Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
Gundem / Bolge
Oxunub: 389
9 avq 2022 | 13:19
Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT


Redaksiyamıza Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova Göyçay rayonu Qaraməryəm kənd sakini 2-ci dərəcəli əlil Babayev Arzu Vidadi oğlu tərəfindən ünvanlanan şikayət əzizəsinin sürəti daxil olub.

Müraciət edən vətəndaş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olan Yevlax Qeydiyyat İmtahan və Texniki baxış İdarəsinin əməkdaşı Pərviz Hacıyevin barəsində qanuni və ciddi tədbirlər görülməsini istəyir. GundemXeber.Az xəbər portalına Babayev Arzu Vidadi oğlu tərəfindən daxil olan şikayət ərizəsini olduğu kimi oxucuların və müvafiq qurumların diqqətinə təqdim edirik:

“Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin zabit əməkdaşı Pərviz Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məndən 380 manat pul alıb və vəzifə saxtakarlığı etmişdir.
Onun bu hərəkətləri cinayət tərkibi yaradır.
Belə ki, 50 CR 659 nömrli VAZ-21011 markalı avtomobili qeydiyyata aldırmaq üçün 02 avqust 2022-ci il tarixdə Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsində oldum. Qeydiyyat şöbəsinin əməkdaşı Pərviz Hacıyev avtomobili qeydiyyata aldırmaq üçün məndən 400 manat pul istədi. İstənilən pulun çox olmasını bildirdikdə Pərviz Hacıyev mənə bildirdi ki, avtomobilin mühərriki dəyişdirilib buna görə sənin heç bir arayışın sənədin yoxdur. Bəlkə də bu mühərrik cinayət yolu ilə əldə edilib?

Buna görə mən məcbur olub Pərviz Hacıyevə 380 manat pulu heç bir terminal ödənişi etmədən əlbə-əl verdim.
50 CR 659 nömrəli VAZ-21011 markalı avtomobil dayım oğlu Göyçay rayonu Bəğır kənd sakini Hacıyev İqrar Asif oğlunun adına 23 BN 474 nömrəsi ilə qeydiyyata alındı. Həmin avtomobili idarə etmək hüququm var.
Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin əməkdaşı Pərviz Hacıyevin bu hərəkətləri cinayət əməlidir. Çünki, məndən istədiyi pulu almaq üçün özü mənə bildirdi ki, avtomobilin üzərindəki mühərrik dəyişdirilib hansı yolla əldə edilməsinə dair heç bir sənədi yoxdur. Polis zabitinin öz marağına görə cinayət əməli ilə məşğul olması ağır məsuliyyətdir. Pərviz Hacıyev həttda orada mənimlə kobud rəftar etdi. Pulu alandan sonra isə elə bil hər şey qanunların yox pulun başında idi.

Sizdən xahiş edirəm şikayət ərizəmi yerində mənim iştirakımla obyektiv araşdırıb vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olan Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin əməkdaşı Pərviz Hacıyevin barəsində qanunu və ciddi tədbirlər görəsiniz.”


Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib