Talançı İcra nümayəndəsi Gədəbəydə təhsilin müdiri olmaq istəyir - İLGİNC İDDİALAR...
Son aylar sosial şəbəkələrdə, o cümlədən elektron media resurslarında təhsil sistemində, xüsusən də gənc nazir Emin Əmrullayevin bu sahədə yeritdiyi kadr siyasəti barədə geniş müzakirələrə səbəb olan çoxsaylı məlumatlar yayılmaqdadır. Sadə vətəndaşlardan tutmuş, elm xadimlərimlərinə, ziyalılara kimi hər kəs bir nəfər kimi gənc nazirin təhsil sistemindəki kadr siyasətinə narazılığını ifadə edir. Məlum olduğu kimi, təhsil sistemində aparılan islahatlar prosesi kimi regional təhsil idarələri yaradılması uzun müqavimətdən sonra nəhayət ki, reallaşdırıldı. Bu idarələrə rəhbərlərin təyinatının bir çoxu isə yalnız gülüş, təəccüb və ən yaxşı halda suallar doğurdu. Biz Emin Əmrullayevin təhsil şöbələrindəki son kadr dəyişikliklərinin hamısına toxunmaq istəməzdik. Yalnız bir regional idarə haqqında əldə etdiyimiz ən yeni məlumatları diqqətinizə çatdıracağıq.
Gədəbəy rayonundan redaksiyamıza məlumat verən ziyalıların fikrincə Emin Əmrullayev doğru kadr siyasəti aparmaq fikri olsaydı birinci olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlını bu sahədən uzaqlaşdırmalı idi. Çünki Nizaməddin Babanlı hələ 2001-ci ildən Azərbaycan Müəllimlər İnsitutunun Qazax filialında direktor müavini vəzifəsində çalışmışdır. Sözügedən Qazax Fillialının (keçmiş) rektoru İsa Veyisov rüşvət və saxta diplom məsələlərinə görə həbs olunmuşdu. Onunla bərabər bu işdə əli olanların biri də məhz Nizaməddin Babanlı olmuşdur. Amma Nizaməddin Babanlı cinayət məsuliyyətinə cəlb olunmadı və 2015-ci ildə hansısa yollarla Qazax rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində oturdu. İslahatçı nazır Emin Əmrullayev isə onu Şəmkir rayonunda yerləşən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini təyin etdi. Sənəd saxtalaşdırma və rüşvətxorluq kimi ciddi məsələlərlə ittiham olumnuş birinə yenidən yüksək vəzifə verilməsi burada başa düşülən deyil.
Bunlar azmış kimi nazir Emin Əmrullayevin kadrları Qazax-Tovuz Regional Təhsil İdarəsinin əhatə dairəsində olan Gədəbəy rayon Təhsil Şöbəsinə müdir təyin etməyə hazırlaşır. Bu da kim olsa yaxşıdı? Adı son vaxtlar mətbuatın gündəmindən düşməyən Gədəbəy rayon İçra Hakimiyyəti başçısının Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şakir Məsimov. Məlumatlara görə rüşvət almaqda çoxdan püxtələşmiş Nizaməddin Babanlı artıq İcra nümayəndəsindən kifayət qədər samballı bir məbləğ də alıb. Sonra da deyirlər təhsildə rüşət yoxdu. Onun belə tələsik təhsil müdiri vəzifəsinə can atmasına səbəb isə rayona yeni təyin olunmuş İcra başçısının olduğu bildirirlir.
İndi gəlin görək dövrü mətbuatda Şakir Məsimov haqqında nə yazırlar. 2020-ci ilin əvvəlindən əmək fəliyyətinə başlayan Şakir müəllim çox keçmədi nümayəndəliyin kommunal binalarda təmiri üçün büdcədən ayrılmış 70 000 (yetmiş min) manat vəsaiti xərcləməyə başladı. Bir müəssisə ilə müqavilə bağlayib həmin vəsaiti MMC-nin hesabına köçürüb. Həmin vəsaiti MMC nəqdiləşdirib verib Ş.Məsimova.
Abadlıq üçün ayrılmış 30000 (otuz min) manat vəsaitə, 55 (əlli beş) kamaz markalı maşınla çay xırından doldurub lazım olan yerlərə tökdürüb. Yaşıllıq üçün ayrılmış 20000 (iyrimi min) manat vəsaiti MMC ilə nəqdiləşdirib yeyiblər. Bir ədəd belə ağac əkilməyib. O ki, qaldı uşaq bağçasının təmirinə, bağçanın damına 5-6 ədəd həminki şiferdən vurub. 15000 vəsait xərcləyib. Kuxna təmiri üçün bir otağa 7000 manat xəcləyib, sizin də bilməyiniz üçün deyirəm ki, həmin otaq 2020- ci ildə Gədəbəy rayon İçra Hakimiyyəti tərəfindən təmir olunmuşdur. Kuxnada bir taxtadan düzəldilmış arakəsməni dəyişmək 7000 (yeddi min ) manata başa gəlib. Deməli iki ilin içində 262 000 (iki yüz altmış iki min) manat dövlət vəsaitini talan edib. İndi çalışir ki, buradanda təzə idarəyə qaçsın.
Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri isə 4 may 2022-ci ildə təyin olunmuş Arslan Hacıyevdir. Niderland Krallığının “Maastricht School of Management” ali təhsil müəssisəsindən məzun olmuş Arslan Hacıyevin bu vəzifəyə təyinatı ictimaiyyət arasında gülüş doğurmuşdur. Belə ki, ixtisasca politoloq olan Arslan Hacıyevin karyerası satış üzrə menecerlikdən başlayaraq “Azərşəkər” MMC-də müxtəlif kiçik vəzifələrdən təhsil sahəsindəki indiki idarəetmə vəzifəsinə yüksəlişlə müşayət olunmuşdur.
Aktualinfo.org
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq