Maqsud Hüseynov adlı şəxs ədəb -ərkan qaydalarını gobud surətdə pozaraq bulağı uçuracağını və bayrağı endirəcəyi ilə hədələdi
Gundem / Bolge
Oxunub: 848
5 sen 2022 | 14:43
Maqsud Hüseynov adlı şəxs ədəb -ərkan qaydalarını gobud surətdə pozaraq bulağı uçuracağını və bayrağı endirəcəyi ilə hədələdi


Azərbaycan Respublikasının Prezidentinə,
İsmayıllı rayon İcra hakimiyyətinin başçısına,
İsmayıllı rayon Bələdiyyəsinə
Daxili İşlər Orqanlarına,
Media qurumlarının rəhbərlərinə


AÇIQ MÜRACİƏT

Hörmətli rəsmilər, media mənsubları.
Artıq sosial şəbəkədə İsmayıllı rayonunun Hacıhətəmli Bələdiyyəsinə daxil olan Kurdeldarbəyli kəndinə yaxın baxımsız qalmış, zibilliklərlə örtülmüş ərazidə olan bulağın öz şəxsi vəsaitim hesabına yenidən qurulması təşəbbüsü ilə çıxış etdim.

Mən bu başdan rayon ictimaiyyətinə, müraciət etdiyim usta, fəhlə heyyətinə təşəkkürümü bildirirəm. Hər tərəfdən dəstək gördüm. Könül verən hər kəs bu işə təmənnasız dəstək verəcəklərini bildirdilər. 28 avqust tarixində işə başladıq. Köhnə bulaq yeri mexaniki işləndi, zibilliklərdən təmizləndi. Bulaq suyunun səviyyəsi tərtib etdiyimiz layihəyə uyğun olaraq 0,5 metr yuxarı qaldırıldı. Material olaraq hörgü daşları, üzlük daşları, sement, qum, çınqıl, çay daşları, yapışdırıcı, izolyasiya edici, rəngləyici materialllardan, gigiyenik plastic borulardan istifadə edərək 4 gün müddətində bulağı yeni dizaynda, estetik formada istifadəyə hazır vəziyyətə gədirə bildik. Bu müddətdə kənd cammatından, yoldan keçən insanlardan xeyir-dua, xoş münasibət gördük.

Bu ehsanat, xeyriyyə bulağını həm də yeni-yeni insanları xeyriyyəçiliyə, humanitar, abadlıq işlərinə təşviq etmək üşün başladır. Maddi imkanlarım məhduddur. Ancaq biz regionlarımızın inkişafı üçün məhdud imkanlarla da böyük işlər görə bilərik inancındayam.

Hörmətli səlahiyyət sahibləri inanıram ki, sizlər də bu cür layihələrin dəstəklənməsinə yalnız dəstəkçi olar, o cür heç bir təmənna güdməyən insanların xeyirxah əməlini yalnız təqdir edərsiniz.

Bulağı Bəy bulağı adlandırdıq. Bu adı sosial şəbəkənin, ünsiyyətdə olduğum insanların yekdil rəyi ilə seçmişik. Bəylik ərənlikdir, sədaqətdir, cəsarətdir, Vətən, yurd, millət, dövlət, bayraq sevgisinə işarədir. Milli mübarizə insanlarının, Dövlətimizn var olmasında fədkarlıq edən liderlərimizn, Şuşa fatehlərinin, bütün şəhidlərimizin Ruhuna, qazilərimizin əzminə ehtiram əlaməti olaraq adlandırdıq.

01 sentyabrda Facebook səhifəmdə elan verərək simvolik 5-10 nəfərlə açılış etməyi planladıq. Bütün işlərimizin gedişi şəffaf olaraq günlük social şəbəkədə işqlandırıldı. (Zalimxan Mammalı Facebook səhifəmdir) Bu an özünü kənd bələdiyyəsinin sədri və YAP sədri kimi təqdim edən Maqsud Hüseynov adlı şəxs ədəb -ərkan qaydalarını gobud surətdə pozaraq bulağı uçuracağı, bayrağı endirəcəyi ilə hədələməkdən belə çəkinmədi. Eyni zamanda simvolik açılışa gələn bir neçə nəfər kənd əhalisinə həqarət etməkdən belə çəkinmədi.

Bir ona əminik ki, bu cür layihələr millətimizin, dövlətimizin maraqlarına uyğundur. Heç bir tərif, təşəkkür umacağım yoxdur. Bir şeyə də əminəm ki, bu cür bələdiyyə sədrlərinin YAP-a və siyasi hakimiyyətə vurduğu ziyanı, xalqla hakimiyyət arasında uçurumu bu cür yerli məmurlardan başqa heç kim yarada bilməz. Bunu siyasi hakimiyyətin, yerli hakimiyyətin diqqətinə çatdırmağı borc bildim.Bütün vasitələrlə Maqsud Hüseynovu iddiasından imtina etdirməyə çalışsam da təəssüf ki,bacara bilmədim. O, yeni layihəyə qorxu mənbəyi kimi yaddaşımda qalıb.

Yekunda hər birinizi bu layihəmin gerçəkləşməsi, bir bulaq inşa etməyim münasibətilə təbrik edirəm. İnanıram ki, həmin bulağın suyundan nə zamansa sizlər də içəcəksiniz. El-obanın, o bulaqdan istifadə edənlərin halalı olsun. Həmçinin bulağın ətrafında insanlarımızın rahatlığı üçün zəruri infrastrukturların yaranmasına dəstək verəcəksiniz. Həmin bulağın yanından keçən və Göyçay çayının kənarı ilə Göyçaya və Qəbələnin kəndlərinə gedən yolların gələcəkdə asfaltlanmasına da şərait yaradacaqsınız.

Ümid edirəm ki, mənim bu müraciətimi rəsmilər diqqətə alacaq və media orqanlarımız prosesi nəzarətdə saxlayacaq, adı çəkilən bələdiyyə rəsmisi kimi xoş niyyətli olmayanların bəd əməllər törətməsinin qarşısını alacaqlar.

Hörmətlə,
Azərbaycan Respublikasının vətəndaşı Zəlimxan Məmmədli
02 sentyabr 2022, İsmayıllı.
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib