Bu millətin AZAL ÇİLƏSİ... nə zaman BİTƏCƏK? - 500 manata Gürcüstana yas yerinə getmək...
Gundem / Sosial
Oxunub: 760
8 iy 2022 | 20:45
Bu millətin AZAL ÇİLƏSİ... nə zaman BİTƏCƏK? - 500 manata Gürcüstana yas yerinə getmək...


Sosial platformada AZAL-ın xeyrinə bir ifadə görmək olmur. Hamı tənqid edir. Şirkətin inhisar siyasəti insanları boğaza yığıb. Yaxın ölkələrə belə, dəyərindən bir neçə dəfə baha bilet almaq lazım gəlir. Bizimyol.info xəbər verir ki, “Buta” loukoster kimi fəaliyyətə başlayanda səyahətsevərlər çox ümidlənmişdi. Bir tərəfə 29 avrodan biletlər reklam olunurdu. Azacıq keçəndən sonra məlum oldu ki, hamısı nağıldır. Ucuz biletlər yoxa çıxdı. AZAL bütün pəncərələri yavaş-yavaş tıxamağa başladı.

Tənqidlərin sayı-hesabı yoxdur. AZAL-ın sosial platformadakı səhifələrinə yazılanları oxumaq kifayətdir. Camaat o qədər bezib ki, hətta qarğış yazırlar. Xaricdə işləyənlər yaxınlarını görmək üçün vətənə qayıda bilmir. Türkiyədə təhsil alan tələbələr əvvəlcə Naxçıvana, sonra İğdıra gedir, oradan İstanbula yola düşürdü. AZAL bunun da qarşısını aldı. Sədərək sərhəd-buraxılış məntəqəsi bağlandı. Son günlər Türkiyə tərəfə keçməyə imkan tapanlara geriyə bu yolla qayıtmamaq tovsiyə olunur.

AZAL yeni reallıq yaradıb. Gürcüstanda doğulub Azərbaycanda yaşayırsınızsa, ora qohumlardan birinin yasına gedirsinizsə, biletə azı 500 manat verməlisiniz. Məsələn, 4 nəfərlik ailənin xərcləri 2000 manatdan çox edir. Halbuki şəxsi avtomobillə gedəndə benzinə uzağı 60-70 manat çıxar. Təxminən 30 dəfə fərqdən söhbət gedir.

Səyahətsevərlər Gürcüstanla quru sərhədlərin açılmasını daha çox arzulayır. Çünki Tbilisidən, Kutaisidən Avropaya uçmaq üçün geniş imkan var. Qonşu ölkədə köhnə qitəyə 50-60 manata biletlər təklif edirlər. AZAL-ın ümidinə qalsaq, gərək onda evdə hər kəsə 1000 manatdan baha bilet alınsın. Ailəvi istirahət tam mümkünsüz görünür.

Gürcüstana biletlərin qiymətlərinə nəzər yetiririk. İyulda qonşu ölkəyə gedib-gəlmək 650 dollardan ucuz deyil. İndidən avqusta səfər planlaşdırsaq, pula bir az qənaət edə bilərik. Amma niyə bir şirkət ölkə vətəndaşlarını açıq-aşkar soymalıdır? Nə üçün onlara qarşı belə saymazlıq nümayiş olunur? Tənqidlər artdıqca sanki AZAL da acığa düşür. Keçən ay Gürcüstana biletlər heç bu qədər baha deyildi. AZAL sanki bilərəkdən belə siyasət yürüdür. İnsanlarla çarəsizlik sindromu formalaşdırılır.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"