Mirzəcan Xəlilovdan Prezidentə şikayət... - Dövlət əmlakını mənimsəyib
Gundem / Sosial / Maraqli
Oxunub: 325
29 iy 2022 | 19:19
Mirzəcan Xəlilovdan Prezidentə şikayət... - Dövlət əmlakını mənimsəyib


Sabirabad Kommunal Müəssisələri Kombinatının rəisi Hüseynxan Məlikov sabiq deputat Mirzəcan Xəlilovla bağlı ölkə prezidenti İlham Əliyevə müaricət ünvanlayıb.

Müraciətdə bildirilir ki, "Kür-Araz” otelinin və şadlıq sarayının sahibi sabiq deputat Mirzəcan Xəlilov və onun oğlu Vüsal Xəlilov Sabirabad Kommunal müəssisələri kombinatının xeyli daşınmaz əmlakını qanunsuz mənimsəyiblər.

Belə ki, Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 45 ünvanda yerləşən "Gülüstan” mehmanxanası 2005-ci ilin iyunun 22-dək Sabirabad Kommunal Müəssisələri Kombinatının balansında olub. Həmin tarixdən 0,34,5 ha torpaq sahəsi olan adı gedən mehmanxana kombinatın bir qrup işçisi tərəfindən özəlləşdirilib və bir müddət sonra isə Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova satılıb. Ancaq Vüsal Xəlilov qeyd olunan ərazi ilə yanaşı, satın aldığı mehmanxanaya aid olmayan, kombinata məxsus balans dəyəri 11196.42 manat olan daşınmaz əmlakın 8 sot torpaq sahəsinin qanunsuz qərarını alıb.

Kombinatın balansında olan qazanxananı (1173,26 manat), su hövuzunu (5231.88 manat), qülləli su çənini ( 674,62 manat) sökərək və 121 kv.m asfalt sahəsini(4116.66 manat) dağıdaraq "Kür-Araz” şadlıq sarayı inşa etdiriblər. Üstəlik, qazanxananın baca borusunu doğratdırıb şadlıq sarayının tikintisində istifadə ediblər . Kombinatın "Qülləli su çən”i bu gün də onların xidmətindədi.

Sabirabad Kommunal Müəssisələri Kombinatının rəisi Hüseynxan Məlikovov bildirir ki, bu məsələ ilə bağlı dəfələrlə Mirzəcan Xəlilova və digər aidiyyəti təşkilatlara müraciət etsəm də bu günədək nəticəsiz qalıb.

Mirzəcan Xəlilov deyir ki, mənə heç kim heç nə edə bilməz. Prezident aparatında hamı məni tanıyır.

Hüseynxan Məlikov qeyd edir ki, mən Kommunal Müəssisələri Kombinatının rəisi kimi 01 iyun 2022-ci il tarixdə saat 09.24-dən 11.32-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının vətəndaş qəbulu mərkəzində oldum və məni 9 və 5 nömrəli otaqlarda qəbul etdilər. Artıq üstündən iki aya yaxın vaxt keçir, buradada şikayətimə baxılmadı, şikayətim yenə də cavabsız qaldı.

Müzəffər Ali baş Komandan kimi Qarabağımızı geri aldınız. Sizə hörmət və məhəbbətimiz hüdudsuzdur. Siz çıxışlarınızda dəfələrlə demisiniz ki, xalqın xidmətçisiyəm. Ancaq Mirzəcan Xəlilov kimilər bizlərə yuxarıdan aşağıya baxır. Yüksək vəzifəli məmurlarda gözgörəsi dövlət əmlakını dağıdan beləsini qanadlarının arasına alır.

Ümidümüz Sizədir.

Sabirabad Kommunal Müəssisələri
Kombinatının rəisi: Məlikov Hüseynxan

Mənbə: Azfakt.com
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan