GDU rəhbərliyinə universitet müəllimlərindən inanılmaz sensasion ittihamlar...
Gundem / Bolge / Maraqli
Oxunub: 396
30 iy 2022 | 14:14
GDU rəhbərliyinə universitet müəllimlərindən inanılmaz sensasion ittihamlar...


Gəncə Dövlət Universitetindən gələn çoxsaylı şikayətlər əlaqədar quruçlar tərəfindən nə zaman araşdırılacaq?..

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
GDU-nun müəllimi: “İş o yerə çatıb ki, universitetdə kimsə tədris prosesi haqqında, yaxud elmi mövzuda söhbət açanda ətrafdakılar ona az qala ruhi xəstə kimi baxırlar”.

Dərc etdiyimiz və inanımaz ittihamla dolu bu yazının birinci cümləsində deyildiyi kimi, “bütün dünya üzrə ən çox şikayət olunan universitetlər haqqında sorğu keçirilsə şübhəsiz ki, Gəncə Dövlət Universiteti bu sıralamada 1-ci olacaq”. Və bu illərdir ki, davam edir. Hər bir redaksiyaya daxil olan çox saylı şikayətlər həm də artıq keçmiş olan Təhsil Nazirliyinə və digər dövlət qurumlarına ünvanlanır. Lakin bu günə qədər bir neçə nazir dəyişməsinə baxmayaraq, GDU-nun problemləri öz həllini tapmır və universitetdən istər müəllim, istərsə də tələbə şikayətləri öz axarınca axmaqda davam edir. Görünür ona görə ki, Nazirlikdə GDU rektoru Yusif Yusifovun inanılmaz gücə sahib olan bir hamisi var.

Sözü uzatmadan GDU İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup professor-müəllim heyəti adından Azadə Murad qızı Vəliyevanın ölkə prezidentinə, digər dövlət qurumlarına və redaksiyamıza ünvanlanan inanılmaz sensasion iddialarla və ittihamlarla dolu şikayətini olduğu kimi oxucularımızın diqqətinə təqdim edirik:

“Cənab prezident, Ali baş komandan İlham əliyevə

Surəti: Təhsil Naziri cənab Emin Əmrullayevə

Surəti: Gəncə Şəhər Prokuroru Azad Qarayevə

Surəti Gəncə Şəhərinin Icra Başçisi Niyazi Bayramova

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun qoçu dəstəsi

Bütün dünya üzrə ən çox şikayət olunan universitetlər haqqında sorğu keçirilsə şübhəsiz ki, Gəncə Dövlət Universiteti bu sıralamada 1-ci olacaq. Təkcə Google axtarış sistemində “Şahin Xurşudov”, “Asif Vasif qardaşları”,“GDU-da Sorusun uşaqları” və s. bu kimi ifadələr yazıb axtarışa versək, orada olan neqativ məlumatları sıraya düzüb qurtarmağa həftələrlə vaxt tələb olunacaq. Amma bunlar Universitet haqqında olanların yalnız bir qismidir.

Universitetin idarəçilik sistemi elə bir hala düşüb ki, tədris müəssisəsi barıt çəlləyini xatırladır. Artıq burada təhqir, hədyan, hədə-qorxu, dava-dalaş adi gündəlik bir hala çevrillib. İstənilən bir anda bu universitetdə partlayışın baş verəcəyi gözləniləndir.

Tədris işləri üzrə mərhum prorektor Fəxrəddin Məmmədovun dünyasını dəyişməsi ilə sanki rektor Yusif Yusibovun və onun “pulkəsən maşını” Şahin Xurşudovun qol-qanadı açıldı. Çoxdan bəri qurulan planları gerçəkləmək üçün rektor çox böyük canfəşanlıqla Şahin Xurşudovu prorektor kürsüsünə əyləşdirdi. Bu o Şahin Xurşudovdur ki, Texnologiya Universitetində ictimai iaşənin təşkili ixtisasını bitirmiş, atkeçməz yollarla iqtisadiyyat üzrə (..!) fəlsəfə doktoru olmuş, sonradan isə Yusif Yusibovun etimadını qazanmaqla, yəni onun “işlərinə” yarımaqla GDU-da İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı olmuşdur.

Bu arada həm Yusif Yusibovun, həm də Şahin Xurşudovun macaraları haqqında internetdə yetərincə məlumatlar var.

https://youtu.be/yr22OTFMg1I

https://yenixeber.org/manset/95580-gence-dovlet-universitetinin-nece-rektoru-var-.html

https://gundelik-baku.com/gundemxeber/45820-gdu-nin-rektoru-yusifovun-rushvetteroru-pedaqoji-universitete-qeder-uzanir.html

https://arqument.az/az/gdu-da-yasananlar-zbasinaliq-korrupsiya-ve-anarxiya/

https://demokratik.az/xeberler/iqtisadiyyat/27512-mvcud-olmayan-shirket-gdu-da-tenderin-qalibi-oldu.html

İndi Şahin Xurşudov tədris məsələləri üzrə prorektor olmasına baxmayaraq əslində bütün prorektorların, yəni elmi işlər, humanitar məsələlər, təsərrüfat işləri üzrə prorektorların, həmkarlar təşkilatının, kadrlar şöbəsinin, ümumi şöbənin, mühasibatlığın da səlahiyyətlərini mənimsəyərək “vahıd pəncərə” üzrə prorektor rolunu oynayır.

İqtisadiyyat fakültəsinin dekanı olarkən 200 nəfər tələbəni aylığa buraxdığına görə, hətta pandemiya dövründə dərslər distant olaraq keçirildiyi zaman fakültənin 1000 nəfər tələbəsini bir-bir evdən çağıraraq onlardan bal pulu, imtahan pulu yığdığına görə Yusif Yusibov onu prorektorluğa təqdim etdi ki, öz qabaqcıl təcrübəsini bütün universitetə tətbiq eləsin. Amma Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi onun keçmişdəki biabırçı hərəkətləri və indiki əməllərindən xəbər tutduqda bu təqdimatı geri çevirdi. Gəl ki, necə oldusa Təhsil naziri Gəncəyə gələrək GDU-da vətəndaşların qəbulunu keçiridikdən sonra, orada nə söhbət baş tutdusa, Bakıya qayıdan kimi onun əmrini verərək prorektor təyin elədi.

O, hərbi xidmətə yararsız olduğu üçün orduda xidmət etməyib, 1-ci Qarabağ müharibəsində iştirak etməyib. Əslində bu əlillik deməkdir. Onda sual olunur ki, əlilliyi olan adam universitet prorektorluğu kimi ağır bir işi necə çiynində çəkə bilər? Heç 44 günlük Vətən müharibəsi dövründə də onun əsgərlərin yanına getdiyini görən olmadı. Bu adam gənclərimiziə vətənpərvərlik nümunəsi ola biləcəkmi?

Müasir texniki təlim vasitələrinə dair bilikləri sıfır səviyyəsində olan, informasiya texnologiyalarından başı çıxmayan, kompüterlə davranışı yandırıb söndürməkdən və internetə girib şəkillərə baxmaqdan ibarət olan, bir dənə də olsa xarici dil bilməyən (hərçənd ki, adını yazdırdığı elmi əsərlərin içində xeyli sayda rus dilində ədəbiyyat vardır..!) bir adam 7 min tələbəsi olan universitetin tədrisinə rəhbərlik edir. Hələ bir danışanda da başqalarına irad tutur ki, geridə qalmısız, zamanla ayaqlaşmaq lazımdır.

Unuversitetdə vəzifə vəd olunaraq pulu alınmış adamlar Şahin müəllimin otağının qarşısında sıraya düzülsə koridorda böyük bir tıxac yaranar. Hər gün onlara nə isə vəd olunaraq vaxt uzadılır, lakin nə alınan pullar geri qaytarılmır, nə də onları vəd olunan işlə təmin edə bilmirlər. Aydın məsələdir ki, aldığı pulu qaytarmaq Şahin müəllimin oyun qaydalarına ziddir. Ən yaxşı halda yeni-yeni qurbanlar tapıb onlardan alınan pulu köhnələrə qaytarırlar ki, səs küy yaranmasın. O da ki, hamıya yox, kim səs sala bilirsə ona. Bir sözlə, universitetdə maliyyə piramidası da mövcuddur.

Şahin Xurşudovun məsləhəti ilə rektor bütün əməkdaşlarla təması kəsmişdir. Əslində isə bu plan Xurşudovun növbəti kələyidir. O istəyir ki, rektor bütün məlumatları yalnız ondan eşitsin və onun planları ilə hərəkət etsin. Onun özünün əməlləri haqqında isə heç bir kəs rektora məlumat verə bilməsin. Ancaq bu geniş miqyaslı planın yalnız birinci mərhələsidir. Çünki, Xurşudovun fikrincə çox da uzaq olmayan gələcəkdə bu kürsü rektor kürsüsü ilə əvəzlənəcək. Ona görə də o indidən özünə prorektor, köməkçi, katibə, sürücü axtarir.

Hələliksə çütlük “burada mənəm bakıda havadarlarım”, deyib təhsilin, təhsil alanların və təhsil verənlərin anasını ağladır. Bu adamların amalı ancaq ondan ibarətdir ki, hər gün bunların cibinə iri məbləğdə pul girməlidir, yəni hər axşam “şirinlik” gətirənlər qapıda növbəyə düzülməlidir. Belə olmayanda qanqaraçılıq düşür və növbəti gün bir qrup cəza dəstəsi qoltuğunda dəftər bir-bir tədris binalarına tökülüb başlayırlar nöqsanlar axtarmağa ki, günah keçiləri tapsınlar, onları işdən çıxarmaqla, maaşlarını kəsməklə, pensiyaya göndərməklə hədələsinlər. Bir sözlə, özlərini dövlət universitetinin sahibi sayan həmin cənablar qulluq mövqelərindən istifadə edərək bu işin öhdəsindən məharətlə gəlirlər. Məsələn işçi qəbulu, doktoranturaya qəbul, vəzifəyə təyin etmə, təkrar ali təhsilə qəbul, müəllim, baş müəllim, dosent, professor yerinə seçilmək üçün müsabiqəyə buraxılma və s. Bunlar cütlüyün gündəlik cib xərcliyidir. Daha iri məbləğlər isə büdcəni darmadağın etməklə əldə olunur. Tenderlərdən, kotirovka sorğularından, irili xırdalı təmir işlərindən əldə olunan gəlir il ərzində milyonu ötür.

Ölkə prezidenti dəfələrlə qeyd edib ki, müəssisələrdə xidməti maşınların sayı azaldılsın. GDU-da rektorun katibəsinin də xidməti maşını vardır. Hal-hazırda universitetdə 8 xidməti maşın vardır. Amma buna baxmayaraq kafedralara, dekanlıqlara veriləcək dəftərxana ləvazimatlarına, tədris üçün lazım olan avadanlıqlara, işçilərin maaşlarını artırmaq üçün pul tapmayan rektor biri 80000 manat olmaqla iki ədəd yeni xidməti maşın almağa pul ayırıb.

Gəl ki, söhbət maaş artımından düşəndə rektor cənabları az qalır dəsmal çıxardıb ağlaya ki, heç indiki maaşı verməyə pul çatmır. Bir az da belə getsə deyəcək ki, öz cibimdən verirəm maaşınızı, nə istəyirsiz?

Qulbeçələri professorlardan 2-3 dəfə çox məvacib, ezamiyyə, mükafat və paket alan Universitetdə görün nə gözəl elm və təhsil olacaq... Dırnaqarası nailiyyətləri sayıb qurtarmaq olmur. Filankəsin evləri, maşınları, obyektləri, istixanaları, peşmankəsin kafeləri, villaları, icarədə olan mülkləri, hətta daldalanacaq yerləri... Yəqin ki, sonuncu ifadənin geniş izahatına ehtiyac yoxdur.

Dağ boyda millət vəkilləri, nazirlər, icra başçıları adi insanları qəbul edib onların müraciətlərini dinlədikləri, hətta rayonları gəzib vətəndaşlarla görüş keçirdikləri halda, rektor cənabları heç rəhbərlik etdiyi (adam istəyir desin ki, “Dədəlik” etdiyi) Universitetin işçilərini belə qəbul etmir. Deyir kimin nə sözü varsa, getsin prorektorun (Qoçu Əsgərin) yanına, mənim boş bekar vaxtım yoxdur Sizə qulaq asam.

Əvvəllər hər həftə tələbə, valideyn və işçilər üçün qəbul günləri təyin edən rektor indi hamıdan qaçaq düşüb. Yəni, bu adamın öz kollektivini görməyə gözü yoxdur, onlara ikrah hissi ilə yanaşır, kollektivlə ünsiyyətdə olmağı özünə rəva bilmir. Bəlkə də tutduğu əməllər müqabilində onların üzünə baxmaqdan utanır, ona görə də özünü təcrid edir. Axı balaca bir universitetdə hamı bir-birini yaxşı tanıyır və bir-birinin tutduğu əməllərdən də, yaxın keçmişdəki macəralarından və indiki həyat tərzindən də yaxşı xəbərdardır. Amma etik normalar naminə bir çox məqamları açıqlamağı hələ ki, özümüzə rəva bilmədik. Çox ümid edirik ki, ölçü götürən olsa elə bu faktlar da yetərlidir.

Rektorun yarıtmaz idarəçiliyi sayəsində universitetdə 20-30 il və daha artıq çiyin-çiyinə çalışmış insanlar bir-birinə düşmən kəsilmişlər. Elə bir həftə olmur ki, universitetdə işçilər arasında münaqişə, sözlə və ya əlbəyaxa dava olmasın. Demək olar ki, universitetdə şəxsi münaqişə zəminində kiminsə həyat və sağlamlığına sui-qəsd olunacağı reallığa çevrilmişdir. Bu baxımdan fiziki təzyiqin qurbanının rəhbər şəxslərin özlərinin olması da istisna deyil. Çünki, onların həyat tərzi və kollektivlə davranışları yumşaq desək, normaldan çox-çox uzaqdır. Bu cür hallar yaxın keçmişdə bir neçə dəfə baş verib. Amma baş verənlərdən nəticə çıxarmaq əvəzinə bu insanlar öz mühafizələrini gücləndirmək qərarına gəlmişlər. Buna görə də rektor universitetdə “Mühafizə xidməti” adı altında idmançı gənclərdən ibarət bir cangüdənlər dəstəsi formalaşdırmışdır.

Deyilənə görə 7-ci sinif şagirdi qədər savadı olmayan, universitetin 2-ci binasında idman klubu adı altında pozğunluq yuvası yaratmış Xəqani Umudov adlı birisi həmin “Mühafizə xidməti”nin rəhbəri təyin edilmişdir. Bu da azmış kimi həmin adama xidməti maşın və hətta sürücü ayrılmışdır. Tez-tez universitetin təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovla Xəqani Umudov arasında vəzifə bölgüsü üstündə söyüşlərlə müşayiət olunan dava düşür.

Elmar Vəliyev Gəncənin İcra Hakimiyyətinin başçısı olduğu dövrdə dəfələrlə ictimaiyyət qarşısında Yusif Yusibovu təhqir etmiş, küçə sözləri ilə aşağılamışdı. O zaman bir çox insanlar rektorun halına acımışdı. Amma indi əsarətdən qurtulmuş rektor özü sabiq icra başçısının işini uğurla davam etdirir. O, tabeliyində olan əməkdaşları təhqir edir, universitet tədbirlərinə dəvət olunanları onun gəlişini saatlarla gözləməyə məcbur edir, etik normalara məhəl qoymadan əks cinsin nümayəndələrinə qarşı Hüseynbala Mirələmovdan məlum olan davranışlar sərgiləyir.

Təsadüfi deyil ki, rektor 2013-cü ildə, yenicə iş başına keçdiyi günlərdə, elə universitetin qarşısında, iki uşaq atası olan bir ailə başçısı qısqanclıq zəminində onu vurub yerə sərmişdi. Bu hadisə haqqında nəinki universitetin bütün əməkdaşları və hüquq mühafizə orqanları, bütün Gəncə sakinləri məlumatlıdırlar. Lakin o dövrdə rektor “lazımi tədbirlər” görərək bu hadisənin rəsmi qeydiyyata alınmasına yol verməmiş, necə deyərlər ört-basdır edilməsinə nail olmuşdu. Bundan sonra isə o uzun müddət kollektivin içində belə şəxsi cangüdənlərlə gəzmək məcburiyyətində qalmışdı. Bu münaqişənin davamı daha acınacaqlı və antimental xarakterə malik olduğundan başqa bir araşdırmanın mövzusudur. Yəqin nə zamansa bu məsələlər də araşdırılacaq və haqq-ədalət gec də olsa öz yerini tapacaq.

Hələ illər öncə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda tələbə qəbulu komissiyasının məsul katibi işləyən zaman bu adam özünü pul hərisi, tələbə qəbulu alverçisi, özündən böyüklərin pul kisəsi kimi tanıtmışdır. Bu gün isə ağır bir daş parçası olaraq GDU-nun yükünə çevrilmişdir və universitet bu yükün ağırlığı altında çökmüş bir vəziyyətdədir. Yusif Yusibov universitetin rəhbərliyinə təyin edildiyi bir gündən burada neqativ hallara, dedi-qoduya, hətta kriminal hadisələrə rəvac verilmişdir.

İş o yerə çatıb ki, universitetdə kimsə tədris prosesi haqqında, yaxud elmi mövzuda söhbət açanda ətrafdakılar ona az qala ruhi xəstə kimi baxırlar ki, “bu nə danışır”. Çünki belə mövzular bu universitet üçün çoxdan yadlaşıb. Burada aktual olan mövzular rektorun yaxınlarının durmadan artan əmək haqqı və mükafatları, magistr təhsili belə olmayan “gül balaların” hansısa qondarma vəzifəyə təyin edilərək professordan artıq maaş almaları, dövlət büdcəsindən ayırmalar və tələbələrdən çətinliklə yığılan təhsil haqqları hesabına formalaşan universitet büdcəsinin təhsil prosesinə və pedaqoji heyətə aid olmayan dörd bir yana israfçılıqla səpilməsi, eləcə də fəxri adlar, elmi adlar, vəzifələr, işə qəbul, əlavə tələbə qəbulu və s. bu kimi “birbaşa rəhbərin mətbəxinə aid olan” məsələlər üçün müəyyən edilmiş məzənnələrdir.

Universitetdə yaz imtahan sessiyası təzəcə yekunlaşmışdır. Prorektor Şahin Xurşudov hər yerdə car çəkir ki, universitetin tarixində belə bir şəffaf imtahan sessiyası olmayıb. Bu onun bunun gözünə həyasızcasına kül üfürməkdən başqa bir şey deyil.

Universitetdə imtahan sessiyasının gedişini işıqlandırmaq üçün gözdən pərdə asmaq məqsədilə mediatur təşkil edildi. Həmin mediatura isə Qərb zonasında mətbuatda reketçilik edən, müxtəlif məmurlara hədə-qorxu gələrək pul tələb edən, Şahin Xurşudovun dostu Osman Nərimanoğlu rəhbərlik edirdi. Osman Nərimanoğlu bu hərəkətlərinə görə bir neçə gün bundan əvvəl həbs olunmuşdur. Umumiyyətlə, Osman Nərimanoğlu GDU rəhbərliyindən aylıq pullar alaraq bunları hər yerdə tərifləyərək rüşvətin universitetdə qol-qanad açmasına şərait yaradırdı. Törədilən cinayət əməllərinin ifşası üçün Osman Nərimanoğlunun telefonundan GDU rəhbərliyinin, eləcə də mətbuat xidmətinin telefonlarına edilən zəngləri araşdırmaq kifayətdir. Osman Nərimanoğlunun universitetdə imtahan zamanı Şahin Xurşudov və digər rəhbər şəxslərlə çəkdirdiyi şəkillər hər şeyi açıq şəkildə göstərir. Maraqlıdır, imtahan zamanı keçirilən mediatura Gəncədə fəaliyyət göstərən dövlət qəzetlərinin nümayəndələri yox, GDU rəhbərliyinin "krışalıq" etdiyi reket jurnalist dəvət alır.

GDU rəhbərliyinə universitet müəllimlərindən inanılmaz sensasion ittihamlar...
GDU rəhbərliyinə universitet müəllimlərindən inanılmaz sensasion ittihamlar...


https://demokratik.az/xeberler/olkeici/29862-gdu-da-yaz-imtahan-sessiyasi-davam-edir-meda-tur-kecirilib.html

Əslində isə, universitetdə imtahanlar belə olmuşdur. Əvvəlcədən bir neçə otaq müəyyənləşdirilmişdir. Kimlər pul verirsə həmin tələbələr imtahan vermək üçün bu otaqlara salınmışdır. Burada isə tələbələr müxtəlif kitablardan, konspektlərdən, telefondan istifadə edərək sualları cavablandırmışdır. Bir tələbə bir imtahandan keçə bilmək üçün 50-100 manat ödəmişlər. Pulları isə prorektorun köməkçisi Orxan Məmmədov, Anar Əsilbəyov, Aynur xanım, Keyfiyyətin təminatı mərkəzinin müdiri İsmayıl İsmayılov yığmışdır.

İqtisadiyyat fakültəsinin tələbələrindən isə pulları açıq-saçıq geyimləri ilə tez-tez Şahin Xurşudovun kabinetinə təşrif buyuran Şahin Xurşudovun sevimlisi Könül Əlizadə yığır və həmin tələbələri 6-cı otağa yerləşdirir, daha sonra isə qapıda gözətçi qoyub köçürməyə şərait yaradırlar. Könül Əlizadə ilə Şahin Xurşudovun sərgüzəştləri ilə bağlı kütləvi informasiya vasitələrində kifayət qədər yazılıb.

İmtahan sessiyasında maxinasiyalara ümumi rəhbərliyi Soros fondunun tör-töküntüsü olan, nənəsi erməni olan Vasif Həsənov etmişdir. Bu o Vasif Həsənovdur ki, heç bir dərs vəsaiti, elmi məqaləsi, metodik vəsaiti olmasa belə Yusif Yusibov onu elmi şurada həyasızcasına dosent seçdirmiş və şura üzvlərini buna səs verməyə məcbur etmişdir.Amma universitetin digər əməkdaşlarından tələb edir ki, dosent keçmək üçün THOMSON REUTERS agentliyi tərəfindən indekslənən jurnallarda 3 ədəd elmi məqalə, dərs vəsaiti, metodik vəsait, nüfuzlu jurnallarda 10-dan artıq elmi məqalə və s. olmalıdır. THOMSON REUTERS agentliyi tərəfindən indekslənən jurnallarda 1 ədəd məqalə çap etdirmək üçün 500-800 dollar pul vəsaiti tələb olunur.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası baş müəllim və dosent keçmək üçün bu tələbləri qoymur. Bu tələblər Yusif Yusibov həzrətlərinə pul qazandırmaq üçün rəhbərlik tərəfindən qeyri-qanuni olaraq müəyyənləşdirilmişdir. Maraqlıdır ki, müəllimlərə baş müəllim, dosent adlarının verilməsi üçün yaradılmış komissiyaya özünün heç bir elmi əsəri olmadan dosent adı verilən, erməni əsilli Vasif Həsənov rəhbərlik edir.

Vasif və Asif Həsənov qardaşları orta məktəbin orta sinif şagirdlərinin də bildiyi sadə kompüter texnologiyalarını rektora az qala özlərinin bir elmi yeniliyi kimi təqdim edərək onu heyrətləndirirlər. Rektorun da bu sahədə bilikləri çox məhdud olduğu üçün elə bilir ki, bu adamlar dahidir və GDU-da analoqu olmayan informasiya texnologiyaları yaradıblar. Universitetin az qala bütün işləri, xüsusilə fəaliyyətinin ana xətti hesab olunan tədris prosesi də məhz bu adamlar tərəfindən idarə edilir.

Görəsən, bu innovasiyalar deportamenti tədrisdə hansı innovasiyanı tətbiq edib, hansı elmi inqilaba imza atıb, universitetə hansı mütərəqqi texnologiyanı gətirib? Bunların ən böyük xidməti universitetdə keçirilən test imtahanlarını rəhbərliyin arzu etdiyi formada yönəldərək saxtalaşdırmaq, bir sözlə, gəlir mənbəyinə çevirməkdən ibarətdir.

Hətta bir dəfə rektor elmi şurada dedi ki, Ceyhun Bayramov (keçmiş təhsil naziri) bu Vasifi öz yanına aparsa biz bir universitet kimi batdıq. Vasif Həsənovun atasının yas mərasimində rektor ağlamsına-ağlamsına dedi ki, kaş Vasifin qardaşının arvadının işə qəbul əmrini bir neçə gün bundan qabaq verəydim.Yazıq kişi gəlininin işə qəbul əmrini görməmiş öldü. Yazıq........ Hələ də bu GDU-da anekdot kimi söylənilir. Rektorun Vaska deyə müraciət etdiyi bu Vasif Həsənov öz evini rəhbərliyin eşq oyunları üçün məkana çevirib, ona görə də xüsusi imtiyaz sahibi olmaqla həm "Tərəqqi" medalına layiq görülüb, həm də test imtahanlarında rektorluğun müxtəlif maxinasiyalarına rəhbərlik etməklə milyonlaq qazanır.

Universitetdə hal-hazırda tyutor xidməti yaradılır. Bu məqsədlə müxtəlif adamlardan 7000-10000 manat rüşvət alıblar. Bunun üçün də formal olaraq imtahanlar keçirilir. Maraqlıdır ki, bu imtahanlara rəhbərliyi Keyfiyyətin təminatı mərkəzinin müdiri İsmayıl İsmayılov və Vasif-Asif Həsənov qardaşları həyata keçirir. İmtahanın birinci günü kompüteri bilməyən, kompüterlə davranışı yandırıb söndürməkdən ibarət olan, email aça bilməyən əməkdaşlar imtahandan xaric edilsə də müəyyən edilmiş pullar qarşılığında imtahanların ikinci turuna keçirilmişdir. İxtisasca tarix müəllimi olan İsmayıl İsmayılov özü bilməsə də informasiya texnologiyalarından imtahan götürür. Rektor İsmayıl İsmayılovun həyat yoldaşı Sevinc Quliyevanı da universitetdə işə götürüb. Sevinc Quliyeva həm Riyazi analiz kafedrasının müəllimi, həm də İnnovasiyalar departamentinin işçisidir. Bu yaxınlarda Diferensial tənliklər ixtisası üzrə dissertasiya müdafiə edib. Həmin kafedranın digər əməkdaşı Natəvan Həsənova Respublika Prezidenti İlham Əliyevə, Ali Attestasiya Komissiyasına və digər orqanlara müraciət ünvanlayıb. Həmin müraciətdə bu dissertasiyanın başqasının əsərlərindən köçürmə olmağı, yəni işin tamamilə plagiat olduğu göstərilmişdir. Amma rektorluğun canfəşanlığı ilə iş AAK tərəfindən təsdiq edilmişdir. Maraqlıdır, deyilmi?

Universitetdə rəhbərlik professor-müəllim heyətinin, eləcə də tədris-köməkçi heyətinin maaşlarını qaldırmır. Digər universitetlərin professor-müəllim heyətinin maaşları minimum əmək haqqı 300 manat müəyyənləşdiriləndə, yəni yanvarın 1-dən qaldırıldığı halda bu GDU-ya aid olunmadı. Universitetin bütün maliyyə vəsaitləri bir qrup adam tərəfindən qarət olunur, kafedralara laboratoriya üçün avadanlıqlar, dəftərxana ləvazimatları, A4 kağızı və s. verilmir. Bütün bunları məcbur edib əməkdaşların pulu ilə aldırırlar. Çünki, prorektor Şahin Xurşudov rektor həzrətlərinə belə məsləhət verib. Tədris üçün avadanlıqlara,əməkdaşların maaşlarının qaldırılmasına pul tapmayan rektor əvəzində universitetin həyətində qaraj tikdirir və həyətin asfaltlanması üçün hər dekandan 300-500 manat pul tələb edir.

Universitetdə müxtəlif layihələrə ayrılan vəsait İnnovasiya Departamentinin rəhbəri Vasif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və digərləri tərəfindən açıq-aşkar qəddarlıqla mənimsənilir. Bu rəhbər şəxslərin “işbirliyi” nəticəsində təhsil və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız həmin adamlar və onlara yaxın olan bir neçə şəxslər faydalanır.

Təhsil və elmin inkişafına ayrılan çoxsaylı vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyələrə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxslərin özləri, yaxud yaxın ətrafı gedir, ayrılan pullar da məhz onlar tərəfindən sağa-sola xərclənir.

Ruslan Məmmədovun heç bir elmi dərəcəsi yoxdur. Amma buna baxmayaraq böyük bir şöbənin müdiridir.

Maraqlı odur ki, tədris ilinin əvvəlindən sonuna kimi bu şəxslər xarici ölkələrdə gəzirlər. Ruslan Məmmədov xarici ölkələrdə təhsil almaq üçün tələbə göndərir, bunun müqabilində 2000 manat rüşvət alır. Bu yaxınlarda rektorluğun operatoru, iki uşaq anası,digər tərəfən tək valideyn olan Həmidə Qasımovaya da şər ataraq onun işdən qovulmasına nail oldu. Ruslanın bacısı da, həyat yoldaşı da GDU-da işləyir. Ruslan Məmmədov bir neçə il bundan əvvəl öz işçisi İsmayılzadə Farizə Mobil qızını iş otağında vəhşicəsinə döymüş və onu şərləyərək işdən azad olunmasına nail olmuşdur.

Ümumiyyətlə, universitetdəki “inkişaf” göz qarşısındadır. Yorulub əldən düşmüş, baş verən proseslərə adekvat reaksiya verə bilməyən, tamahkar bir qocanın ümidinə buraxılmış kollektivdə heç bir motivasiyadan, inkişafdan, normal iş prosesindən söhbət gedə bilməz. Sizcə ömrünün 70 ilini rüşvətə, korrupsiyaya, məişət pozğunluğuna, əyyaşlığa həsr etmiş bir adam 71-ci ilində birdən birə islahatçı, innovator, dövlətçi ola bilərmi?

80-dən artıq yaşı olan ali təhsil ocağı daxildən çökməyə başlayıb. Burada elm və təhsilin inkişafına yönəlmiş heç bir fəaliyyət göstərilmədiyi göz qarşısındadır.

Son illər ərzində Gəncə Dövlət Universiteti haqqında hədsiz çox sayda tənqidi və hətta deyərdik ki, həyəcan təbili xarakterli məlumatlar dərc olunmuşdur. Ancaq təəssüf və təəccüb hissi ilə qeyd edirik ki, bu məlumatlara ciddi diqqət ayrılmamışdır. Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqlara nəinki göz yummağa, hətta onları dəstəkləməyə, ali rəhbərliyə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir.

Ona görə də növbəti bir yazı ilə kimisə təəccübləndirmək, yaxud hansısa bir aidiyyatı qurumun diqqətini cəlb etmək ümidlərini yaşamırıq. Sadəcə illər boyu yığılıb qalan cinayət xarakterli problemləri bir daha vurğulamaqla öz vətəndaş mövqeyimizi ortaya qoyur və gec-tez cinayətkarların layiqli cəzalarına tuş gələcəklərini onlara xatırladırıq.

Bu şəxslər elə başa düşür ki, kütləvi informasiya vasitələrində onların əməlləri haqqında yazılan yazılar, eləcə də müxtəlif orqanlara göndərilən şikayət məktubları boş şeydir. Onlar dərk etmirlər ki, bu materiallar bir qovluqda yığılır və araşdırılır. Yaxın vaxtlarda bunların başında çatlayacaq və bunun əks-sədası respublikamıza səs salacaq.

Hörmətlə, İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup professor-müəllim heyəti adından Azadə Murad qızı Vəliyeva”.

Redaksiyadan: GDU İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup professor-müəllim heyəti adından Azadə Murad qızı Vəliyevanın səsləndirdiyi bütün ittiham və iddialarla bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq...
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib