PREZİDENT MEŞƏ YANĞINLARI İLƏ BAĞLI ETSN-də SAXTAKARLARA QARŞI GENİŞ İSLAHATLARA BAŞLAYACAQ
Gundem / Sosial
Oxunub: 587
8 sen 2022 | 01:24
PREZİDENT MEŞƏ YANĞINLARI İLƏ BAĞLI ETSN-də SAXTAKARLARA QARŞI GENİŞ İSLAHATLARA BAŞLAYACAQ


Zaqatala, Qəbələ və Oğuz rayonlarında yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) bildirilib.
Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Sentyabrın 2-dən etibarən isə Oğuz və Qəbələ rayonlarında meşə yanğınları başlayıb.
Yerli sakinlərdən aldığımız məlumatların isə FHN-nin yaydığı məlumatlardan kəskin fərqləndiyini görürürk. Belə ki, Zaqatalada yanğının qarşısı alınsa da, sentyabrın 4-ü axşama olan məlumata görə Yanğının əhatə dairəsi Oğusun Muxas meşəsindən şimal istiqamətinə əvvəl Calud və Daşağıl dağlı meşələrinə keçmiş və şimal hissədə yerləşən "Şahdağ parkı ərazisinə çatmışdır. Yanğın sahəsinin ərazisi təxminən 500 ha -a çatmışdır. Eləcə də Qəbələnin Tikanlı kəndi yaxınlığında başlanmış yanğın da Şahdağ Milli qoruğu ərazisini 3 gündür ki, əhatə etmiş və nəticədə 400 ha sahə hələlik yanmışdır. Yanğın davam edir. Bu arada Oğuz rayonuna ezam edilmiş ETSN -nin nazir müavini Vüqar Kərimov və məxfi şöbənin rəisi Muxas meşəsindən başlanan yanğını kəndin yaxınlığından passiv bir tamaşaçı kimi seyr etmişlər. Yanğının başlayan günü hadisənin baş vermə motivləri barədə məlumatlar verməyimizə baxmayaraq ETSN rəsmiləri Muxas meşəsində yanğının sönən ərazisinə çıxıb baxış keçirmək istəməmişlər. Bu da onu göstərir ki, ETSN rəsmilərinin hadisə yerinə gəlişi səmimi olmayıb, yalnız formal xarakter daşıyır. Və bu adamlar istəmirlər ki, yanan yerdə kəsilmiş minlərlə cavan ağac kötüklərinin izini görsünlər. Hər halda, hesab edirik ki, ərazidə yanğından əvvəl ağacların qırıntı zonasına qanunsuz daxil edilərək kütləvi məhv edilmiş minlərlə palıd, fıstıq, vələs ağaclarının kötükləri baş vermiş cinayətin üstünün ört- basdır edilməsi üçün yanğının qəsdən törədilməsi əsas versiya kimi hüquq-mühafizə orqanları tərəfindən aparacaqları araşdırmaların sonunda qiymətləndiriləcəkdir.

FHN-nin isə Oğuz və Qəbələdə yanğının qarşısının alınmasından dəm vurması həqiqətəuyğun deyil. Bir neçəgündən sonra yağan yağışların köməyilə yanğın söndürüldükdən sonra həmin FHN-yi işçiləri, ETSN-nin yerli idarələrilə gizli sövdələşərək yanğın baş vermiş ərazilərin miqyasını təxminən 100 dəfə kiçiltməklə ölkə ictimaiyyətinə rəsmi məlumatlar verəcəklər. Məlumata görə isə son iki gündə Oğuz və Qəbələdə yanan ərazinin əhatə dairəsi 5 dəfə genişlənib. FHN-nin 1 helikopteri isə gün ərzində, hər dəfə 2 ton su olmaqla formal olaraq səpib gedirlər, yanğına yaxın istirahət mərkəzlərinə yeyib-içməyə. Elə ona görə də yanğın dağlıq ərazilərdən aşağı enərək istirahət mərkəzlərinə yaxınlaşmaq üzrədir.
İFADETV.COM-un araşdırma qrupu
P.S. ETSN-də təbii sərvətlərimiz hesab edilən meşə fondumuzun 2019-cu ildən başlayaraq kütləvi məhv edilməsinin qarşısının alınması üçün dövri mətbuatda yazılanlar təhlil edilir. Aldığımız məlumata görə yaxın zamanlarda dövlət başçısı tərəfindən ETSN-də aparılan yarıtmaz işlərin qarşısının alınması üçün geniş islahatlara start verəcəkdir.
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO