Təcili yardımda var Yaqub, vardı Yaqub oğlu Yaqubov
Xətai rayonunda, Seyid Əzim Şirvani küçəsində Vətən müharibəsi şəhidi Fəxrəddin Yaqub oğlu Yaqubovun xatirə lövhəsi var. 1962-ci il təvəllüdlü şəhid F.Yaqubov çox yaxşı insan və məharətli sürücü idi. Özü də Qubadlı rayonunun Yusifbəyli kəndində doğulmuşdu. Vətən müharibəsi zamanı iki aydır yaralı daşıyırmış. Adətən, işçilər 10 günlük ezam olunurdular və qayıdırdılar. Çox vətənpərvər insan olub, hamıya kömək etmək istərmiş. Təcili Tibbi Yardım Stansiyasında 15 ildən çoxdur sürücü işləyirdi. Vətən müharibəsi zamanı hərbçilərə yardım apararkən noyabrın 22-də itkin düşüb. Onun azaraq düşmən tərəfə keçdiyi və əsir götürüldüyü ehtimal olunurdu. Ancaq sonradan şəhid olduğu müəyyənləşib. F.Yaqubovun meyiti Azərbaycana təhvil verilib.
Bir də var Yaqub Məmmədov – Bakı şəhər Təcili Tibbi Yardım avtobazasının direktoru. Sağdır və kreslosundan möhkəm yapışıb. Dəfələrlə olub ki, Avtobaza tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən mövcud qanunvericilik aktlarının və qaydaların bir sıra tələbləri gözlənilməyib, avtobazanın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Bəzi hallarda müvafiq normativ aktların tələblərinə əməl edilməyərək artıq əmək haqqı ödənilib, artıq vakant ştatlar saxlanılaraq əmək haqqı proqnozlaşdırılıb və xərc smetalarında nəzərdə tutulmadığı halda vakant vəzifələr hesabına işçilərin əmək haqlarına əlavələr ödənilib. Direktorun yerlibazlığı, qohumbazlığı, işçiləri arasında ayrı-seçkilik etməsi də gəzən söhbətlər sırasındadır. Avtobazanın fəaliyyətində yer alan neqativ hallar cərgəsində ən ciddi araşdırma tələb edəni, hüquq müstəvisində qiymət verilməli olanı dövlət satınalmaları haqqında qanunun pozulması ilə müşayiət olunan tender sövdələşmələri, idarənin mühabirləşdiyi firmalara ödənilməli olan xidmət haqlarının, mal-material qiymətlilərinin, ehtiyat hissələrinin (müştük, elektrobenzonasos, dayaq lövhəsi, arxa amortizator, benzo-filtr, peçin radiatoru, şarovoy, vıjimnoy, termostat, stupitsa podşipniki, qabaq kalotka, qranat, yanacaq nasosu, su radiatoru, dartma yığımı, şüşə silgəci, su baçoku, vilka stepleni, hava filtri, şüşəsilən mexanizm, generator, qabaq və arxa işlək silindrlər, səsboğucunun araqatı, starter və s.) qiymətinin “şişirdilməsidir”.
İstənilən şəxs ötəri müşahidə aparsa, asanlıqla görə bilər ki, qarajda Avtobazanın balansında olmayan maşınlara da pullu texniki xidmət göstərilir, ehtiyat hissələri, yanacaq və sürtgü materialları təcili yardıma aid olmayan avtomobillərə işlədilir, hətta idarənin özünün sürücüləri bu vəziyyətdən gileylənirlər.
İbrahim Hümbətov
Dünən, 16:00
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Dünən, 15:30
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Dünən, 14:22
Sabah gecə metro 1 saat artıq işləyəcək
Dünən, 12:38
Cenevrədə ABŞ-İran danışıqları başladı
Dünən, 12:33
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Dünən, 12:22
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Dünən, 11:41
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Dünən, 11:34
“Qalatasaray” “Yuventus”a qarşı
Dünən, 11:29
Biləcəridə qanunsuz tikili söküldü - Video
Dünən, 11:23
Ramazan ayı başlayır - Təqvim açıqlandı
Dünən, 10:44
Bu gün Vardanyana hökm oxunacaq
Dünən, 10:37
Murat Dalkılıç və daha 3 məşhur saxlanıldı - Yenilənib
Dünən, 10:32
Paşinyanla Akopyan ayrıldı
Dünən, 10:17
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Dünən, 09:38
Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
Dünən, 09:34
Laricani: İsrailə qarşı Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazırıq
Dünən, 09:29
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Dünən, 09:19
Qaradağlı faciəsindən 34 il ötür
Dünən, 09:11
Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
Dünən, 09:00
Gizli NATO etirafı geopolitik “zəlzələ” törədir: Avropanın ABŞ-a qiyamı isə “fəlakət üçbucağı” yaradır
16-02-2026, 16:00
Yer yeni fəlakətlərin astanasında – HƏYƏCAN TƏBİLİ
16-02-2026, 15:30
Xurma təhlükəlidir — Həkim açıqladı
16-02-2026, 14:22
Cenevrədə kritik saatlar! İran və ABŞ nüvə sövdələşməsi üçün masaya oturdu: Əraqçidən həlledici həmlə
16-02-2026, 14:00
Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
16-02-2026, 13:56
Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
16-02-2026, 12:39
Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq
16-02-2026, 12:16
Serbiyanın "Politika" ictima-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub