Niyə Misir Mərdanov Elşad Abdullayev tərəfindən şantaj olunduğu barədə informasiyaların təkzibinə çalışmayıb?
Gundem / Sosial
Oxunub: 13 953
14 sen 2022 | 12:02
Niyə Misir Mərdanov Elşad Abdullayev tərəfindən şantaj olunduğu barədə informasiyaların təkzibinə çalışmayıb?


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Unversitetinin sabiq rektoru, barəsində AR Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülərək sübuta yetirilmiş, hazırda Parisdə yaşayan Elşad Abdullayevin keçmiş həyat yoldaşı Reyhan Abdullayevanın adından vaxtilə kütləvi informasiya vasitələrində yayılmış məktub hələ də internet resurslarında qalmaqdadır.Reyhan Abdullayeva yazırdı ki, özü və qızı Aynur Abdullayeva keçmiş həyat yoldaşı Elşad Abdullayev tərəfindən təhqir və təhdid edilir, pis formda şəkilləri yayılır. Reyhan Abdullayeva Fransada yaşayan müddətdə keçmiş həyat yoldaşı Elşad Abdullayevin şərəfsiz hərəkətlərindən cana yıgıldıgını və 2017-ci ilin oktyabr ayında ərinin üzünə tüpürərək Moskvaya gəldiyini və Moskvada özlərinə məxsus evdə yaşadıgını, hər şeyin onu tərk etdiyi gündən başladığını bildirmişdi:
“Elşad Abdullayev məni geri dönmədiyim halda internet resurslarında təhqir etdirəcəyi ilə hədələdi. Bu adam bişərəfdi, bu çür alçaq işlər Elşad Abdullayev üçün adi hal sayılır. Artıq onun nə dərəcədə şərəfsiz biri oldugunu o gün anladım...”
Reyhan Abdullayeva həmçinin Elşad Abdullayevin rektor işlədiyi vaxt keçmiş təhsil nazirini və digər vəzifəli şəxsləri unversitetdə təhsil alan gözəl qızlarla görüşdürdüyü və həmin görüşlər barədə MTN-də işləmiş qardaşı Mahir Abdullayevə əvvəlcədən məlumat verdiyini, qızların üzərində kicik video - kamera yerləşdirildiyini və əxlaqsiz səhnələri lentə aldırdığını da iddia edirdi: “Biz Fransaya gəldikdən sonra Elşad Abdullayev mənim yanımda keçmiş təhsil naziri Misir Mərdanovu əlində olan əxlaqsız videoçəkilişi yaymaqla təhdid edərək ondan külli miqdarda pul almışdır”.
Reyhan Abdullayeva eləcə də xatırlatmışdı ki, Elşad Abdullayevin şərəfsiz oldugu haqda onun atası (E.Abdullayevin qaynatası) Hüseyn Əhmədov sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə 2013-cü ildə məhkəmə prosesində zamanı ifadə verərkən demişdir: “Elşad Abdullayev kimi qurumsaqlar mənim hesabıma yaşayıb, mən onun hesabına yox...”
Daxili İşlər Nazirliyinin polkovniki, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini Rasim İldırımzadə 2013-cü il fevralın 21-də "Media forum" saytının suallarını cavablandırarkən açıqlama vermişdi ki, Elşad Abdullayevin guya öldürüldüyünü iddia etdiyi qardaşı Mahir Abdullayev Elşad Abdullayevin razılığı ilə “yoxa çıxıb”.
Bütün bunlar düşünməyə əsas verir ki, Elşad Abdullayevin ünvanı bəlli mülklərinin, xüsusilə də Azərbaycan Beynəlxalq Universitetinin əsas kampusunun və universitetinin Moskvadakı filial binasının müsadirə edilməsinin və onun Azərbaycan dövlətinə və haqqı yeyilmiş tələbələrə kompensasiya kimi yönəldilməsinin qarşısını şəxsin mülkiyyət hüququ deyil, vəzifəli, yaxud, vəzifədə olmuş şəxslərin rüsvay edilmək qorxusu kəsir. Onlar bilirlər ki, bu istiqamətdə kəskin addım atmağa cəhd etsələr, yuxarıda qeyd olunan mənfi xarakter cizgilərinə malik Elşad Abdullayevi əlindəki kompromat materialları yaymaqdan heç nə çəkindirə bilməz. Ən azından Elşad Abdullayev tərəfindən şantaj olunduğu deyilən keçmiş təhsil naziri, hazırda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləyən Misir Mərdanovun özü barəsində deyilənlərin, yazılanların məlum saytlarda təkzibinə nail olmağa çalışmayıb.
Bu məqamda yada salmağa dəyər ki, məhkəmə prooseslərində Təhsil Nazirliynin təmsilçisi olaraq çıxış edən İlyar Vahabov 2002-2006-cı illərdə təkcə ABU-ya 8- minə qədər tələbə köçürmələri olduğunu dolayısı ilə təsdiq etmişdi. Halbuki, ABU-ya ayrılan illik tələbə qəbulu kvotası 650 – 870 nəfər arasında olmuşdu. O zaman ABU-da 2-3 min tələbə oxumalı olduğu halda, 10 min tələbə oxuyurdu. Beləliklə, məhkəmə zalında sübut olunmuşdu ki, 2002 və 2006-cı illərdə ABU-ya Təhsil Nazirliyninin birbaşa işitiakı ilə 7 – 8 min tələbə qeyri-qanuni qəbul olunub və tələbələrin bir çoxu Gürcüstan və Dağıstandan köçürülüb. O hesabla Təhsil Nazirliyndəki qrupun Elşad Abdullayevlə birlikdə 2002 və 2006-cı illərdə həyata keçirdikləri qanunsuz tələbə qəbulundan ümumi gəlirləri hardasa 25 milyon manatdan artıq olub. ABU-nun lisenziyası ləğv olunana qədər bu fəaliyyət daha böyüməklə davam edib və sonucda hər il minlərlə insan qeyri-qanuni olaraq ABU-da təhsil almaq hüququ qazanıb. Elşad Abdullayev isə yaxşı bilirdi ki, həmin sənədlər vasitəsi ilə ona qarşı asanlıqla cinayət işi açmaq olar (necə ki, açıldı) , o üzdən ABU-nun bağlanmasının kompensasiya edilməsi üçün Misir Mərdanovdan külli miqdarda pul tələb etdiyi, əks təqdirdə videoları yayaraq gəmini batırması ilə hədələdiyi bildirilirdi. Onu da yada salaq ki, nazir vəzifəsindən alınmasından bir neçə ay əvvəl Misir Mərdanovun ölkədəki bankların birindən 13 milyon manat kredit götürməsi xəbəri yayılmışdı.
Deyək ki, ABU-nun əsas kampusu Azərbaycan dövlətinin ərazisindədir və Elşad Abdullayev o binanı və yerləşdiyi ərazini heç hara apara və kiməsə sata bilməz. Amma universitetin Moskva filialı ilə bağlı məsələ başqadır. Bu məsələ ətrafında Rusiya hökuməti ilə ortaq məxrəcə gəlmək olar. “Qanun və Hədəf” qəzetinin (“Qanunvehedef.az” veb-saytının) bu mövzuda təqdim etdiyi əvvəlki məqalələrdə də vurğulanıb ki, Azərbaycan hökuməti sözügedən məsələdə sanki tərəddüd edir, hətta Rusiyanın özündən belə az istəkli görünür.

“Qanun və Hədəf”
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest