Məmurun Novxanıdakı 10 milyonluq villası - FOTO
Gundem / Sosial / Maraqli
Oxunub: 960
6 mar 2023 | 13:52
Məmurun Novxanıdakı 10 milyonluq villası - FOTO


Redaksiyamıza daxil olan məlumatlara görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və onun qudası – Yolların Təmiri və İstismarı İdarəsinin rəisi, 69 yaşlı Əflatun Qasımov hazırda Binəqədi rayonun Novxanı qəsəbəsinin dənizə yaxın ərazisində 3 ildir gecə-gündüz inşa etdirdiyi 4 mərtbəli 10 milyonluq möhtəşəm villanının açılışını etmək istəyirlər. Baxmayaraq ki, Azərbaycanın demək olar ki, bütün regionlarında S.Məmmədovun imarətləri dillərdə dastandır və sayını bəlkə özü də bilmir. Qudasına arxayın olan Ə.Qasımov da fürsətdən və düşdüyü cəzasızlıq mühitindən geninə-boluna istifadə edərək pul qazanmaq üçün ağlına gələn hərəkətləri etməklə məşğuldur. Heç kimə sirr deyil ki, Bakıda və ölkəmizin digər bölgələrində təzəliklə salınan asfalt yollar elə birinci yağışdan sonra pis günə düşür, gölməçələr peyda olur. Səbəbi də budur ki, dövlət büdcəsindən yollarımızın təmir və tikintisinə ayrılan külli-miqdarda vəsaitlərin demək olar ki, 50%-i cənab Əflatun Qasımov və komandası tərəfindən mənimsənilir. Məsələn, AAYDA-nın yolların təmiri və tikintisi zamanı yağış barmaqlıqlarını yol kənarlarında quraşdırmaq kimi şərtsiz bir öhdəliyi var. Bu barmaqlıqlar da yaxınlıqdakı kanalizasiya, yaxud yağış kollektoru olan yollarda təşkil olunmalıdır, amma olunmur. Nəticədə yayda gözəl görünən Bakımızda yağış yağanda hər yan tıxac olur, prospektləri və tunelləri su basır. AAYDA-nın strukturuna daxil olan, yolların salınması, yenidən qurulması və təmiri işlərilə birbaşa 80-ə yaxın Yol İstismar İdarələri məşğul olurlar. Bu idarələrdən 30-nu çıxmaq şərtilə, qalan 50-si demək olar ki, borc bataqlığında batır. Borclu olanların ən çoxu da ucqar dağ rayonlarnda yeləşən Yol İstismar İdarələridir. Hətta bu idarələrdən bir çoxuna adi yanacaq almağa maliyyə ayrılmır. Qalan 30 idarə isə Ə.Qasımova və cənab sədrə xüsusi yaxınlığı olan dost-tanış və qohum-əqrəbalardan təşkil edildiyinə görə sövdələşmələr bu idarələrlə aparılır, sifarişlərin hamısı onlar arasında bölünür. Sonda isə icra edilən bütün işlərin istismara qəbul aktları Ə.Qasımovun xidməti otağında yazılır, Fövqəladə Hallar Nazirliyinin aidiyyatı komissiyası isə hazır sənədi təsdiqləməklə işini bitmiş hesab edir. Bəli, başdansovdu, keyfiyyətsiz icra olunmuş işlərə ayrılan külli-miqdarda dövlət vəsaitlərinin təyinat üzrə düzgün xərclənib xərclənməməsi məsələsi isə nə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidməti, nə də Hesablama Palatası tərəfindən yoxlanılmır. Yəni, xarici borclar hesabına dövlətin zəmanətilə aldığı milyardlarla vəsaitlərin AAYDA strukturlarında necə xərclənməsinə faktiki olaraq bu rəsmi qurumlar nəzarət edə bilmirlər. Bir sözlə, aidiyyatı dövlət qurumları sanki oyundankənar vəziyyətə salınmış hala düşürlər. Konkret olaraq qurumun sədri Saleh Məmmədov qudası ilə birlikdə milyonları mənimsəyirlər. Məsələn, 2023-cü ilin qışı üçün guya 10000 ton duz alınıb anbarlara yığılması haqında kağızlarda qeydlər aparılıb. Amma faktiki olaraq bu qədər duzun haradan alındığını, kimin aldığını, harda yığıldığını bilən yoxdur. Regionlardakı anbarlarda isə faktiki olaraq heç 500 ton duz yoxdur. Bir sözlə, dövləti barmaqlarına sarıyıblar. Aktualxeber.az-a daxil olan məlumata görə bu yaxınlarda azad edilmiş ərazilərdə yol infrastrukturunun vaxtından əvvəl icra edilməsi üçün 1-ci Vitse-prezident tərəfindən verilən tapşırıqların icrası zamanı cənab sədr uzun illər büdcədən çırpışdırdığı milyonların bir hissəsini çatışmayan yerlərdə işlətmək zorunda qalıb. Saleh Məmmədov da əlavə xərcə düşməsiylə heç cür barışa bilmir. Sanki öz halal qazandığı vəsaitləri xərcləyibmiş… Araşdırmalarımız davam edir və mövzuya yenidən qayıdacağıq.

Məmurun Novxanıdakı 10 milyonluq villası - FOTO
Məmurun Novxanıdakı 10 milyonluq villası - FOTO
Məmurun Novxanıdakı 10 milyonluq villası - FOTO
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib