Şəmkirdəki "Cindar"ları kimlər himayə edir

Hörmətli oxucularımız Şəmkir rayonunun Qaryağdı qəsəbəsində yaşayan, özünü dindar kimi qələmə verərək baxıcılıq etməklə insanları aldadaraq, öz toruna salıb pul alan Seyidov Mirhəşim Mireyyub oğlu haqqında sizələrə kifayət qədər məlumatlar vermişik. Bu səfər isə sizə mirhəşimlə yanaşı digər cindarlardan məlumat verəcəyik. belə ki, Mirhəşim Seyidovun Kür qəsəbəsində yaşayan qardaşı Seyidov Əli də İslam dinindən sui-istifadə edərək baxıçılıqla məşğuldur. Bir sözlə hər iki qardaş hər cür qanunsuzluğa qol qoyur. Bundan başqa Elmar ağa kimi tanınan cindarda insanları aldadaraq məkrli niyyətindən istifadə edib pul qazanır. Hörmətli oxucular axı bir rayonda nə qədər baxıcı olar? Çox biabırçı hal ondan ibarətdir ki, bu qanun pozuntusu RPŞ-nin bir addımlığında baş verir. Elmar ağada qonşudan qalma geri prinsipinə əsasən toruna saldığı adamları qəbul etmək üçün həyətində əməlli-başlı ayrıca otaqda yaradıb. Video çəklişdən də aydın görünür ki, Mirhəşimin toruna düşüb növbə gözləyən insanların sayı kifayət qədərdir. Təəssüflər olsun ki, Mirhəşimin, Əlinin və Elmar ağanın bu dələduzluqları barədə qanunvericiliyə əsasən heç bir tədbir görülmür. Əldə etdiyimiz məlumata əsasən adları çəkilən şəxslər lazımı qurumların "Bığının aldından" keçdiyinə görə hər üç şəxsə gözün üstə qaşın var deyən yoxdur. Əlbəttə ki,
bütün rəhbər şəxslər onların dələduzluqla məşğul olduğunu bilirlər. Sadəcə hər üç cindar lazım olan qədər aylıq rüşvəti hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə çatdırır. Məhz buna görə də Mirhəşimin qardaşı əlinin eləcədə Elmar ağanın bu qanunsuz hərəkətlərinə göz yumulur. Qeyd edək ki, hər üç cindarın
qapısının önündə hər gün yüzlərlə adam olur və hər bir kəsə 50-100-150 manatdan başlayaraq baxırlar eləcədə cadu edirlər. Bu adamlar rəsmən islam dinindən sui-istifadə edərək müqəddəs dinimizə, kitabımıza o, cümlədən ölkəmizdə olan mövcud qanunvericiliyə zidd hərəkətlər edirlər. Hələ bu azmış kimi, Mirhəşim qapısında Kamran adında bir pulyığan da saxlayır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bu məsələylə bağlı müsahibəsində demişdir.
“Azərbaycanda falçılığa və falçılıq adı ilə vətəndaşların aldadılmasına qarşı mübarizə zəruridir. İnsanların bu və ya digər inancından sui-istifadə edərək dələduzluq etmək, onların vəsaitlərini mənimsəmək yolverilməzdir. Bütün səmavi dinlər falçılığı və bu kimi hərəkətləri qətiyyətlə pisləyir. Falçılıq özü xurafatın bir elementi olmaqla yanaşı, hüquqi baxımdan da dələduzluq hesab olunur. Bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müvafiq maddələr mövcuddur. Eyni zamanda, Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində bu sahədə müəyyən tədbirlər görür, aidiyyəti qurumlarla birgə falçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində, onlarla mübarizə aparılmasında iştirak edir”. Bəs
görəsən Şəmkir rayon polisi hara baxır, məgər bu dələduz qardaşlardan və Elmar ağadan xəbərləri yoxdur niyə tədbir görmür? Əgər həqiqətəndə xəbərləri yoxdursa o zaman biz xəbərdar edirik. Ümid edib inanırıq ki, Müqəddəs quranımızdan çirkin məqsədləri naminə istifadə edənlərin barəsində qanuna müvafiq tədbirlər görüləcək. Həmin videonu təqdim edirik.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacayıq.
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi