Tamadanın bıçaqlandığı şadlıq evi hansı icra başçısına məxsusdur? - FAKTLAR
Bakıda məşhur tamada Natiq Dağlaroğlunun bıçaqlandığı “Altun” şadlıq sarayı ilə bəzi faktlar üzə çıxıb. Əvvəlcə yada salaq ki, Natiq Dağlaroğlu iyulun 2-də gecə saatlarında Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Altun” şadlıq sarayında bıçaqlanıb. Onunla birgə musiqi ansamblının üzvü, 1972-ci il təvəllüdlü Yaqub Mehdiyevə bıçaqla xəsarət yetirlib. Hər iki şəxs ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin araşdırmalardan sonra hadisənin 1987-ci il təvəllüdlü Məmməd Hüseynov adlı şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
İndi gələk Natiq Dağlaroğlunun bıçaqlandığı “Altun” şadlıq evi barədə faktlara. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sözügedən şadlıq sarayı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məxsusdur. Abdin Fərzəliyev hələ Nərimanovun icra başçısı olanda “Altun”u inşa edib.
Altun şadlıq sarayı həm də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru, hazırda məhkumluq həyatı yaşayan Vüqar Səfərlinin sevimli məkanı olub. KİVDF-nin əksər tədbirləri məhz bu şadlıq sarayında keçirilib.
Vüqar Səfərli ilə birgə mühakimə olunan “Altun” şadlıq sarayının inzibatçısı olmuş Şaiq İbrahimovun məhkəmədə verdiyi ifadəyə diqqət etdikdə keçmiş icraçı direktorun bu məkana marağının səbəbi aydın olur:
“Altun”da inzibatçı kimi işləmişəm. 2018-ci ildə KİVDF-nin tədbirini keçirirdik. 350-400 tədbirin keçirilməsi nəzərdə tutulurdu. Bu proses dövlət tədbiri olduğu üçün Vüqar müəllimin özü rəhbərlik edirdi. Tədbir başlamamışdan 3-4 saat qabaq Vüqar müəllim gəlirdi, tapşırıqlarını verirdi. Prezidentin köməkçisi səviyyəsində keçirilən tədbir idi. Vüqar müəllim tədbir başlamamışdan 250-270 nəfərlik stol açılırdı. Texniki işçilər, sürücülər olurdu, onları da zaldan kənarda kabinetlərə yerləşdirirdik. Təbdir qutarandan sonra şou proqram olurdu. Tədbirin görünməyən tərəfi də olurdu. Yəni tədbirdən sonra oturanlar olurdu. Normalda 34 min manata tədbiri keçirə bilirdik. Lakin müğənnilər bizlik deyildi.
KİVDF nümayəndəsi gəlirdi, sənədlər imzalanırdı. Tender olurdu, lakin biz iştirak etmirdik. Faktiki olaraq menyunu təqdim edirdik, razılaşırdıq. Müğənniləri, şou proqramı biz təşkil etmirdik. Pulu bizim hesaba köçürürdülər. Şou proqramın pullu hissəsini bizdən götürür, onlar ödəyirdilər. Çünki biz o qiymətə musiqi ansamblı və müğənni gətirə bilməzdik. Tədbirdən sonra pulu bizdən Vüqar Səfərli, ya da nümayəndəsi götürürdü”.Vüqar Səfərlinin “qara işləri” üçün “Altun” şadlıq evini seçməsi də təsadüfi deyil. Yuxarıda qeyd etdik ki, şadlıq evi Abdin Fərzəliyevə məxsusdur. O isə Ramiz Mehdiyev-Əli Həsənov tandeminin kadrlarından hesab edilir. Abin Fərzəliyev vaxtilə hakim Yeni Azərbaycan Partiyasında Əli Həsənovun müavini vəzifəsində çalışıb. Abdin Fərzəliyev 2014-cü ildən YAP-da Partiyalararası əlaqələr və dialoq komissiyasının sədr müavini təyin edilib. Həmin komissiyanın sədri isə Əli Həsənov olub.
Vüqar Səfərli də bu qruplaşmaya daxil olan şəxslərdəndir.
Maraqlıdır ki, Ramiz Mehdiyevlə Əli Həsənov hakimiyyət komandasından çıxdaş edilsə də, Abdin Fərzəliyev özünü qoruya bilib.
Abşeron İcra Hakimiyyətindən isə Qaynarinfo-ya bildirilib ki, “Altun” şadlıq evinin Abdin Fərzəliyevə aidiyyatı yoxdur. Bununla belə, mediada bu barədə çoxsaylı materiallar tirajlanıb və təkzib olunmayıb.
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi