Daş qəlbli insanların önündə aciz qalan dəmirağac
Gələn il Respublikanın cənubunda yerləşən Hirkan Milli Parkının rəsmi dövlət Sərəncamı ilə yaradılmasının 20 ili tamam olacaq. Ancaq hadisələrin gedişatı belə proqnoz etməyə əsas verir ki, Parkda 20 il əvvəl bol kəmiyyətdə mövcud olmuş bir çox milli sərvətdən – fauna və floradan əsər-əlamət qalmayacaq, adı “Qırmızı Kitab”a düşmüş heyvan və bitki növləri məhv olacaq. Hamısı da insan amili ilə əlaqədar olaraq.
Əslində sərvətləri, meşələri, çayları, biomüxtəlifliyi ilə seçilən adıbəlli coğrafiyanı dövlət deyil, təbiət yaradır, dövlət isə ona sərhəd cızıb qoruq, park statusu verməklə, qorunmasını vacib bilir və bu işə cavabdeh vəzifəli şəxslər təyin edir. Həmin vəzifəli şəxslər öz işlərinin öhdəsindən gəlmirlərsə, hətta vəzifələrindən sui-istifadə edərək, cavabdeh olduqları sərvətin talanmasına öz şəxsi maraqları naminə göz yumurlarsa, deməli dövlətə, onun rəhbərliyinə, xalqa, daha geniş anlamda bəşəri dəyərlərə xəyanət edirlər. Bu neqativ proses vəzifələrə qeyri-peşəkarlar, ixtisası profilə uyğun gəlməyənlər irəli çəkiləndə daha sürətlə gedir. Ən bariz misal isə Hirkan Milli Parkına Aqil Sucayevin direktor təyin edilməsi idi. Söz yox, elə bu günlərdə Sucayev Hirkan Milli Parkındakı vəzifəsindən azad edilsə də, acınacaqlı hal budur ki, o, yenə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başqa bir strukturuna – Qızılağac Milli Parkına rəhbər vəzifəyə göndərilib (?!) Sucayevin miras qoyduğu problemlər dərindir və bərpa olunmayan itkilərlə müşayiət olunub. Onunla işləmiş komanda hələ də köhnə rəhbərdən qalma ampluaya sadiqdirlər. Sanki axırlarının gəldiyini yəqin etdiklərindən, mümkün qədər çox talanla məşğuldurlar.
Qeyd edək ki, Parkda adları "Qırmızı Kitab"a düşmüş bir çox ağac və kol bitkiləri vardır. Məsələn, şabalıdyarpaq palıd, dəmirağac, azat, budaqlı danaya və s. Demək olar ki, Respublikanın ən zəngin təbiəti bu Milli Parkdadır. Amma çox təəssüflər olsun ki, zaman-zaman Sucayev kimi işbazlar Hirkan Milli Parkın öz şəxsi gəlir mənbəyinə çevirmişlər.
Ağacların cinsini belə ayırd etməyi bacarmayan Aqil Sucayev dayısı Hüseynbala mirələmovun dəstəyi ilə mədəniyyət sahəsindən Milli Parka transfer edilmişdi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Şakir Quliyevlə əlbir olub Milli Parkda "yaşıl soyqrım"a rəvac verir, hər ikisi də nazir müavini Vüqar Kərimov tərəfindən dəstək alırdılar. Aqil özü bal, işlik material və s. bizneslər qurub. Hirkan Milli Parkında olan ağacların kütləvi kəsilib işlik material kimi Masallıdakı sexlərə daşınması, Milli Parkın torpaqların ev yeri kimi sakinlərə satılması və sair neqativ hallar Şakir Quliyevin diqqətinə çatdırılsa da, o, cinayət faktlarını ört-basdır etmık üçün əlindən gələni edib, ən yaxşı halda ayrı-ayrı şəxslər barəsində inzibati cərimə protokolları tərtib etdirib.
Hirkan Milli Parkında aqibəti narahatlıq doğuran, adı “Qırmızı Kitab”a düşmüş bu nadir ağac növü dəmirağacdır. Dəmirağacın əsas xüsusiyyəti onun yarpaqlarının 3 çalara boyanmasıdır. Yarpaqlarını qışın ortalarından etibarən tökməyə başlayır və bu proses yaz aylarına kimi davam edir. Əsasən su hövzələrinə yaxın, çay kənarlarında bitən, ilboyu vegetasiya dövrü keçirən bu ağacın gövdəsi çox ağır olduğundan suda batır.
Belə bir şəbədə var: “Siçan nə qədər yaşayır” sualına cavab verirlər ki, “pişik onu tatana qədər”. Hündürlüyü 20-25 metrə çatan dəmirağaclar təxminən 200 il ömür sürür. Daha doğrusu, ömür sürərsi, insan imkan versəydi. Redaksiyamıza daxil olan şikayətlərin izi ilə Hirkana yollanan çəkiliş qrupumuz Milli Parkda apardığı müşahidələrdən aşkarlayıb ki, sözügedən xidmət sahəsinin işçiləri dəmirağacların kökünə bilərəkdən zərər vururlar ki, qurusun, külək yıxsın. Taşk deyilən deyilən yerin arxa tərəfindəki yaş ağacları xəlvət şəkildə kökünə balta vuraraq zədələyir, yayda satmağa hazırlıq görürlər. Dəmirağacları kütləvi şəkildə budayır, şilə edib satırlar. Bu işlərdə xüsusi canfəşanlığı ilə seçilən Diryan meşəbəyliyin muhafuzə yegeri Cəfərov Vasif Hacibala oğlu Taşk deyilən yerdə dövlətin tikdiyin katejin yuxarısında meşəni qırıb məhv edib.
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev isə ötən ay, qardaş Türkiyənin zəlzələdən sarsıldığı, Azərbaycanın da bu dərdi bölüşdüyü günlərdən birində özünə təmtəraqlı yubile keçirib şadyanalıq etməklə gündəmə gəldi. Bu yersiz əməlinə görə mətbuatda da qınandı. Amma nəticə çıxarmaq, xalqdan üzr diləmək əvəzinə, ona irad tutanları, ad günü mərasimindən şəkilləri paylaşan şəxsi polislə təhdid edib. Xatırladaq ki, ötən il yayda bir vətəndaş Şakir Quliyevə zəng vurub meşədən işlik bir material maşının xəlvət çıxdığını bildirmiş, Şakir isə gecəyarısı zəngdən narahat olduğunu əsas göstərərək həmin şəxsi yaşına yaraşmayan tərzdə küçə söyüşləri ilə təhqir etmişdi.
İbrahim Hümbətov
Dünən, 16:00
Kreml və Tehran zəiflədi, rəqib bu ölkədir - ABŞ
Dünən, 15:30
İllər sonra Suriyadan Türkiyəyə ilk yüksək səviyyəli səfər
Dünən, 14:29
Metroda qadına qarşı əxlaqsız hərəkətlər etdi - Həbs olundu
Dünən, 13:19
AZAL-ın üç reysi Bakıya çatıb - YENİLƏNİB
Dünən, 13:15
Valideynlərdən Səhiyyə Nazirliyinə etiraz - Yeni dərmanlar ölümə səbəb olur?
Dünən, 12:55
Hökumə Əliyevanın həyatı film olur
Dünən, 12:50
Qərbi Azərbaycan İcması TƏCİLİ BƏYANAT YAYDI
Dünən, 12:46
Prezident Əbu-Dabidə açılış mərasimində - Foto
Dünən, 12:05
Fransa səfiri İran XİN-ə çağrıldı - Nota verildi
Dünən, 12:01
Los-Ancelesdəki yanğınlarla bağlı ŞOK: Belə yandırdılar - FOTO
Dünən, 11:39
20 Yanvar günü iş olacaq?
Dünən, 11:34
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
Dünən, 10:43
Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edir
Dünən, 10:38
Kaliforniyada yanğın tullantılarının utilizasiyası üçün yarım il lazım gələcək
Dünən, 10:15
Nəzrinin həyat yoldaşı: İsrailin təsdiqlədiyi sənədimiz var - VİDEO
Dünən, 10:10
Zurabyan: Paşinyan psixi cəhətdən qeyri-adekvatdır
Dünən, 09:52
Vəfat edən Şəmsəddin Xanbabayev: baş nazir, icra başçısı... - DOSYE
Dünən, 09:47
AZAL-ın üç təyyarəsi dumana görə Gəncədə eniş etdi
Dünən, 09:42
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanıldı
Dünən, 09:21
Bakı Qafqaz masasını təkbaşına idarə edir: ABŞ və Qərb də, Rusiya da Azərbaycandan icazə ala bilmir
Dünən, 09:13
Zəngəzurla bağlı ayrıca razılaşma var, təhvil veriləcək - Akopyan
Dünən, 09:00
Hərb olmadan bu ərazi ABŞ-yə birləşəcək - Vens
13-01-2025, 16:00
Hollivud yanğınları: Süni videolar sürətlə artır: Necə ayırd edək? – İzah
13-01-2025, 15:30
"İlon Mask Ağ Evə buraxılmayacaq, qovulacaq"
13-01-2025, 14:29
İlon Mask indi də Britaniyada "hökumətə gəlmək istəyir" - Teyti dəstəkləyir
13-01-2025, 14:25
Prezidentlər birgə nahar etdi
13-01-2025, 13:32
Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb