İMAMZADƏNİN HACI TAHİRİ GƏLİRLİ “MƏHƏRRƏMLİK SEZONU”NA HAZIRLAŞIR
Gundem / Sosial
Oxunub: 476
14 iy 2022 | 11:31
İMAMZADƏNİN HACI TAHİRİ GƏLİRLİ “MƏHƏRRƏMLİK SEZONU”NA HAZIRLAŞIR


Millət vəkili Fazil Mustafa yazır ki, İslam dinində nəzir qutusu, nəzirvermə anlayışları yoxdur: “Hətta duanın özündə də hər hansı bir maddi tələb yoxdur. Əlini göyə qaldırmadan da ürəyində Allaha dua edə bilərsən... Müasir dövrdə ianə forması var. İanəni də ona görə verirlər ki, məscidlərin, insanların ibadət yerlərinin işıqpulu, qazpulu problemləri olur, onları həll etmək üçün... Azərbaycan xalqında isə bu, bütünlüklə belədir; sanki nəzir verməsələr, olmaz. Allahla müqavilə bağlayırlar ki, bu işim həll olunsun, qurban kəsəcəyəm. Bu cür absurd məsələnin qanunvericiliyə gətirilməsini də məqbul saymıram. Ümumiyyətlə, bu cür terminlərin qanunvericiliyə gətirilməsinin tərəfdarı deyiləm. “Nəzir qutusu” ifadəsinin özü tamamilə yanlışdır”.

Gəncə “İmamzadə” Türbəsində video-qeydə alınaraq redaksiyamıza göndərilmiş maraqlı görüntülər “Azerinfo.az saytında yaymlanandan sonra sözügedən ziyarətgahı öz şəxsi biznesinə çevirən axund, QMİ-nin Gəncəbasar bölgəsi üzrə xüsusi nümayəndəsi Hacı Seyid Tahir Abbaszadənin müavini, dini icmanın üzvü Elbrus Məmmədov bizimlə telefon bağlantısı quraraq, məsələyə münasibət bildirdi. Onun sözlərinə görə, nəzir qutularına yığılan pullardan tutmuş, mollaların dua oxumaq müqabilində ziyarətçilərdən pul toplamalarına qədər ziyarətgaha pul gətirən bütün müşahidə olunan fəaliyyət növləri, eləcə də dini aksessuarların satışı qanunidir və dövlət tərəfindən icazə verilib.

Qafqaz Müsəlmanları İdarəsindən isə deyirlər ki, yığılan pulların onlarla heç bir bağlılığı yoxdur. Bu ilin fevralında dini etiqad azadlığı haqqında qanunun 18-ci maddəsində edilən dəyişikliyə görə, dini qurumlar könüllü ianələri nəğd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri ilə, yaxud internet vasitəsilə qəbul edə bilərlər. Elektron ödəmə sistemi vasitəsilə nəzir söhbəti ortaya çıxandan sonra məscidlərdə nəzir qutusunun olmadığı deyilsə də, İmamzadə dini kompleksində belə qutuların sayı bir neçədir.

Hərçənd, İmamzadədə yığılan pulların xərclənməsində şəffaflıq, ictimai hesabatlılıq yoxdur. Əminliklə söyləmək olar ki, Hacı Tahir o pullara istədiyi kimi sərəncam verir. Hacının malik olduğu ölçüyəgəlməz varidat, nəhəng kapital bun təqdiqləyir. Gerçək ruhaninin, halal din adamının bu qədər sərvətə sahib olması ağlabatan deyildir.

Qarşıdan müqəddəs Məhərrəm ayı, Tasura və Aşura tədbirləri gəlir. Hacı Tahir və ziyarətgahın digər mollaları əllərini-əllərinə sürtərək onların ciblərini dolduracaq İmam Hüseyn təziyələrini səbirsizliklə gözləyirlər.

İbrahim Hümbətov
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"