Zaman Novruzov “Dəmiryolu”nun bütün maliyyə resurslarını öz əlində cəmləşdirib…
Hazırda sədr müavini olan Zaman Novruzov “Dəmiryolu”nun bütün maliyyə resurslarını öz əlində cəmləşdirib…
Bu yazıda haqqında bəhs edəcəyimiz Zaman Novruzovun avtobioqrafiyasına ötəri nəzər salaq ki, söhbətin nədən getdiyi məlum olsun. Zaman Novruzov 1958-ci ildə doğulub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1980-1988-ci illərdə “Azərneftquraşdırma” trestində müxtəlif vəzifələrdə çalışıb. 1988-1990-cı illərdə “Azərneftkimyaquraşdırma” trestinin 2 saylı Sumqayıt Quraşdırma İdarəsinin rəisi, 1990-1996-cı illərdə Bakı Quraşdırma İdarəsinin rəisi vəzifələrində işləyib. 1996-2001-ci illərdə Abşeron Regional Su Səhmdar Cəmiyyətinin “Su tikinti” birliyinin rəisi, Abşeron Regional Su Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2001-2005-ci illərdə “Su satış” müəssisəsinin direktoru vəzifələrində çalışıb. 2005-2011-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti vəzifəsini tutub. 2011-2015-ci illərdə “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin müşaviri və vitse-prezidenti vəzifələrində çalışıb. 2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində işləyib. 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.
Burada bir maraqlı məqama nəzər salaq. Yaxından tanıyanlar gözəl bilir ki, 1996–2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışmış, 2004-2005-ci illərdə “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti olmuş Oqtay Əsədovla ilk gündən onunla birgə çalışmış Zaman Novruzov çox yaxın münasibətdə olublar. Və tam məsuliyyətlə deyə bilərik ki, Oqtay Əsədov Zaman Novruzovu öz yerinə, yəni varisi kimi hazırlayıb. Bu ailəni yaxından tanıyanlar qeyd edir ki, zərrə qədər şübhə etmirdik ki, yaxın zamanda Zaman Novruzov Azərsu-nun prezidenti olacaq. Amma... Əmması odur ki, şahidlərin dediyinə görə, bir məclisdə Oqtay müəllimin ayaqqabısının burnunun biraz tozlu olması və Zamanın buna diqqət göstərməməsi, eyni zamanda Nizaməddin Rzayevin cəld cibindən dəsmalını çıxardıb....
Sözün qısası, xırda görünən bu detal Zamanın suyun prezidenti olmaq arzusunu gözündə qoyub, Nizaməddin Rzayev isə heç kimin gözləmədiyi halda Azərsu-nun prezidenti olub. Bildiyimizə görə, bu təyinata görə, Oqtay müəllimdən doğmaları da möhkəm inciyib. Ki, niyə bizim Zamanı deyil, Nizaməddini sədr qoydun..?
Sözün qısası, Zaman Novruzov SU-da birinci şəxs ola bilməyib. Amma... Əmması odur ki, bilənlər bilir ki, Zaman Novruzov həmişə Azərsu-nun ən bahalı, milyonluq layihələrini ələ keçirib. Bu adam sözün həqiqi mənasında SU satmaqla, həm də Azərsu-dakı milyonluq tikinti layihələrinə görə, milyoner yox ee, milyarder olub.
Bəli, Zaman o zaman idi ki, ( söhbət Zaman müəllimdən getmir haa ) Sulutəpə ilə Əriklik deyilən sahə arasında milyarderlər ( milyonçular yox haa...) it boğuşdurmaqla məşğul idilər. Bu yerdə Zaman Novruzovdan soruşmaq istəyirik ki, sən orada neyləyirdin. Sənin oradakı rolun nə idi, ay Zaman Novruzov..?
Bəli, Oqtay Əsədov Milli Məcclisin sədri olduğu dönəmdə Zaman Novruzov Azərsu-ya dövlətin ayırdığı milyonları talamaqla məşğul idi. Ancaq 2011-ci ildə Azərsu-nun rəhbərliyi dəyişiləndə Zaman Novrzovu vəzifədən çıxardı. Və Zaman Novruzov özünü tələm-tələsik “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin müşaviri və sonra isə vitse-prezidenti vəzifəsinə “qaynaq” edə bildi. İşlədiyi 5 il müddətində ASC-nin imkanlarından, resurslarından istifadə edərək Bakıda xeyli göydələn binalar tikib satdı və sərvətini artırdı. 2015-2016-cı illərdə isə Zaman Novruzov özün güc-bəla ilə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsinə pərçim elədi, 2016-cı ildən bu günədək isə, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavinidir. Tam məsuliyyətlə demək olar ki, Azərbaycan Dəmir Yollar QSC-nin bütün maliyyə resursları Zaman Novruzovun əlində cəmlənib. Yəqin ki, tez-tez əməliyyat keçirən orqanların yolu Zaman Novruzov tərəfə də düşəcək. Bax, onda demək olacaq ki, Zaman o zaman idi... Ardı var...
gundelik baki.com
Dünən, 16:00
Kreml və Tehran zəiflədi, rəqib bu ölkədir - ABŞ
Dünən, 15:30
İllər sonra Suriyadan Türkiyəyə ilk yüksək səviyyəli səfər
Dünən, 14:29
Metroda qadına qarşı əxlaqsız hərəkətlər etdi - Həbs olundu
Dünən, 13:19
AZAL-ın üç reysi Bakıya çatıb - YENİLƏNİB
Dünən, 13:15
Valideynlərdən Səhiyyə Nazirliyinə etiraz - Yeni dərmanlar ölümə səbəb olur?
Dünən, 12:55
Hökumə Əliyevanın həyatı film olur
Dünən, 12:50
Qərbi Azərbaycan İcması TƏCİLİ BƏYANAT YAYDI
Dünən, 12:46
Prezident Əbu-Dabidə açılış mərasimində - Foto
Dünən, 12:05
Fransa səfiri İran XİN-ə çağrıldı - Nota verildi
Dünən, 12:01
Los-Ancelesdəki yanğınlarla bağlı ŞOK: Belə yandırdılar - FOTO
Dünən, 11:39
20 Yanvar günü iş olacaq?
Dünən, 11:34
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
Dünən, 10:43
Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edir
Dünən, 10:38
Kaliforniyada yanğın tullantılarının utilizasiyası üçün yarım il lazım gələcək
Dünən, 10:15
Nəzrinin həyat yoldaşı: İsrailin təsdiqlədiyi sənədimiz var - VİDEO
Dünən, 10:10
Zurabyan: Paşinyan psixi cəhətdən qeyri-adekvatdır
Dünən, 09:52
Vəfat edən Şəmsəddin Xanbabayev: baş nazir, icra başçısı... - DOSYE
Dünən, 09:47
AZAL-ın üç təyyarəsi dumana görə Gəncədə eniş etdi
Dünən, 09:42
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanıldı
Dünən, 09:21
Bakı Qafqaz masasını təkbaşına idarə edir: ABŞ və Qərb də, Rusiya da Azərbaycandan icazə ala bilmir
Dünən, 09:13
Zəngəzurla bağlı ayrıca razılaşma var, təhvil veriləcək - Akopyan
Dünən, 09:00
Hərb olmadan bu ərazi ABŞ-yə birləşəcək - Vens
13-01-2025, 16:00
Hollivud yanğınları: Süni videolar sürətlə artır: Necə ayırd edək? – İzah
13-01-2025, 15:30
"İlon Mask Ağ Evə buraxılmayacaq, qovulacaq"
13-01-2025, 14:29
İlon Mask indi də Britaniyada "hökumətə gəlmək istəyir" - Teyti dəstəkləyir
13-01-2025, 14:25
Prezidentlər birgə nahar etdi
13-01-2025, 13:32
Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb