hanifi Tekin 990.000 lirəlik payını Vüsal Kazımova satıb. V.Kazımovun Saleh Məmmədovun villası ilə qonşuluqdakı F2 saylı villada yerləşən şirkətin adı sonradan dəyişdirilib və "ACR İnvestment Dış Ticaret Limited” adlandırılıb. Otel biznesi sahəsində fəaliyyət göstərən bu şirkətdə 2015-ci ildə Vüsal səhmlərini Samir Zakir oğlu Muxtarova, 2019-cu ilin mayında isə Samir Vüsala ötürüb. Göründüyü kimi, həm S.Məmmədov, həm də Vüsal Kazımovun Tekin ailəsi ilə biznes ortaqlığı var. V. Kazımov 25 yaşındaykən türk işadamı, "AzerTurk Group”-un sahibi ”Hanifi Tekin ilə "Azerturk İnvestment Dış Ticaret Limited” şirkətini yaradıb. İlyarım sonra o, payını S. Məmmədovun digər ortağı Salih İlhana sataraq şirkətdən ayrılıb.
AAYDA şefinin oğlu Sübhan Məmmədlinin digər biznes fəaliyyətlərinə gəlincə, o, yaşının azlığına baxmayaraq, Türkiyədən başqa Azərbaycan, Avstriya və İngiltərədə də fəaldır. Sübhan Məmmədli 2016-cı ilin yayında Vyanada (Avstriya) yaradılan "AZSN Servis GmbH” (qeydiyyat № 457017i) şirkətində 49%-lik iştirak payını 2017-ci ildə alıb. Bundan sonra şirkət "S.M.A.N Business Solutions GmbH” adlandırılıb. 35 min avro səhmdar kapitalı olan şirkət daşınmaz əmlak, ticarət və tikinti biznesi ilə məşğuldur.

Sübhan Londondakı "Splento Ltd” şirkətinin (qeydiyyat № 09595739) Biznesin İnkişafı Departamentinin direktorudur. O, həm də şirkətin 40 səhmdarından biridir. Peşəkar fotoçəkiliş xidmətləri göstərən şirkətə qoşularkən S. Məmmədli yaşayış yeri kimi Quinstoun Yolu, Camellia House apartamentindəki 24 nömrəli mənzili göstərmişdi. Britaniya mənbələrinə görə, 2018-ci ilin mayında bu mənzil üçün 1.250.000 funt və ya 2,7 mliyon manat ödənilib.

Azərbaycanda vəzifəli şəxslərə xidməti vəzifəsini icra etdiyi dövrdə ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) qadağandır. "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə bu hərəkətlər korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO